Print 

Aprelin 3-də ADPU-nun Şəki filialının pedaqoji təcrübədə olan tələbələri ilə görüş keçirilib. Microsoft Teams proqramı ilə onlayn təşkil olunmuş görüşdə filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva, filologiya fakültəsinin dekanı, dosent Ulduz Mürşüdova, pedaqoji fakültənin dekanı, fil.ü.f.d., baş müəllim Xalidə Abdullayeva, təcrübə rəhbəri Asudə Bədəlova, pedaqoqlar, psixoloqlar, ixtisas metodistləri iştirak ediblər. Görüşdə dos. Gülarə Abdullayeva pedaqoji təcrübənin müəllimlik sənətinə yiyələnən tələbələrin gələcək fəaliyyətində rolundan danışıb və filialda pedaqoji təcrübənin təşkili, gedişi vəziyyəti ilə bağlı məlumat verib. Natiq bildirib ki, hazırda onlayn şəkildə həyata keçirilən pedaqoji təcrübənin gedişi daim filial rəhbərliyinin diqqət mərkəzindədir, görüşün təşkil olunması da bu məsələ ilə bağlı müəllim və tələbələrin fikirlərini, arzu, istəklərini öyrənməkdən ibarətdir.
Görüşdə təcrübə rəhbəri Asudə Bədəlova pedaqoji təcrübənin gedişi ilə bağlı ətraflı məlumat verib. Filialın baş müəllimi, ixtisas metodisti Səadət Feyzullayeva “İbtidai sinif müəllimliyi” ixtisasının tələbələri ilə birgə pedaqoji təcrübə zamanı tətbiq etdikləri üsul və metodlardan, onların əhəmiyyətindən bəhs edib. Filologiya fakültəsinin dekanı, dos. Ulduz Mürşüdova, baş müəllimlərdən r.ü.f.d. Aysel İmanova, Kifayət Şirinova, Mirvari Eminova, Sevinc Əliyeva və b. təcrübə ilə bağlı öz fikir və təkliflərini bildiriblər. Görüşdə tələbələrin çoxsaylı sualları cavablandırılıb.