Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Noyabr 2017 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
TƏRCÜMƏ ET:
English Russian
Noyabr 2017

İSMAYILOVA MAHİZƏR NATİQ QIZI

PDFÇapEmail

müəllim

QISA BİOQRAFİK MƏLUMAT
İsmayılova Mahizər Natiq qızı 26 aprel 1992 – ci ildə Şəki şəhərində anadan olmuşdur. 1999 - cu ildə Şəki şəhərində 11№-li orta məktəbin 1-ci sinfinə daxil olub, 2010 – cu ildə həmin məktəbin 11 – ci sinfini bitirmişdir. 2010 – cu ildə AMİ – nin Şəki filialına daxil olmuş, 2014-cü ildə təhsilini başa çatdırmışdır. Elə həmin ildə ADPU –nun magistratura pilləsinin əyani şöbəsinə daxil olmuş, 2016 – cı ildə bitirmişdir. 2016-cı ildə ADPU –nun Şəki filialında tyutor vəzifəsində çalışmağa başlamış. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında 'Ümumelmi fənlər' kafedrasında müəllim, dekanlıqda tyutor vəzifəsində çalışır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali, 2014-ci ildə AMİ-nin Şəki filialını bitirmişdir.
2014-2016-cı illərdə ADPU-da magistr təhsili almışdır.

+ ƏMƏK FƏALİYYƏTİ
2016 - 2017-ci ildə ADPU-nun Şəki filialında tyutor.
2017 - 2018-ci tədris ilindən etibarən ADPU-nun Şəki filialının 'Ümumelmi fənlər' kafedrasında müəllim

+ TƏDQİQAT SAHƏSİ

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1.'Faiz' mövzusunun daxil edilməsi və tədrisi xüsusiyyətləri Məqalə Azərbaycan Müəllimlər İnstitutu . Xəbərlər Elmi-Metodik Jurnal №4, 2015
2. Faiz mövzusunun tarixinə dair. Məqalə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu Elmi Əsərlər №1, 2016
3. Xocalı soyqırımının öyrənilməsi Tezis
Bakı Slavyan Universitetində Dünya azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş XIII Beynəlxalq tələbə elmi-praktik konfransı 'Müasir tərcüməşünaslığın və mədəniyyətşünaslığın aktual problemləri' mövzusunda təşkil olunmuş konfrans



NURİYEVA LEYLA NİYMƏT QIZI

PDFÇapEmail

müəllim

QISA BİOQRAFİK MƏLUMAT
1975 –ci ildə Şəki şəhərində anadan olmuşdur. 1981-ci ildə Şəki şəhər 11 №-li orta məktəbinin I sinfinə daxil olmuş, 1992-ci ildə orta təhsili başa vurmuşdur. 1992-ci ildə BDU-nun Şəki filialının "Pedaqogika və psixologiya" ixtisasına daxil olmuş, 1997-ci ildə təhsilini başa vurmuşdur. 1997-ci ildə Şəki şəhər 11№-li tam orta məktəbə psixoloq vəzifəsinə təyin olunmuşdur. 2000-2008-ci illərdə Şəki "Əlillərə Qayğı" İctimai Birliyində psixoloq kimi fəaliyyət göstərmişdir. 2005-ci ildən AMİ-nin, 2015-ci ildən ADPU-nun  Şəki filialının Ümumelmi fənlər kafedrasında psixologiya fənnini tədris edir. 2001-ci ildən YAP-ın üzvüdür. 2001-ci ildən Mərkəzi Seçki Komissiyasının Şəki şəhər dairəsinin 23 saylı məntəqəsində katib, 2016-cı ildən isə 22 saylı seçki  məntəqəsinin  sədri vəzifəsinə təyin olunmuşdur. Şəki Şəhər İcra hakimiyyəti yanında Qəyyumluq komissiyasının üzvüdür.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1997-ci ildə Bakı Dövlər Universiteütinin Şəki filialının 'Pedaqogika və psixologiya fakultəsini bitirmişəm.
2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında 'Tarix' ixtisası üzrə yenidən hazırlanma təhsilinin tam kursunu bitirmişəm.
Hal-hazırda ADPU-nun Şəki filialının Ümumelmi fənlər kafedrasının müəllimidir.

+ ƏMƏK FƏALİYYƏTİ
1997-ci ildən Şəki şəhər 11№-li tam orta məktəbə Psixoloq vəzifəsinə təyin edilmişəm.
2000-2008-ci illərdə Şəki 'Əlillərə Qayğı' İctimai Birliyində psixoloq kimi fəaliyyət göstərmişəm
2005-ci ildən AMİ-nin (Şəki filialı) Ümumelmi fənlər kafedrasında psixologiya fənnini tədris edirəm
2001-ci ildən Mərkəzi Seçki Komissiyasının Şəki şəhər dairəsinin 23 saylı məntəqəsində katib, 2016-cı ildən isə 22 saylı məntəqə sədr vəzifəsinə təyin olunmuşam
Şəki Şəhər İcra hakimiyyəti yanında Qəyyumluq komisiyasının üzvüyəm.

