AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN ŞƏKİ FİLİALININ ELMİ ŞURASI

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Elmi Şurası filialda Elmi Şuranın Əsasnaməsinə uyğun olaraq tədrisin, elmi tədqiqatların səmərə və keyfiyyətinin artırılması, şəhərin ictimai və mədəni həyatında filial əməkdaşlarının rolunun yüksəldilməsi, məqsədlərinə xidmət edir.AMİ-nin Şəki filialı ölkə prezidenti cənab İlham Əliyevin 27 noyabr 2015-ci il tarixli Sərəncamı ilə ADPU-ya qoşulmuşdur və onun tərkibində fəaliyyət göstərir.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru, dos. R.A.Rasulov hər yeni dərs ilinin əvvəlində Elmi Şuranın tərtib edilmiş illik iş planının geniş müzakirəsini keçirir, iş planı təsdiq olunduqdan sonra ayda bir dəfədən gec olmayaraq Elmi Şura iclaslarının iş planına müvafiq keçirilməsinə nəzarət və rəhbərlik edir. Elmi Şuraya çıxarılan məsələlər hazırlıqlı şəkildə, arayiş və qərar layihəsilə birgə təqdim olunur. Müzakirələrdə demokratiklik, aşkarlıq və obyektivlik əsas meyarlar kimi daim gözlənilir.

Filialının Elmi Şurası:

• Filialın strukturunu, qəbul planını, ayrı-ayrı struktur və bölmələrin illik iş planlarını müzakirə və təsdiq edir;
• Fakültə dekanı, kafedra müdiri, professor və dosent, vəzifələrini tutmaq üçün vakant yerlərə müsabiqə keçirilməsi məqsədi ilə ADPU-nun rektorluğu qarşısında vəsatət qaldırır.
• Filiala tələbə qəbulu planını müəyyənləşdirir;
• Zəruri hallarda ayrı-ayrı ixtisasların tədris planlarında yerdəyişmələr edir;
• Filialda ilkin kadr hazırlığı məsələlərini, elmi-tədqiqat fəaliyyətinin yekunlarını ayrı-ayrı struktur və bölmələrin hesabatlarını dinləyir və müvafiq qərarlar qəbul edir;
• Ötən tədris ilinin yekunlarını təhlil edir və yeni tədris ilində qarşıda duran vəzifələri müəyyənləşdirir;
• Filialda ixtisasartırma və yenidənhazırlanma kurslarının təşkili və tədris prosesinin gedişi vəziyyətinə nəzarət edir;
• Əsaslı təmir, qışa hazırlıq, təmir-tikinti və maliyyə -təsərrüfat fəaliyyətinin nəticələrini müzakirə edir;
• Filialda elmi-tədqiqat işlərinin planlaşdırılması və yerinə yetirilməsi məsələlərini müzakirə edir;
• Tələbələrin pedaqoji təcrübələrinin təşkili gedişi və yekunlarına dair məsələləri müzakirə edir;
• Filialda işləyən dissertant və doktoranturaların hesabatlarını dinləyir;
• Tələbə Elmi Cəmiyyəti və Tələbə Gənclər Təşkilatının fəaliyyətini müzakirə edir;
• Filialın professor-müəllim heyətinin və tələbələrin Respublika Elmi Konfranslarında iştirakı ilə bağlı məsələləri müzakirə edir;
• Professor-müəllim heyəti və tələbələrin təltif edilməsi ilə əlaqədar təklifləri nəzərdən keçirir;
• Filialda kafedraların və kabinetlərin, habelə digər bölmə və strukturların fəaliyyəti haqqında hesabatları dinləyir;
• Yeni tədris ilinə, imtahan sessiyasına və Buraxılış hazırlığın vəziyyətini müzakirə edir və qərarlar qəbul edir;
• Buraxılışla bağlı Yekun Dövlət Attestasiyasının yekunlarını müzakirə edir.

