Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Avqust 2019 >
Bz Ç Ç Cm C. Ş Bz
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  

KEÇİDLƏR

 

adpu1

SOSIAL ŞƏBƏKƏLƏR

TƏRCÜMƏ ET:
English Russian

Ali məktəblərə imtahansız qəbul ediləcək şəxslərin sənəd qəbulu başladı

PDF faylını alÇapE-poçt


Bu gündən ali məktəblərə imtahansız qəbul ediləcək şəxslərin sənəd qəbulu başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, “Təhsil haqqında” qanunun 26.5-ci maddəsinə əsasən dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu kateqoriyadan olan abituriyentlər sənədlərini aprelin 16-dan mayın 18-dək TQDK-ya və ya komissiyanın regional bölməsinə (Naxçıvan, Gəncə, Quba, Lənkəran, Şəki) təqdim etməlidirlər.

Abituriyentlərdən ümumi qaydada müvafiq sənəd qəbulu komissiyasında təsdiq olunmuş “Abituriyent ərizəsi” formasının surəti və müvafiq nailiyyətləri təsdiq edən sənədlərin surəti – diplom və fərdi proqram üzrə iştirakçı ölkələrin sayı göstərilən protokol (protokolun əks olunduğu rəsmi internet saytı göstərilməklə) tələb olunur.

   

Tələbələr üçün “Yay semestri”nin təşkili qaydaları açıqlandı

PDF faylını alÇapE-poçt


Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə “Yay semestri”nin təşkili qaydalarını açıqlayıb.

Qaydalar yeni hazırlanan “Kredit sisteminin tədrisinin təşkili qaydaları”nda ayrıca bölüm kimi göstərilib.

Yeni qaydalara görə, “Yay semestri” adi payız və yaz semestrləri kimi təşkil olunacaq. Sadəcə, payız və yaz semestrlərinin hər biri 20 həftədən ibarət olduğu halda, “Yay semestri” tətil müddətində 6 həftədən çox olmamaq şərti ilə təşkil olunmalıdır.

“Yay semestri”nin təşkilinin bir neçə məqsədi var. Bu semestr akademik borcu olan, imtahanda aldığı qiymətlərlə razılaşmayan və hər hansı fənni digər ali məktəbdə keçmək istəyən tələbələr üçün təşkil olunur. Əgər tələbənin hansısa fənn üzrə akademik borcu qalıbsa, onun bu fənn üzrə növbəti illərdə, normativ müddətdən artıq oxumamasından ötrü onların “Yay semestri”ndə iştirak etməsinə imkan yaradılır.

Tələbə tədris aldığı müddətdə hər hansı fəndən aldığı aşağı qiyməti yüksəltmək istəyirsə, onda da “Yay semestri”ndə iştirak etməklə belə bir imkan əldə edə bilər.

Bununla yanaşı, tələbə hər hansı fənni öz oxuduğu ali məktəbdə deyil, başqa universitetdə keçmək istəyirsə, onu “Yay semestr”i vasitəsilə reallaşdıra bilər. Tələbələr “Yay semestri” ərzində həmin fənlər üzrə mövzuları yenidən keçib imtahan verəcəklər.

Ali məktəblər zəruri olduğu halda yay semestrini təşkil edirlər. Tələbənin “Yay semestri”ndə iştirakı məcburi həyata keçirilə bilməz. “Yay semestri”ndə iştirak könüllü və ödənişlidir. Ödənişin məbləği həmin il üçün ixtisas üzrə təhsil haqqı və fənnin kreditindən asılı olaraq müəyyən edilir.

“Yay semestri”ndən toplanılan maliyyə vəsaitinin hesabına müəllimlərin əmək haqları və digər xərclər də ödəniləcək.

Bu qaydalar mülkiyyətindən asılı olmayaraq, ölkənin bütün ali məktəblərində tətbiq edilməlidir.

Bu qaydaların növbəti tədris ilindən tətbiqi gözlənilir.

Qeyd edək ki, indiyədək Azərbaycanın bir sıra universitetlərində “Yay semestri” təşkil olunsa da, onun təşkilinin təsdiqlənmiş qaydaları olmayıb.