+ TƏDQİQAT SAHƏSİ

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
1.Amerika Bey. Təhsil şurası 'Təhsildə - 20-26 iyun 2005 əməkdaşlıq
2.Demokratik Gənclər İctimai Birliyi - 2014. 4-6 iyun
3.YOUTH LEDADERSHİP ACADEMY - 2014
4.Azəabaycan Müəllimlər İnsititutu. iyul 2013 'İnklüzv təhsil üzrə Ali təhsil müəs müəssisəsi üçün hazırlıq
5.ATƏT –in Bakı ofisi. 'Sahibkar Qadın 23-24 avqust üçün Təlim'
6.'Ölkəmizi Tanıyaq' layihəsi üzrə keçirilən 16-19. 2015 tədris
7.'Təhlükələr və Qabaqlayıcı Təşəbbüslər' üzrə kurs.
8.Azərbaycanın tanınmış psixoloqları haqqında dərc olunmuş kitabda haqqında yazılmışdır.

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1. İstedadlı uşaq təlim ilə bağlı müəllim hazırlığı mövzusunda elmi iş.
2. 'Istedalı uşaqların təlimi ilə bağlı məsələlərə xüsusi önəm verilməsinin zəruriliyi' mövzusunda elmi iş.
3. 'İstedadlıların təliminin metodik sisteminə daxil olan komponentlərin interpretasiyası' mövzusunda elmi iş.



EYVAZOVA KÖNÜL RAMİS QIZI

PDFÇapEmail

müəllim

QISA BİOQRAFİK MƏLUMAT
 1984-cü ildə Şəki rayonunun Baltalı kəndində anadan olmuşdur. 1991-ci ildə Baltalı kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2002-ci ildə orta təhsilimi başa vuraraq Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisasına qəbul olmuş, 2006-cı ildə həmin ixtisas üzrə ali təhsili bitirmişdir. Həmin  ildə Gəncə Dövlət Universitetinin "Pedaqogika tarixi və nəzəriyyəsi" ixtisası üzrə magistraturasına qəbul olmuş, 2008-ci ildə təhsilini başa vurmuşdur. 2010-ci ildən əmək fəaliyyətinə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında pedaqogika müəllimi olaraq başlamışdır. 2012-ci ilin  oktyabr ayından Şəki rayonu  Baltalı kənd İƏD üzrə nümayəndəlikdə müavin vəzifəsində işləyir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali, 2006 cı ildəAMİ-nin Şəki filialını "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə bitirmişdir.
2008-ci ildə Gəncə Dövlət Universitetinin "Pedaqogikanın tarixi və nəzəriyyəsi" ixtisası üzrə magistraturasını biitirmişdir.

+ ƏMƏK FƏALİYYƏTİ
2010-ci ildən AMİ-nin, 2015-ci ildən ADPU-nun Şəki filialının Ümumelmi fənlər kafedrasında müəllim vəzifəsində çalışır.

+ TƏDQİQAT SAHƏSİ

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
1.Dərsə verilən təriflər və onların çatışmayan cəhətləri. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gəncə Dövlət Universiteti.Tələbə və magistrantların elmi-tədqiqat və yaradıcılıq işlərin toplusu. Gəncə-2007
2. Firədun İbrahimov, Könül Eyvazova 'Təlimin təhsilləndirici, tərbiyələndirici və inkişaf etdirici funksiyalarının vahidliyi'
3. Firədun İbrahimov, Könül Eyvazova 'Dərsin quruluşunu şərtləndirən əsas amillərdən biri' adlı məqalənin xülasəsi

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ



KƏRİMOVA MƏTANƏT VAHİD QIZI

PDFÇapEmail

Baş müəllim

QISA BİOQRAFİK MƏLUMAT
1963-cü ildə Şəki rayonun Baş Göynük kəndində anadan olmuşdur. 1986-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali, 1986-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir.

+ ƏMƏK FƏALİYYƏTİ
1986-cı ildə Baş Göynük kənd 1 saylı orta məktəbində müəllim.
1987-ci ildə Şəki şəhər 3 saylı orta məktəbində, 
1987-1994-cü illərdə Şəki şəhər 17 saylı orta məktəbində,
1994-cü ildə Şəki şəhər 5 saylı orta məktəbində,
1992-ci ildə BDU-nun Şəki filialında,
2000-2008-ci  illərdə AMİ-nin Şəki filialının Dillər kafedrasında müəllim,
2008-2015-ci illərdə AMİ-nin Şəki filialında baş müəllim işləmişdir.
2015-ci ildən ADPU-nun Şəki filialının baş müəllimidir.

