Print 

QISA BİOQRAFİK MƏLUMAT

Sevinc Kərimova 1990-cı ildə Şəki şəhərində anadan olub. 1998-2009-ci illərdə Şəki şəhəri 10 nömrəli tam orta məktəbində, 2009-2013-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının “Riyaziyyat və informatika müəllimliyi” fakültəsində, 2013-2016 -ci illərdə Gəncə Dövlət Universitetində “Riyaziyyat” ixtisasının “Diferensial tənliklər” ixtisaslaşması üzrə magistratura təhsili alıb. 2014-2015-ci illərdə Şəki Pedaqoji Kollecində müəllim, 2015-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında operator, daha sonra həmin ildən AMİ və onun filialları ADPU-ya qoşulduqdan sonra ADPU-nun Şəki filialında müəllim vəzifəsində fəaliyyət göstərir. Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2013-cü ildə illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının “Riyaziyyat və informatika müəllimliyi” fakültəsini, 2016-cı ildə Gəncə Dövlət Universitetinin “Riyaziyyat” ixtisasının “Diferensial tənliklər” ixtisaslaşması üzrə magistraturasını bitirib.

ƏMƏK FƏALİYYƏTİ

2014-cü ildə Şəki Pedaqoji Kollecində müəllim,
2015-ci ildə AMİ-nin Şəki filialında operator,
2015-ci ildən ADPU-nun Şəki filialında müəllim,
2022-2023-cü ildə Şəki şəhər, 8 saylı Beynəlmiləl tam orta məktəbdə müəllim.

TƏDQİQAT SAHƏSİ

Riyaziyyat

TƏDRİS ETDİYİ FƏNLƏR

Sadə riyazi təsəvvürlərin formalaşdırılması kursunun nəzəri əsasları, Triqonometrik funksiyalar, tənliklər və bərabərsizliklər, Diferensial tənliklər.

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1.İbtidai siniflərdə riyaziyyatın tədrisində tip məsələlərdən istifadə texnologiyası (həmmüəllif: prof.F.İbrahimov) // ARTİ “Elmi əsərlər” jurnalı, Bakı, 2021, № 4, səh. 104-109.
2. Hərəkətə aid məsələlərdən mürəkkəb fəza təsəvvürlərinin formalaşdırılması vasitəsi kimi istifadə olunması (həmmüəllif: prof.F.İbrahimov)// “Fizika,riyaziyyat və informatika tədrisi” jurnalı, Bakı, 2021, № 4, səh. 44-51.
3. With the application of simple problems in the teaching activities of students in primary school management (həmmüəllif: prof.F.İbrahimov)// Journal of science.Lyon, N32, 2022, Lyon, Fransa, səh.17-21.
4. Procedural points that must be expected in the teaching of the materials of the subject "Statistics and probability" in the VI classes (həmmüəllif: prof.F.İbrahimov)// “Polish journal of science” N62, 2023, Varşava, Polşa, səh.47-53.
5. Methodical System Of Teaching The Specified Topics For The İmplementation Of Sub-Standards For The "Functions" Educational Unit (X Class) (həmmüəllif: prof.F.İbrahimov)// “Annali d`Italia” – Scientific journal of Italy, N44, 2023, Florensiya, İtaliya, səh.36-43.
6. Technology of mastering knowledge related to lesson planning for students studying at the bachelor's level in higher educational institutions with a pedagogical profile (həmmüəllif: prof.F.İbrahimov)// “Znanstvena misel journal” , №79, 2023, Slovenska cesta 8, 1000 Ljubljana, Slovenia, səh. 49-57.

PROQRAMLAR

1. Sadə riyazi təsəvvürlərin formalaşdırılması kursunun nəzəri əsasları. (fənn proqramı), Şəki, 2021.

SERTİFİKATLAR
1.“Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği”, 2022
2. “Erasmus+Məlumat sessiyası” ,2022.
3. “Elmi əsərlərin tərtibinə verilən akademik tələblər” mövzusunda təşkil edilən təlimdə iştirak, 2023.