 

http://ann.az/az/t%c9%99l%c9%99b%c9%99l%c9%99r-ucun-yay-semestrinin-t%c9%99skili-qaydalari-aciqlandi/

   

Elmi qrantlar vergi və rüsumdan azad oluna bilər

PDF faylını alÇapE-poçt


Elmi qrantların vergi və rüsumdan azad olunması ilə bağlı Elmin İnkişafı Fondunun təklifi üzərində iş gedir.

Bunu Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev deyib. O bildirib ki, elmi qrantların vergi və rüsumlardan azad olunması alimlərin qrant layihələrini daha səmərli həyata keçirməsinə, elmə daha artıq diqqət ayırmasına və bürokratik məsələlərin onların işinə mane olmamasına səbəb olardı.

E. Babayev bu il elmi tədqiqatların maddi-texniki təminatı ilə bağlı layihənin həyata keçiriləcəyini söyləyib: “Söhbət maddi cəhətdən köhnəlmiş elmi cihazların tamamilə yenilənməsindən gedir. Bundan başqa, klassik qrant müsabiqələri də elan ediləcək. Əgər vaxt baxımından çatdıra bilsək, mobillik qrantı da elan ediləcək. Bu qrantın məqsədi Azərbaycanda çalışan alimlərin xaricdə elmi tədbirlərdə iştirakını təmin etməkdir”.

   

Azərbaycan təhsilində yenilik

PDF faylını alÇapE-poçt


Azərbaycanın ali məktəblərində təhsil alan tələbə eyni zamanda başqa ixtisas üzrə də təhsil ala biləcək. Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən deyilib ki, tələbə yalnız təhsil aldığı ixtisasa yaxın ixtisas üzrə əlavə təhsil ala bilər. Bunun üçün tələbəyə yandan fənn götürməyə icazə veriləcək. Bu imkandan yalnız akademik borcu olmayan tələbələr istifadə edə biləcəklər. Tələbələr üçün yandan fənn götürmək ödənişli əsaslarla olacaq.

Bu yenilik tələbəyə gələcəkdə əlavə ixtisas kimi yiyələndiyi sahə üzrə də peşə fəaliyyəti ilə məşğul olmaq hüququ verəcək.

“Məsələn, əgər tələbə vergi siyasəti ixtisası üzrə təhsil alırsa, sığorta işindən də fənlər götürüb onu öyrənə bilər. Onda o, gələcəkdə həm vergi siyasəti, həm də sığorta işi üzrə işləyə bilər”, – nazirlikdən bildirilib.

Qeyd edilib ki, əlavə ixtisas alan tələbəyə diplomdan əlavə xüsusi sertifikat və ya əlavə ixtisas almasını təsdiq edən sənəd veriləcək. Hazırda layihə formasında olan bu yeniliyin gələn tədris ilindən tətbiq ediləcəyi gözlənilir.

   

Ali məktəblərə qəbul planı artırıldı

PDF faylını alÇapE-poçt


Növbəti tədris ili üzrə ali məktəblərə qəbul planında yeni açıqlanması nəzərdə tutulan Bakı Ali Neft Məktəbi üçün də plan yerləri ayrılıb.

Bu barədə 2012-2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, növbəti tədris ili üçün qəbul planının layihəsi artıq Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasına təqdim edilib. Ölkə prezidentinin müvafiq sərəncamına uyğun olaraq, artıq qəbul planının layihəsini Təhsil Komissiyası təsdiqləyəcək.