+ TƏDQİQAT SAHƏSİ

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
Azərbaycan xalq pedaqogikasında gənc nəslin əxlaq tərbiyəsi məsələsinin qoyuluşu.
"Yeni təlim texnologiyaları dərslərdə" (metodik vəsait) AMİ.



İSMAYILOV VAQİF NÜSRƏT OĞLU

PDFÇapEmail

baş müəllim

QISA BİOQRAFİK MƏLUMAT
1969-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1976-1986-cı illərdə Şəki şəhər 12 saylı orta məktəbində təhsil almışdır. 1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur. 1992-1997-ci illərdə BDU-nun Şəki filialında "Pedaqogika və psixologiya" ixtisası üzrə təhsil almışdır. 1997-ci ildən BDU-nun Şəki filialında laborant, müəllim vəzifələrində fəaliyyətini davam etdirmişdir. 2008-ci ildən AMİ-nin, 2015-ci ildən ADPU-nun  Şəki filialının Ümumelmi fənlər kafedrasında baş müəllim vəzifəsində çalışır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali, 1997-ci ildə BDU-nun Şəki filialında "Pedaqogika və psixologiya" ixtisasını bitirmişdir.
1997-ci ildən BDU-nun Şəki filialında laborant, müəllim vəzifələrində işləmişdir.
2008-ci ildən AMİ-nin, 2015-ci ildən ADPU-nun  Şəki filialının Ümumelmi fənlər kafedrasında baş müəllim vəzifəsində çalışır.

+ ƏMƏK FƏALİYYƏTİ
1989-1992-ci illərdə 100 saylı KTİ-də fəhlə
1997-1998-ci illərdə BDU-nun Şəki filialında laborant
1998-2000-ci illərdə BDU-nun Şəki filialında müəllim
2000-2005-ci illərdə AMİ-nin Şəki filialında müəllim
2008-2015-ci illərdə  AMİ-nin Şəki filialında Ümumelmi fənlər kafedrasında baş müəllim işləmişdir.
2015-ci ildən ADPU-nun Şəki filialında baş müəllim vəzifəsində çalışır.

+ TƏDQİQAT SAHƏSİ
Təhsil müəssisələrində marketinq xidməti
Müəllimlərin inklüziv təhsilə psixoloji hazırlığı problemləri

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
2008, Bakı, AMİ. Azərbaycan cəmiyyətinin müasir mərhələsində gənclərin əxlaqi tərbiyəsinin xüsusiyyətləri // Respublika elmi konfransı.
2009, Bakı, AMİ. Müasir şəraitdə yaşlıların təhsili: problemlər və perspektivlər // Respublika elmi Konfransı.
2011, Bakı, AMİ. Müəllim hazırlığının müasir problemləri // Beynəlxalq elmi konfrans.
2014, Bakı, AMİ. Müəllim hazırlığının müasir problemləri: texnologiya, təhsil və inkişaf // Beynəlxalq elmi konfrans.
2014, Bakı, AMİ. Azərbaycanda inklüziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları // Respublika elmi konfransı.
2014, Bakı, AMİ. Müasir şəraitdə tərbiyə sisteminin vəziyyəti: axtarışlar, problemlər, təkliflər // Respublika elmi konfransı.

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ



HƏMİDLİ TAHİR ƏHMƏDİYƏ OĞLU

PDFÇapEmail

Azərbaycan Rəssamlar İttifaqının üzvü, ümumelmi fənlər kafedrasında baş müəllim

QISA BİOQRAFİK MƏLUMAT
6 yanvar 1953-cü ildə Şəki şəhərində anadan olmuşdur. 1959-1968-cı illərdə 10 saylı orta məktəbin 9-cu sinfini bitirmişdir. 1968-1972-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun "Rəsm və rəsmxət müəllimi" ixtisasını bitirmişdir. 1972-1978-ci illərdə Daşkənd Rəssamlıq İnstitunun Qrafika fakültəsində təhsil almışdır. Evlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1972-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun "Rəsm və rəsmxət müəllimi" ixtisasını bitirmişdir.
1978-ci ildə N.Ostrovski adına Daşkənd Rəssamlıq İnstitunun Qrafika fakültəsini əla qiymətlərlə bitirmişdir.
1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
2010-cu ildən AMİ-nin, 2015-ci ildən ADPU-nun Şəki filialında baş müəllim vəzifəsində işləyir.

