Print 

QISA BİOQRAFİK MƏLUMAT

Əfsanə Bəşirzadə 1995-ci il, 20 iyunda Şəki şəhərində anadan olub. 2001-2012-ci illərdə Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 saylı orta məktəbdə, 2012-2016-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunda (Şəki filialı) “Xarici dil (ingilis dili)” ixtisası üzrə bakalavr, 2016-2018-ci illərdə Azərbaycan Dillər Universitetində “İngilis dilində ədəbiyyatşünaslıq” ixtisası üzrə magistr təhsili alıb.2018-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında tyutor kimi fəaliyyət göstərib. 2021-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Dillər və onun tədrisi texnologiyaları” kafedrasında müəllim kimi fəaliyyət göstərir. Ailəlidir, bir övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2016-ci ildə Azərbaycan Müəllimlər İnstitutunu (Şəki filialı) “Xarici dil (ingilis dili)” ixtisası üzrə bakalavr pilləsini bitirib. 2018-ci ildə Azərbaycan Dillər Universitetində “İngilis dilində ədəbiyyatşünaslıq” ixtisası üzrə magistr pilləsini qırmızı diplomla bitirib.

ƏMƏK FƏALİYYƏTİ

2018-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universiteti, Şəki filialında tyutor və müəllim

TƏDRİS ETDİYİ FƏNLƏR

İngilis dili bacarıqları, Akademik yazı və oxu, , Təhsil sahəsində ingilis dili, Xarici dildə işgüzar və akademik kommunikasiya

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1. “Con Qardnerin Qrendel əsəri əsasında postmodernist xüsusiyyətlər” (məqalə). “Filologiya məsələləri” jurnalı, №7. Bakı, 2017, səh. 290-296
2. “Con Qardnerin postmodernizm sahəsindəki nailiyyətləri” (məqalə). “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” jurnalı, №1. Bakı, 2018, səh. 114-117
3. “Classification of defining relative clauses in Azerbaidjani and English language” (məqalə). “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri” jurnalı. №2. Bakı, 2022, səh.81-85
4. “Müasir vasitələrlə söz ehtiyatının artırılması üsulları” (məqalə). “Filologiya məsələləri” jurnalı, №1. Bakı, 2015, səh. 172-180

SERTİFİKATLAR

1.2019,January Certificate. Cambridge Assessment English. TKT Module 1. (Band 4)
2.2019, 2 March Certificate. 1st Annual Cambridge Day Conference. Azerbaijan Teacher Development Centre. Azerbaijan
3.2019,June Certificate. Cambridge Assessment English. TKT Module 2 (Band 3)
4.2019, iyun – Workshop series on Communicative Approach to Language Teaching and Student-Centered Methodology, certificate (by Diane Whaley, English language specialist)
5.2020, sentyabr- Distant təhsil və elektron tədris platformalarından, resurslardan istifadə imkanları üzrə təlim, sertifikat
6.2021,16 noyabr, “Region universitetlərinin gənc tədqiqatçıları üçün seminarların təşkili” layihəsi
7.2022,23 fevral,”Open Science Azərbaycan:gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” layihəsi