Print 

Çələbiyev Nuralı Zərbalı oğlu

Bayramlar ayrı-ayrı fərdlərin deyil, bütövlükdə xalqın, cəmiyyətin mənəvi həyatında ən fərəhli, yaddaqalan gün, insanların ömür kitabının qızıl sətirləri, tarixən formalaşmış ənənələrin yaşamasıdır.
Xalqımızın minillikləri arxada qoyub bugünədək yaşatdığı ən müqəddəs, milli bayramlardan biri də Novruzdur. Bu bayramın özünəməxsus özəllikləri vardır. Bunlar xalqımızın əski inanclarına bağlı olan çərşənbələr, Novruz ayinləri, xalq oyunları, bayram süfrələri novruz adət və ənənələri və sınamalarıdır. Novruzun müjdəçisi olan su, od, yel və torpaq çərşənbələri özünəməxsus əlamətləri ilə uzun əsrlər boyudur ki, xalqımızın inanclar sistemində yaşamaqdadır. “Yeni gün” adlandırılan Novruzun üç min ildən artıq yaşı vardır. Xalqımız Novruzu yeni ilin gəlişi, təbiətin oyanışı, bahar bayramı kimi qeyd edir.
Bu müqəddəs bayram münasibəti ilə kollektivimizin bütün əməkdaşlarını təbrik edir, onlara bol ruzi-bərəkət, həyat sevinci, uğur və xoşbəxtlik diləyirəm. Sularınız axar, ocaqlarınız yanar, tarlalarınız, süfrələriniz bol ruzili və bərəkətli olsun.
BAYRAMINIZ MÜBARƏK!
                                                                    ADPU-nun Şəki filialında direktor vəzifəsini icra edən dosent Nuralı Çələbiyev