1 fevral 2021-ci il tarixində Şəki Şəhər Gənclər və İdman İdarəsi tərəfindən Gənclər günü münasibətilə onlayn tədbir təşkil edilib. Tədbirdə gənclərlə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri, filialımızın tərbiyə islər uzrə təşkilatçısı Xuraman Həmidova, TGT sədri Ramin Rəhimov və tələbələrimiz də iştirak ediblər. Tədbiri giriş sözü ilı açan Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov gənclərə göstərilən dövlət qayğısından, rayon gənclərinin ictimai-siyasi həyatdakı rolundan, müxtəlif sahələrdə əldə edilən uğurlardan danışıb.
Sonra Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Sadiq Yusifov, Şəki Şəhər Təhsi Şöbəsinin müdir müavini Elxan Abdullayev və başqaları çıxış edərək gəncləri təbrik ediblər.
Sonra Şəki gənclərinin ictimai həyatdakı rolu dəyərləndirilib və fəal gənclər mükafatlandırılıb.
Tədbirdə filialımızın Tələbə Gənclər Təşkilatının sədri Ramin Rəhimov COVİD -19 pandemiyasına qarşı və Vətən müharibəsi zamanı göstərdiyi fəaliyyət və fədakarlığa görə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif edilib. Şəki Şəhər Gənclər və İdman İdarəsi tərəfindən fililalımızda fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatıi “İlin Tələbə Gənclər Təşkilatı” mukafatına layiq görulüb.
Tədbirdə həmçinin filialın tərbiyə islər üzrə təşkilatçısı Xuraman Həmidova, “İbtidai sinif müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Aişənur İsmayilova, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Sabir Məmmədzadə Fəxri Fərmanla təltif ediliblər.
Tədbirdə filialın tərbiyə işləri üzrə təşkilatçısı Xuraman Həmidova çıxış edərək, gənclərə göstərdiyi qayğıya görə dövlətimizə minnətdarlığını birldirib, filialın gənclərinin fəaliyyətini yüksək qiymətləndirdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinə, Şəki Şəhər Gənclər və İdman İdarəsinə təşəkkür edib.