Print 

QISA BİOQRAFİK MƏLUMAT

Çimnaz Rəhimova 1954-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1960-1970-ci illərində Şəki şəhər 12 nomrəli orta məktəbdə təhsil almışdır. 1970-1974 APXDİ-nin Xarici dil (fransız dili) fakultəsini bitirmişdir. 1974-1977-ci il, Oğuz rayonunun Xaçmaz kəndində təyinat üzrə fransız dili müəllimi işləmişdir.
1978-ci ildən 2016-cı il sentyabra qədər Şəki Şəhər İnçə Zunud tam orta məktəbində, 2016-cı il, sentyabrın 15-dən indiyədək ADPU-nun Şəki filialının Dillər və onların tədrisi texnologiyası kafedrasında fransız dili müəllimi işləyir.Ailəlidir,iki ovladı var.

TƏHSİLİ

1969-1970-ci illərdə SSRİ-nin 50 illiyi adına APXDİ-nin fransiz dili fakultəsini bitirib.

ƏMƏK FƏALİYYƏTİ

1969-1970-ci ildən 1974-cu ilə qədər Oğuz rayonunun M.F.Axundov adına Xaçmaz kənd orta məktəbində təyinat üzrə fransız dili müəllimi işləmisdir.1981-ci illərə qədər Şəki şəhər 1 nömrəli internat məktəbdə tərbiyəçi-müəllim işləmişdir.2016-cı ilə qədər İnçə-Zunud kənd orta məktəbində fransız dili müəllimi işləmişdir. 2016-cı il, sentyabrın 15-dən indiyədək ADPU-nun Şəki filialının Dillər və onların tədrisi texnologiyası kafedrasında fransız dili müəllimi işləyir.

TƏDRİS ETDİYİ FƏNLƏR

Fransız dil bacarıqları,fransız dilinin qrammatikası,intensiv fransız dili,dinləmə və tələffüz,üslubiyyat,tərcümə.

ELMİ İŞLƏRİ

1.Azərbaycan və Fransız dillərində cümlənin quruluşu və növləri. 2022,29 may,”Şuşa: Qələbənin zəfəri adlı”XXVI Beynəlxalq Elmi konfrans.
2.Fransız dilində determinativlər və Azərbaycan dili ilə müqayisəsi. Türkiyə, “Yol ver Türkün Bayrağına” adlı XXVII Beynəlxalq elmi konfransın materialları. Ertem Kavkars Yayınları-Kars, 2022.

SERTİFİKATLARI

1.2011, 5-9 sentyabr, Şəki.Ölkəşünaslıq və metodika təlimi. Azərbaycan Təhsil Problemləri İnstitutu
2.2015. Şəki. Təhsildə fəlakət risqinin azaldılması. Fransa səfirliyi Sertifikat
3.2017. Iyun. Mədəniyyət və Metodologiya. Fransa səfirliyi və Fransa Azərbaycan institutu Sertifikat
4.2022,29 may,”Şuşa: Qələbənin zəfəri adlı”XXVI Beynəlxalq Elmi konfrans
5.2022,5 may ,Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Region Müəllimlərinin Təhsil Zirvəsi"ndə iştiraka görə sertifikat
6.2022,22 iyun ,.Azərbaycan Dövlət pedaqoji universitetinin STEAM mərkəzinin təşkilatçılığı ilə keçirilən "ümumtəhsil müəssisələrində STEAM fənninin tədrisinin təkmilləşdirilməsi istiqaməti üzrə STEAM təlimi
7.2022,25 iyun Əhməd Cavadın 130 illiyinə həsr olunmuş”Yol ver Türkün bayrağına”adlı Beynəlxalq simpozium