+ ƏMƏK FƏALİYYƏTİ
01.09.1978-04.11.1978 Özbəkistan Dövlət Komitəsində Uşaq bədii ədəbiyyatı və incəsənət nəşriyyatı üzrə bölmənin redaktoru,
1982-1997-ci illərdə Şəki Dövlət Rəsm Qalareyasında direktor işləmişdir.
1997-ci ildən indiyədək  Azərbycan Rəssamlar İttifaqı Şəki təşkilatının sədri vəzifəsində işləyir.
1996-2015-ci illərdə həm də AMİ-nin Şəki filialında 0.5 st müəllim vəzifəsində işləmişdir.
2015-ci ildən indiyədək həm də ADPU-nun Şəki filialının baş müəllimidir.

+ TƏDQİQAT SAHƏSİ
Təsviri və tətbiqi incəsənət sahəsinə yenillik gətirmişdir. Müxtəlif dəniz və qaya daşlar üzərində müxtəlif üsullar və rənglərlə təsvirlərin işlənilməsi. "Azərbaycan milli hədiyyələri" və yenilik.

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
Dəfələrlə Azərbaycan, Cənubi Koreya və Bolqarıstanda keçirilən tədbirlərdə iştirak etmiş və diplomlar almışdır.



BƏDİYEV SƏDRƏDDİN RƏHİM OĞLU

PDFÇapEmail


BƏDİYEV SƏDRƏDDİN RƏHİM OĞLUPedaqoji elmlər namizədi, baş müəllim, Ümumelmi fənlər kafedrasının müdiri


QISA BİOQRAFİK MƏLUMAT
1946-cı ildə Rusiya Federasiyasının Dağıstan Respublikasında anadan olmuşdur. 1955-1966-cı illərdə Azərbaycan Respublikası Şəki rayonunun Baş Göynük kəndində orta təhsil almışdır. 1970-ci ildə ADPU-nin fizika fakültəsini bitirmişdir. 1970-1983-cü illərdə Şəki rayonunun İnçə-Zunud, Qoxmuq kənd orta məktəblərində fizika müəllimi, 1883-cü ildən 1997-ci ilədək ABPKİA və YH İnstitutunun (hazırda AMİ) Şəki filialında kabinet müdiri, 1997-2000-ci illərdə BDU-nun Şəki filialında Tədris şöbəsinin müdiri, 2000-2008-ci illərdə AMİ-nin Şəki filialında Müasir təlim metodları və dayaq məntəqələri ilə iş kabinetinin müdiri vəzifəsində işləmişdir. 2008-ci ildən AMİ-nin, 2015-ci ildən ADPU-nun  Şəki filialının Ümumelmi fənlər kafedrasının müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikasının Qabaqcıl Maarif xadimidir. Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1970-ci ildə ADPU-nun fiizika fakültəsini bitirmişdir.
2008-ci ildə 'Ümumtəhsil məktəbi şagirdlərinin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsində yeni təlim texnologiyalarından istifadə' mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır.
1998-ci ildən baş müəllimdir.

+ ƏMƏK FƏALİYYƏTİ
1970-ci ildə Şəki rayonu İnçə-Zunud kənd orta məktəbində müəllim işləmişdir.
1971-ci ildə Hərbi xidmətdə olmuşdur.
1972-1974-cü illərdə Şəki rayonu İnçə-Zunud kənd orta məktənində,
1974-1983-cü illərdə Şəki rayonu Qoxmuq kənd orta məktəbində müəllim,
1983-1997-ci illərdə ABPKİA və YH İnstitutunun Şəki filialında kabinet müdiri,
1997-2000-ci illərdə BDU-nun Şəki filialında tədris şöbəsinin müdiri,
2000-2008-ci illərdə AMİ –nin Şəki filialında kabinet müdiri,
2008-2015-ci illərdə AMİ-nin Şəki filialında Ümumelmi fənlər kafedrasının müdiri işləmişdir,
2015-ci ildən ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının müdiri vəzifəsində işləyir.

+ TƏDQİQAT SAHƏSİ
Təlim-tərbiyə prosesində yeni təlim texnologiyalarından istifadə.

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
İREX-in, Unisef-in, BP-BRITISH COUNCIL-un Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə keçirdiyi beynəlxalq seminar və konfransların iştirakçısı olmuş, müvafiq sertifikatlar almışdır.
1.Пути развития творческих способностей учащихся. Теореческие и методологические проблемы современного образования.-Метариалы международной научно-практический конференции.18-20 октября 2010 г., Москва.
2.Müəllimlik sənətində etika problemi. - 'Müəllim hazırlığının müasir problemi' mövzusunda Beynəlxalq elmi konfrans. Bakı, 28-29 oktyabr 2011-ci il.
3.Yeni təlim texnologiyalarının tətbiq olunduğu dərslərdə tərbiyə məsələləri - 'Təhsil sistemində gənc nəslin təlim-tərbiyəsi üzrə işin təşkili və onun yaxşılaşdırılması istiqamətləri' mövzusunda Respublika konfransı. Bakı, 28 iyun 2012.
4.Gənc nəslə erməni vandalizmi haqqında - AMEA-nın İnsan hüquqları İnstitutu. Beynəlxalq konfrans, Bakı, 2013.
5.Ümummilli lider H.Əliyevin gender siyasəti qadın hərəkatını stimullaşdıran vasitə kimi. - 'Azərbaycanşünaslığın aktual problemləri' mövzusunda  VIII beynəlxalq elmi konfrans, BSU, 04-05 may, 2017

