Print 

QISA BİOQRAFİK MƏLUMAT

Aygül Salamova 1989-cu ildə Şəki şəhərində anadan olub. 1996-1997-ci illərdə Şəki şəhər 10 №li orta məktəbdə, 1997-2007-ci illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə, 2009-2013-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə magistr təhsili alıb. 2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında müəllim vəzifəsində fəaliyyət göstərir. 2021-2022-ci illərdə Şəki Dövlət Regional Kollecində müəllim vəzifəsində çalışıb. Subaydır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ, ELMİ ADLARI

2009-2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə bakalavr təhsili
2013-2015-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə magistr təhsili

ƏMƏK FƏALİYYƏTİ

2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında müəllim
2021-ci ildə Şəki Dövlət Regional Kollecində müəllim

TƏDQİQAT SAHƏSİ

Psixologiya

TƏDRİS ETDİYİ FƏNLƏR

Psixologiya, Pedaqoji psixologiya, Ünsiyyət və münasibətlərin psixologiyası

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1. Ailə həyatına psixoloji hazırlığın zəruriliyi. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. №1/2015. - Bakı: Mütərcim, 2015. s.215-217
2. Kütləvi kommunikasiya vasitələrinin ailə münasibətlərinə təsiri. Magistrların VIII elmi-praktik konfransının materialları. Bakı, ADPU, 2015. s.869-870
3. Ailə dramı-boşanma sosial-psixoloji problem kimi. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. №4/2017. - Bakı: Mütərcim, 2017. s.296-298
4. Uşaq və yeniyetmələrdə aqressiv davranış və onun profilaktikası. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. №1/2020. - Bakı: Mütərcim, 2020. s.120-122
5. Yeniyetmənin emosional inkişaf xüsusiyyətləri. Pedaqoji Universitetin Xəbərləri. Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər seriyası. Bakı, 2022, C.70, №2. s.200-206
6. Yeniyetməlik dövründə şəxsiyyətlərarası münasibətlər. Əməkdar elm xadimi, professor Əbdül Əlizadənin 90 illik yubileyinə həsr olunmuş “Psixologiyanın aktual problemləri” Respublika elmi konfransının materialları. Bakı: ADPU Nəşriyyatı, 2022. s.127-128
7. Təbii fəlakət-zəlzələ travmatik böhran faktoru kimi və onun yaratdığı psixoloji problemlər. Bakı Mühəndislik Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların VII Beynəlxalq elmi konfransının materialları. Bakı, 2023.