Mirzəyeva Türkan Zəfər qızıMİRZƏYEVA TÜRKAN ZƏFƏR QIZI
Kitabxana müdiri

QISA BİOQRAFİK MƏLUMAT

1987-ci il fevralın 10-da Şəkidə anadan olub. 1994-2000-ci illərdə Şəki şəhər 19 saylı orta məktəbdə, 2000-2005-ci illərdə Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə orta təhsil, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində ali təhsil almışdır. 2009-cu ildən ADPU-nun Şəki filialının kitabxanasında çalışır. Ailəlidir. 2 övladı var. YAP-ın üzvüdür.

ƏMƏK FƏALİYYƏTİ

2009-cu il dekabrın 1-ində AMİ-nin Şəki filialının kitabxanasında kitabxanaçı işləmişdir.
2011-ci ilin yanvarın 21-dən ADPU-nun Şəki filialının kitabxanasında kitabxana müdiri vəzifəsində çalışır.

KİTABXANANIN TARİXİ VƏ FƏALİYYƏTİ

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının kitabxanası Respublikanın ali məktəb kitabxanalarından biridir. Kitabxana 30 sentyabr 1991-ci ildən 2000-ci ilədək BDU-nun Şəki filialının, 13 iyun 2000-ci ildən AMİ-nin Şəki filialının, 2015-ci ilin noyabrından isə ADPU-nun Şəki filialının kitabxanası kimi fəaliyyət göstərir. Kitabxana ali təhsil müəssisəsinin əsas struktur bölmələrindən biridir. Kitabxananın fondunda azərbaycan, rus, türk, ingilis və fransız dillərində 19251 nüsxə kitab saxlanılır. Rəhbərliyin diqqət və qayğısı sayəsində kitabxana fondu zənginləşir. Kitabxananın 795 nəfər oxucusu var.

Sahəsi: 252.8 m2
İşçi sayı: 4
Ümumi fond: 19674
Kiril: 9269
Latın: 10405

Bədii ədəbiyyat: 6169
Elmi kütləvi: 3287
Kitabça: 957
Dərslik: 1099
Dərs vəsaiti: 1394
Metodik vəsait: 329
Tədris metodik vəsait: 3450 - (latın) - 2822 ; (kiril) - 628
Hədiyyə: 3894
Ensiklopediya: 433
Lüğət: 236
PDF:2081
Monoqrafiya: 29 adda 172 nüsxə
Oxucu sayı: 827
Müəllim: 73
İşçi: 53
Tələbə: 701

Kitabxana 2023-2024 -cü tədris ili üçün “Azərbaycan”, “Yeni Azərbaycan”, “Xalq”, “Respublika”, “Azərbaycan müəllimi”, “Səs”, “Region mediası”, “Şəki”, “Бакинский рабочий” kimi qəzetlərə, “Təhsil”, “Maliyyə və uçot” jurnallarına abunə yazılmışdır.

Kitabxana yaradılan mədəni sərvətləri, informasiya resurslarını toplayır və qoruyur, eyni zamanda onların istifadəsini, yayımlanmasını təmin edir.
Məqsədimiz kitabxana fondunu ali təhsil müəssisəsinin profilinə, məqsədinə, oxucuların informasiya təlabatına uyğun şəkildə qurmaq, xidmətin keyfiyyətini yaxşılaşdırmaq, ali məktəbin apardığı təlim-tərbiyə və maarifləndirmə işində fəal iştirak etməkdir. Qarşıya qoyulan məqsədə nail olmaq üçün Azərbaycan Respublikasının “ Kitabxana işi haqqında” və “ Təhsil haqqında”qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və digər aidiyyati orqanların müvafiq, normativ-hüquqi aktlarını, ali təhsil müəssisəsinin rəhbərliyinin əmr və göstərişlərini, həmin ali təhsil müəssisəsinin nizamnaməsini və Nümunəvi Əsasnaməsini əldə rəhbər tuturuq.

Kitabxana işini öz iş planına əsasən yerinə yetirir:

1. Kitabxananın fəaliyyətini təşkil edir və istiqamətləndirir, oxuculara xidmətin təşkilinə və vəziyyətinə cavabdeh olur;
2. Kitabxana fondunun zənginləşdirilməsinə nəzarət edir, proseslərinin avtomatlaşdırılmasını təşkil edir;
3. Fondun düzgün komplektləşdirilməsini və ondan operativ istifadəni təşkil edir, fondun mühafizəsi üçün şərait yaradır;
4. Kitabxanaya daxil olan ədəbiyyatı qoşma sənədlə yoxlayıb, vahid ümumi uçot kitabı ilə işləyir;
5. Yeni alınmış kitabları inventara salır, ştempel vurur, texniki cəhətdən işləyir, ciblikləri və müddət vərəqlərini yapışdırır, kartlarını yazır, kataloqlaşdırır, əlifba və sistemli kartotekasını təşkil edir;
6. Ümumi fondda kitabların şöbələr, bölmələr və əlifba sırası ilə düzülüşünə nəzarət edir;
7. Gündəlik mətbuatı izləyir, dövri nəşrlərin kartotekasını hazırlayır, oxucuların bu kartotekadan yararlanmasını təşkil edir;
8. Oxucu kartotekasını təşkil edir, onların mütaliə marağını daim öyrənməklə məşğul olur;
9. Oxuculara kitab verilməsini və geri qaytarılmasını təmin edir, gecikdirilmiş kitab borclarının ödənilməsi üçün tədbirlər görür;
10. Daimi və dəyişkən sərgiləri təşkil edir;
11. Yeni alınmış kitabların sərgilərini təşkil edir;
12. Gün ərzində kitabxanadan istifadə edən, oxu zalından istifadə edən oxucuların qeydiyyatını aparır;
13. Oxu zalının fondunu təbliğ edir, onun düzülüşü ilə məşğul olur, fondun daima qaydada olmasını təmin edir;
14. İl ərzində görülən işlər haqqında hesabat verir.

Kitabxananın 4 nəfər əməkdaşı vardır

Kitabxana müdiri: Türkan Zəfər qızı Mirzəyeva

Böyük kitabxanaçı:
İsmayılova Gülnaz Əhəd qızı

Kitabxanaçı:
İslamova Səbinə Vaqif qızı

Biblioqraf: Süleymanzadə Ətrabə Dilavər qızı

Kitabxananın elektron fondu:

Azərbaycan dili

Bədii ədəbiyyat

Coğrafiya

Fransız dili

Fəlsəfə

Lüğət,ensiklopediya

Pedaqogika

Psixologiya

Riyaziyyat

Sosial iş

Sosiologiya və politologiya

 Tarix

 Tibb

Uşaq ədəbiyyatı

Xarici ədəbiyyat

İnformatika

İngilis dili

İqtisadiyyat

Ədəbiyyat tarixi.Ədəbi tənqid və ədəbiyyatşünaslıq