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1.Fizika dərslərindən xətaların hesablanılmasının öyrədilməsi. - Fizika və riyaziyyat tədrisi, N-1, 1978.
2.Fənn müvəffəqiyyətlə öyrədilir.  - Azərbaycan məktəbi, N-1, 1984.
3.Filialın dayaq məntəqələri ilə əlbir işi. - AMİ-nin Elmi əsərləri, N-2, 2004.
4.Yaradıcı işləməyi həyat amilinə çevirən müəllim.  - AMİ-nin Elmi əsərləri, N-4, 2004.
5.Orta ümumtəhsil məktəblərində yeni təlim texnologiyalarından istifadə edərək şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi. - Azərbaycan məktəbi, N-6, 2005.
6.Yeni təlim texnologiyalarından istifadə etməklə şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsində liderlik problemi. - Humanitar elmlərin öyrədilməsinin aktual problemləri, N-4 2005.
7.Fizika dərslərində şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsində yeni təlim texnologiyalarının rolu. - ADPU-nun Xəbərləri, N-5, 2005.
8.Yeni təlim texnologiyaları vasitəsilə ibtidai sinif şagirdlərinin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi. - ADPU-nun Xəbərləri. N-4, 2006.
9.От традиций к инновациям: к вопросу о сущности технологий обучения. - Учитель. М., №6, 2008.
10.Təlim texnologiyaları və onların mahiyyəti. - İbtidai məktəb və məktəbəqədər tərbiyə, N-1, 2008.
11.Şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi yolları. - AMİ-nin Xəbərləri,  №4, 2009.
12.Müəllimin professoqramında etika problemi. - Humanitar elmlərin öyrədilməsinin aktual problemləri, №5, 2010.
13.Технология обучения, его сущность. - Педагогические науки, №4, 2010, Москва.
14.Технология обучения, его сущность.  - Хабарщы, №2-3. Алматы, 2010.
15.Yeni təlim texnologiyalarının tətbiq olunduğu dərslərdə tərbiyə məsələləri. - ADPU-nun Xəbərləri, №3 2012.
16.Ənənə və müasirlik. Müasir dərs, onun bəzi xüsusiyyətləri haqqında. - Hümanitar elmlərin öyrədilməsinin aktual problemləri, №1, 2014.
17.Gənc nəslə erməni vandalizmi haqqında. -Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitutu. Beynəlxalq konfrans. Bakı, 2013.
18.Görkəmli pedaqoq - Rəfid bəy Əfəndiyev. - II Humanitar elmlərin öyrədilməsinin aktual problemləri,  №4, 2014.
19.Biliklərin müstəqil əldə edilməsi Qlobal təhsilin önəm verdiyi problem - II Humanitar elmlərin öyrədilməsinin aktual problemləri,  Bakı, №3, 2015.
20.Müəllim peşəkarlığının taksonomiyası. 'Təhsil', №11, 2016.
21.Azərbaycanda gender siyasəti Ümummilli lider H.Əliyevin ideyalarının davamı kimi.  - Pedaqoji Universitetin Xəbərləri, №1, 2016.
22.Milli təhsilimizin inkişaf mərhələləri, 'Təhsil', №12, 2016.
Fizikadan test məsələlərinin həlli metodikası və testlər. Bakı, Təhsil, 1999.
Fizikadan test məsələlərinin şagirdlərin intelektual səviyyəsinin yüksəldilməsində rolu və təsnifi. Bakı. Müəllim, 2003.
Fiizikanın tədrisində fəal təlim metodlarından istifadə etməklə şagirdlərin yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi. ADPU-nun nəşriyyatı, 2005.
Yeni təlim texnologiyaları dərslərdə. Şəki, 2007.
Yeni təlim texnologiyalarından mühazirə mətnləri(Müəllimlər üçün metodiki vəsait). Bakı, 'Dərələyəz-M' nəşriyyatı, 2009.
Yeni təlim texnologiyalarından mühazirə mətnləri. Yenidən işlənmiş, əlavələr edilmiş 2-ci nəşr. Bakı, 'Mütərəcim',2014
Didaktika (həmmüəlliflərlə birlikdə). Bakı, 'Mütərcim', 2011.
Didaktika-Ali pedaqoji institutlar üçün proqram. Müəlliflər: p.e.dF.N.İbrahimov, p.f.dok S.R.Bədiyev. Bakı, 'Müəllim', 2011.