M. Abbaszadə bu ilki qəbul planında plan yerlərinin ötən ilkinə nisbətən 9,5 faiz artdığını bildirib.

   

Növbəti Elmi Şura keçirildi

PDF faylını alÇapE-poçt

 

03 aprel 2012-ci il tarixdə AMİ-nin Şəki filialında növbəti Elmi Şura iclası keçirilmişdir. İclasda "Əlavə təhsilə metodik xidmət" və "Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi" kabinetlərinin, kitabxananın fəaliyyəti, "Tələbələrin buraxılış işlərini yerinə yetirmələrinin gedişi" və "Tələbələrin asudə vaxtlarının təşkili vəziyyəti" haqqında məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Elmi Şurada filial tələbələrinin və elmi konfransına hazırlığın vəziyyəti ilə əlaqədar cari məsələ də müzakirə olunmuşdur.                                                                          

   

Ali məktəblərində professor-müəllimlər yeni qaydalarla işə götürüləcək

PDF faylını alÇapE-poçt


Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə professor-müəllim vəzifələrinin tutulması üçün qaydalar hazırlayır.

Bu barədə Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev deyib.

Onun sözlərinə görə, hazırda layihə formasında olan bu qaydalarda professor-müəllimlərin işə qəbulu ilə bağlı bır sıra yeniliklər nəzərdə tutulur.

Hazırda ali məktəblərdə professor-müəllimlər fakültələrin və ali məktəbin elmi şuraları tərəfindən 5 il müddətinə seçilir. Yeni qaydalarda isə göstərilir ki, professor-müəllim vəzifələrinin tutulması ilə bağlı son qərarı məktəbdə işə qəbulla bağlı yaradılmış müvafiq komissiya verəcək.

Müsabiqədən keçmiş professor-müəllimlərlə ali məktəb rəhbərliyi 4 illik müqavilə bağlayacaq. Dörd il başa çatdıqdan sonra isə həmin vəzifənin tutulması üçün yenidən elan veriləcək. Bu vəzifəni əvvəl tutmuş müəllim həmin müsabiqədə yenidən iştirak edə və uğur qazanacağı təqdirdə həmin vəzifəni tuta bilər. Bir müəllimin müsabiqədə iştirakı ilə bağlı məhdudiyyət qoyulmayıb.

Bununla yanaşı, müsabiqədən keçən professor-müəllimlə ali məktəb rəhbərliyi arasında imzalanmış müqaviləyə uyğun olaraq, müəllimlər hər ilin sonunda öz fəaliyyətləri barədə hesabat verməlidirlər. Əvvəllər 5 il müddətinə seçilmiş professor-müəllimlərin hesabatı məktəb rəhbərliyi tərəfindən yaxşı işləməyən müəllimə qarşı hər hansı tədbirin görülməsinə imkan vermirdi. Amma indi hesabatın nəticəsindən asılı olaraq, rektorun müəllimlə müqavilənin davam etdirilib-etdirilməyəcəyi ilə bağlı müvafiq qərar qəbul etmək səlahiyyəti olacaq. Müəllimin gördüyü işlərin nəticəsindən asılı olaraq, rektor onunla müqaviləni davam etdirə də, etdirməyə də bilər.

“Müqavilədə müəllimin də müəyyən şərtləri var. Yəni müəllim məktəb rəhbərliyi qarşısında tədris prosesini həyata keçirmək üçün onu lazımi avadanlıqlarla, dərs vəsaitləri ilə, elektron kitabxanaya çıxışla təmin etməyi, ona yaxşı auditoriya verməyi şərt kimi qoya bilər. Ali məktəb rəhbərinin isə şərti odur ki, müəllim keyfiyyətli dərs keçsin, tələbələrə proqramlarla müəyyənləşdirilmiş kompetensiyaları verməsi üçün məsuliyyət daşısın. Əks təqdirdə rektor müəllimlə bu müqaviləni poza bilər”, – Mustafayev əlavə edib.

O hesab edir ki, bu qaydaların hazırlanması ali təhsil sistemi üçün ən mütərəqqi yeniliklərdən biridir. Yeni qaydalar müəllimlərin məsuliyyətini də artıracaq.

Mustafayev artıq “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın hazırlanaraq tətbiq edildiyini söyləyib.

   

Səhifə 66 > 72-dən

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Ağlın varsa, gücə, qızıla, nüfuza tabe olma! Qoy sənə rəhbərlik edən ancaq təmiz vicdanın olsun. ƏFZƏLƏDDİN XAQANİ

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

QALEREYA

joomlatemp