Elmi Şuranın üzvləri:

1.Rasulov Rafiq Abduləli oğlu – Filialın direktoru. “Təbiət fənləri və onların tədrisi texnologiyaları” kafedrasının dosenti, riyaziyyat üzrə elmlər doktoru, sədr
2. Abdullayeva Gülarə Abdurahman qızı – Tədris işləri üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, “Dillər” və onların tədrisi texnologiyaları kafedrasının dosenti, sədr müavini.
3.Çələbiyev Nuralı Zərbalı oğlu – Elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, “Ümumelmi fənlər” kafedrasının dosenti, üzv.
4. İbrahimov Firədun Nadir oğlu – Filialın “Təbiət fənləri və onların tədrisi texnologiyaları” kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor, üzv.
5. Adişirinov Kamil Fikrət oğlu – Filialın elmi katibi. Filologiya üzrə fəlsəfə doktoru. “Humanitar fənlər” kafedrasının dosenti, üzv.
6. Mürşüdova Ulduz Bəşir qızı – Filialın Filologiya fakültəsinin dekanı. Filologiya üzrə fəlsəfə doktoru, dosent, üzv.
7. Abdullayeva Xalidə Firuddin qızı – Filialın Pedaqoji fakültəsinin dekanı. Filologiya üzrə fəlsəfə doktoru, “Dillər” və onların tədrisi texnologiyaları” kafedrasının baş müəllimi, üzv.
8. Bədiyev Sədrəddin Rəhim oğlu – Filialın “Ümumelmi fənlər” kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, üzv.
9. Baxışov Vüsal Bünyamin oğlu – Filialın “Hümanitar fənlər” kafedrasının müdiri, baş müəllim, tarix üzrə fəlsəfə doktoru,üzv.
10. Əkbərova Əsmayə Bəxtiyar qızı – Filialın “Dillər” və onların tədrisi texnologiyaları” kafedrasının müdiri, baş müəllim, üzv.
11. Rəhimova Yeganə Abdulla qızı – Filialın Tədrisin idarə olunması şöbəsinin müdiri, “Dillər”və onların tədrisi texnologiyaları kafedrasının baş müəllimi, üzv.
12. Həmidova Xuraman İsa qızı – Filialda Karyeva Mərkəzinin rəhbəri . “Təbiət fənləri və onların tədrisi texnologiyaları” kafedrasının baş müəllimi. üzv.
13. Rəsulova – Süleymanova Səmra Rafiq qızı – Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsinin müdiri, üzv
14. Nəsrullayeva Nərminə Zülfəli qızı – Filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri, üzv
15. Abdurahmanova Gülnara Qurbanəli qızı – Filialın İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinin müdiri. “Təbiət fənləri və onların tədrisi texnologiyaları” kafedrasının baş müəllimi, üzv.
16. Feyzullayeva Səadət Teyfuq qızı – TEC – in sədri. Filialın “Təbiət fənləri və onların tədrisi texnologiyaları” kafedrasının baş müəllimi, üzv.
17. Lətifova Brilyant Seyran qızı – Filialın baş mühasibi, üzv.
18. Rzayev Azər Şahid oğlu – Filialın “Ümumi şöbə”sinin müdiri,üzv.
19. Abubəkirov Araz Məmmədağa oğlu – Filialın “Xidmət şöbəsi”nin müdiri, üzv.
20. Mirzəyeva Türkan Zəfər qızı – Filialın Kitabxana müdiri, üzv.
21.Məhərrəmov Tahir Məhərrəm oğlu – Filialın Həmkarlar Təşkilatının sədri. “Humanitar fənlər” kafedrasının baş müəllimi, üzv.
22. Kərimli Aysun Ramin qızı – Filialın Tələbə - Gənclər Təşkilatının sədri, üzv.
23.Şərifova İlhamə Nəsib qızı – Filialın Tələbə Həmkarlar Təşkilatının sədri, “Humanitar fənlər” kafedrasının laborantı, üzv.
24. İmanova Aysel Beybala qızı – Riyaziyyat üzrə fəlsəfə doktoru,Filialın “Təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, üzv.
25.İsmayılov Vaqif Nüsrət oğlu – Filialın “Ümumelmi fənlər” kafedrasının baş müəllimi, üzv.
26.Əliyeva Pakizə İsrail qızı – Filialın “Humanitar fənlər” kafedrasının baş müəllim, üzv
27.Əliyeva Sevinc Akif qızı – Filialın “Dillər və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, üzv
28.Hümbətova Şərqiyyə Nüsrət qızı – Filialın “Dillər və onların tədrisi texnologiyası” kafedrasının dosenti, üzv
29. Şirinova Kifayət Fikrət qızı – Filialın “Təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, üzv.
30. Həsənova Vüsalə Fərrux qızı – “Dillər və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, üzv

ADPU-nun Şəki filialının Elmi Şurasının 2023-2024- cü tədris ili üçün iş planı

ADPU-nun Şəki filialının 2023-2024-cü tədris ili üçün iş planı