MƏHƏRRƏMOVA AYGÜN CAVANŞİR QIZI

PDFÇapEmail

müəllim

QISA BİOQRAFİK MƏLUMAT
1988-ci ilin dekabr ayının 11-də Şəki şəhərində anadan olmuşdur. 1995-ci ildə Şəki şəhər 11 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2006-cı ildə həmin məktəbi bitirmişdir. 2007-2011-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunda "Pedaqogika və psixologiya" ixtisası üzrə bakalavriat, 2011-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "İbtidai təhsilıin pedaqogikası və metodikası" ixtisası üzrə magistratura pilləsində təhsil almışdır. 2013-cü ildə Şəki Pedaqoji Kollecində əmək fəaliyyətinə başlamışdır. 2013-2014-cü illərdə əmək fəaliyyətini Şəki Pedaqoji Kollecində  davam etdirmişdir. 2014-cü ildə Azərbaycan Müəllimlər İnstitunun Şəki filialında əmək fəaliyyətinə başlamışdır. 2015-ci ildən etibarən ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasında müəllim vəzifəsində çalışır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali, 2017-2011-ci illərdə NMİ-nin "Pedaqogika və Psixologiya" ixtisası üzrə bakalavriat pilləsini,
2011-2013-cü illərdə ADPU-nin "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə magistratura pilləsini bitirmişdir.

+ ƏMƏK FƏALİYYƏTİ
2013-2014-cü illərdə Şəki Pedaqoji Kollecində müəllim kimi fəalliyyət göstərmişdir. 2014-cü ildən AMİ-nin, 2015-ci ildən ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasında müəllim vəzifəsində çalışır.

+ TƏDQİQAT SAHƏSİ

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1. Qloballaşma və təhsil. ADPU-nun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktik konfransının materialları. 'Elm və təhsil' Bakı,  2013, səh. 220-223
2. Müasir təhsilin aktual problemləri. Magistrların Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VII elmi konfransının materialları. Bakı,ADPU, 2013, səh. 557-558
3. Qloballaşma dövründə Azərbaycanda təhsil sisteminin modernləşdirilməsi problemləri. Magistrların Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VII elmi konfransının materialları. Bakı, ADPU,  2013, səh. 558
4. Müasir təhsilin konseptual problemləri. Magistrların Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş VII elmi konfransının materialları. Bakı, ADPU,  2013, səh. 558-559



ADIŞİRİNOVA ALMAS MUSTAFA QIZI

PDFÇapEmail

Baş müəllim

QISA BİOQRAFİK MƏLUMAT
1949-cu ildə Şəki şəhərində anadan olmuşdur. 1956-1966-cı illərdə Şəki şəhər Nizami adına 7 saylı orta məktəbində ümumi orta təhsil almışdır. 1969–cu ildə Bakı Məktəbəqədər Pedaqoji məktəbinə daxil olmuş, 1971-ci ildə Məktəbəqədər tərbiyə ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1973-1978-ci illərdə ADPİ-nin Pedaqogika və psixologiya fakültəsində təhsil almışdır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali, 1978-ci ildə ADPİ-nin Məktəbəqədər Pedaqogika və psixologiya fakültəsini bitirmişdir.

+ ƏMƏK FƏALİYYƏTİ
1971-1980-cı illərdə Şəki şəhər 1 saylı uşaq bağçasında tərbiyəçi,
1980-1983-ci illərdə Şəki şəhər 1 saylı uşaq bağçasında metodist,
1983-2000-ci illərdə BPKİA və YHİ-nin Şəki filialının metodisti,
2000-2009-ci illərdə AMİ-nin Şəki filialının metodisti,
2009-2015-ci illərdə AMİ-nin Şəki filialının Kredit sistemi və tələbə nailiiyyətlərinin qiymətləndirilməsi kabinetinin müdiri vəzifələrində çalışmışdır.
2015-ci ildən indiyədək ADPU-nun Şəki filialında  Kredit sistemi və tələbə nailiyyətlərinin qiymətləndirilməsi kabinetinin müdiri işləyir.

+ TƏDQİQAT SAHƏSİ
Ətraf aləmlə tanışlıq.

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
2014-cü ildə Bakı şəhərində AMİ-nin təşkilatçılığı ilə keçirilən III Beynəlxalq konfransda iştirak etmiş, "Məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsində fəal təlim metodlarının praktik imkanları" mövzusunda çıxış etmişdir.">
2012-ci ildə Bakı şəhərində AMİ- nin təşkilatçılığı ilə keçirilən MMüəllim hazırlığının aktual problemləri" nə həsr olunmuş II Beynəlxalq konfransda iştirak etmiş, "Məktəbəqədər təhsilin təşkilinə yeni yanaşma" mövzusunda çıxış etmişdir.
2014-cü ildə Bakı şəhərində AMİ-nin təşkilatçılığı ilə keçirilən III Beynəlxalq konfransda iştirak etmiş, "Məktəbəqədər təhsilin keyfiyyətinin yüksəldilməsində fəal təlim metodlarının praktik imkanları" mövzusunda çıxış etmişdir.

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1. İctimai həyat hadisələri ilə tanışlığın təşkili,  - İbtidai məktəb və məktəbəqədər tərbiyə jurnalı, Bakı, 1988, № 4.
2. Məktəbəqədər müəssisədə ətraf aləmlə tanışlıq üzrə işin sistemi, - Məktəbəqədər və ibtidai təhsil jurnalı, Bakı, 2011, № 2
3. Məktəbəqədər təhsildə tərbiyəçi-uşaq münasibətləri,  - Humanitar elmlərin öyrənilməsinin aktual problemləri məcmuəsi, Bakı, 2011, № 4
4. Məktəbəqədər müəssisələrdə ətraf aləmlə tanışlıq prosesində nitq inkişafının reallaşdırılması imkanları, - Məktəbəqədər və ibtidai təhsil jurnalı, Bakı,2012, №2
5. Məktəbəqədər təhsilin təşkilinə verilən tələblər, -  Humanitar elmlərin öyrənilməsinin aktual problemləri məcmuəsi, Bakı, 2012, № 4
6.Məktəbəqədər təhsilin yeniləşdirilməsi prosesi,  - ARTPİ, Elmi konfrans, Bakı, 2012.
7. Məktəbəqədər yaşlı uşaqların təbiətlə tanışlığının təşkili təcrübəsindən, -  Məktəbəqədər və ibtidai təhsil jurnalı, Bakı, 2015, № 4.
8. Fənn proqramı-S/F Məktəbəqədər yaşlı uşaqların ailədə tərbiyəsi.



ADIŞİRİNOV KAMİL FİKRƏT OĞLU

PDFÇapEmail


Filologiya üzrə fəlsəfə doktoru, baş müəllim


QISA BİOQRAFİK MƏLUMAT
1960-cı ildə Oxud kəndində anadan olmuşdur. 1967-1975-ci illərdə Oxud kənd səkkizillik məktəbində, 1975-1977-ci illərdə Oxud kənd orta məktəbində,1982-1987-ci illərdə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki BDU)  təhsil almışdır. 1987-ci ildən 1998-ci ilədək Şəki Şəhər Mədəniyyət Şöbəsində kitabxana sistemi üzrə müxtəlif vəzifələrdə çalışmış, 1998-ci ildən etibarən paralel olaraq Şəki şəhər 9 saylı beynəlmiləl orta məktəbində pedaqoji fəaliyyət göstərmişdir. 1998-ci ildən 2001-ci ilədək həmçinin BDU-nun Şəki filialında saathesabı müəllim işləmişdir. 2002-2009-cu illərdə Şəki şəhər 9 saylı beynəlmiləl orta məktəbindəəsas heyətdə pedaqoji fəaliyyətə cəlb edilmiş, 2009-cu ilədək həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat fənlərini tədris etmişdir. 2005-ci ildən AMİ-nin, 2015-ci ildən ADPU-nun Şəki filialında çalışır. Hazırda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimidir. Ailəlidir. 2 övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1987-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
2007- 2013- cü illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olmuşdur.
2013- cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun ixtisaslaşmış Elmi Şurasında 'İsmayıl bəy Nakamın həyat və yaradıcılığı' mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2010-cu ildən AMİ-nin, 2015-ci ildən ADPU-nun Şəki filialının baş müəllimidir.

+ ƏMƏK FƏALİYYƏTİ
1987-1989-cu illərdə MKS-nin 5-saylı filialında və MKS-də böyük biblioqraf və böyük metodist,
1992- 1998-ci illərdə MKS-də şöbə müdiri,
2002-2009-cu illərdə Şəki şəhər 9 saylı beynəlmiləl orta məktəbində müəllim,
2005-2010- cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının Humanitar elmlər kafedrasında müəllim,
2010- 2015-ci illərdə AMİ-nin Şəki filialının baş müəllim,
2015-ci ildən ADPU-nun Şəki filialında baş müəllim.

+ TƏDQİQAT SAHƏSİ
XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Şəkidə yaşayıb-yaratmış İsmayıl bəy Nakam Sədrəddinbəyovun ədəbi irsinin araşdırılması.
Şəki folklor mühitinin tədqiqi (XX əsr üzrə).
XX əsr Şəki ədəbi- mədəni mühitinin tədqiqi.

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
2007, Bakı. İsmayıl bəy Nakamın bədii irsinin tədqiqi və əsərlərinin nəşri tarixindən// AMEA- nın Xəbərləri. Humanitar elmlər seriyası. № 4
2007, Bakı. İsmayıl bəy Nakamın həyatı. //BDU. Dil və ədəbiyyat seriyası. № 3
2007, Bakı. İsmayıl bəy Nakamın lirikası.// BDU. Dil və ədəbiyyat seriyası. № 4
2007, Bakı. İsmayıl bəy Nakamın 'Məcnun və Leyli' poemasının Nizami və Füzulinin ' Leyli və Məcnun' əsərləri ilə müqayisəsi.// BDU. Dil və ədəbiyyat seriyası. № 5.
2007, Bakı. 'Fərhad və Şirin' mövzusu Nizami və Nakam yaradıcılığında'// Mədəni-maarif. № 8.
2009, Махачкала. Исследование художественного наследия Исмаил бек Накама и история его произведений.// Дагестанский Государственный Университет. Вестник. Выпуск 7.
2010. Москва. Литературное наследие Исмаил бек Накама в Туреском, русском и Азербайджанском литературоведение. // Институт Стратегический Исследование.
2011, Bakı. XIX əsr Şəki ədəbi mühitinin formalaşmasında İsmayıl bəy Nakamın yeri və rolu// Doktorantların və gənc tədqiqatçıların XV Respublika elmi konfransının materialları. II hissə.
2012.Bakı.Folklorşünaslıq tədqiqatları: Çoxşaxəli axtarışlar, dəyərli ümumiləşmələr, 'Şəki Regional Elmi Mərkəzi: tarixə çevrilən 40 il ( kitab).
2013, Bakı. İsmayıl bə Nakamın əsərlərində bədii təsvir və ifadə vasitələri// ADPU- nun Xəbərləri, № 1.
2014, Симфереполь. История исследования творчества Исмаила бека Накама// Ученые записки Таврического Национального Университета им. В. И. Вернадского. Том. 27(66). № 3.
2014. Bakı. Baş Lyısqı kəndinin dünəni, bu günü və sabahı/ 'Qədim türk yurdu Baş Layısqı' kitabı.

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
2. Qaffarov T. Gözümün işığı, dilimin sözü. Şeirlər, hekayələ, dram əsərləri, Bakı, "Elm və təhsil", 2016, 316 s.
3. Hümmətov N.U. Tanrıdan diləyim. Şeirlər, oçerk və hekayələr, məqalələr. Bakı, "Elm və təhsil", 2016, 365 s.
4. Əhməd Zəyzidli. Nədir yaşamaq? Şeirlər. Bakı, "Elm və təhsil", 250 s.
5. Nurlu xatirələr işığında. Elmi-ensiklopedik toplu. Bakı, "Elm və təhsil", 2016, 286 s.
6. Çələbiyev M.M. İnsan ləyaqəti. Hekayələr. Bakı, "Elm və təhsil", 2017, 290 s.
7. Məsimova A.N. İtirilmiş səadət. Hekayələr və şeirlər. Bakı, "Elm və təhsil", 2017, 108 s">
2006, Bakı. İsmayıl bə Nakam: həyatı və bədii yaradıcılığı ( monoqrafiya)
2006, Bakı. Qədim türk-Oğuz yurdu Oxud (monoqrafiya)
2009, Bakı. Şəkidə məhəllə adları, soylar və ləqəblər (monoqrafiya)- həmmüəllif
2014. Bakı. Qədim türk yurdu Baş Layısqı (monoqrafiya)- həmmüəllif
Tərtib etdiyi və ön söz yazdığı kitablar:
1. Abdullayev E.S. Üşüdü qəlbimiz. Şeirlər, Bakı, "Elm və təhsil", 2015, 110 s.
2. Qaffarov T. Gözümün işığı, dilimin sözü. Şeirlər, hekayələ, dram əsərləri, Bakı, "Elm və təhsil", 2016, 316 s.
3. Hümmətov N.U. Tanrıdan diləyim. Şeirlər, oçerk və hekayələr, məqalələr. Bakı, "Elm və təhsil", 2016, 365 s.
4. Əhməd Zəyzidli. Nədir yaşamaq? Şeirlər. Bakı, "Elm və təhsil", 250 s.
5. Nurlu xatirələr işığında. Elmi-ensiklopedik toplu. Bakı, "Elm və təhsil", 2016, 286 s.
6. Çələbiyev M.M. İnsan ləyaqəti. Hekayələr. Bakı, "Elm və təhsil", 2017, 290 s.
7. Məsimova A.N. İtirilmiş səadət. Hekayələr və şeirlər. Bakı, "Elm və təhsil", 2017, 108 s



Səhifə 1 > 5-dən

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Ziyalıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin cəmiyyətdə hörmətini qaldırmaq lazımdır. HEYDƏR ƏLİYEV.

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

KEÇİDLƏR

 

adpu1

QALEREYA

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp