Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 20 nəfər
Professor - 1 nəfər
Dosent - 9 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Sentyabr 2010 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
TƏRCÜMƏ ET:
English Russian

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN ŞƏKİ FİLİALI

PDF faylını alÇapE-poçt

 

ADPU-nun Şəki filialı

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı bölgədə mədəni həyatın inkişafında müstəsna əhəmiyyəti olan ali təhsil ocağıdır. Respublikamızın Şimal-Qərb bölgəsində yerləşən, tarixi və mədəni mərkəz kimi tanınan qədim Şəkidə fəaliyyət göstərən bu ali məktəb 1991-ci ildə Bakı Dövlət Universitetinin Şəki filialı adı ilə fəaliyyətə başlamışdır. 14 iyun 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin 349 saylı fərmanı ilə BDU-nun və Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun Şəki filiallarının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı yaradılmışdır. Fəaliyyətinin ilk dövrlərində filiala “İbtidai təhsilin pedaqogikası və metodikası” və “Məktəbəqədər təhsilin pedaqogikası və metodikası” olmaqla yalnız 2 ixtisas üzrə qəbul planı təsdiq edilmiş, 2003-cü ildə isə “Azərbaycan dili və ədəbiyyatı”, “Xarici dil (İngilis dili)”, “Tarix və coğrafiya” və “Riyaziyyat və fizika” ixtisasları olmaqla əlavə 4 ixtisas üzrə də qəbul həyata keçirilmişdir. 2009-cu ildə “Riyaziyyat və informatika”, 2011-ci ildə “Təhsildə sosial-psixoloji xidmət”, 2012-ci ildə “Xarici dil (Fransız dili) müəllimliyi və 2013-cü ildə yenidən bərpa edilmiş “Məktəbəqədər  təlim və tərbiyə” ixtisasları hesabına say 8-ə çatdırılmışdır.

Fəaliyyətdə olduğu 15 ilə yaxın dövr ərzində Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında bakalavr pilləsində pedaqoji kadr hazırlığı ilə yanaşı, pedaqoji kadrların ixtisasının artırılması, təkmilləşdirilməsi və yenidənhazırlanması sahəsində də səmərəli işlər aparılmışdır.

Ölkə başçısının 26 noyabr 2015-ci il tarixli fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutu və onun bir sıra bölgə filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin tabeliyinə verilmişdir.

Filial 3,2 ha ərazidə 2 və 3 mərtəbəli yanaşı 2 binada yerləşir.

Filialda aşağıdakı struktur bölmələr mövcuddur:

1.Direktorluq:

2.Tədris və tələbə şöbəsi;

3.Ümumi  və kadrlar şöbəsi;

4.Mühasibatlıq;

5.Təsərrüfat şöbəsi;

6.Kitabxana:

7.Kompüter mərkəzi;

8.Dekanlıq -Pedaqoji fakültə;

9.Kabinetlər

10.Kafedralar:

-Humanitar fənlər kafedrası;

-Təbiət fənləri və tədrisi metodikası kafedrası;

-Ümumelmi fənlər kafedrası;

-Dillər kafedrası:

2001-ci ildən bu ali məktəbə riyaziyyat elmləri doktoru, dosent Rafiq Abduləli oğlu Rasulov rəhbərlik edir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında bir ali təhsil müəssisəsi kimi ötən 25 illik fəaliyyəti dövründə zəruri ehtiyac olan ixtisaslar üzrə 4 mindən artıq ilkin kadr hazırlığı həyata keçirilmiş, bölgə ali məktəbi üçün qaneedici elmi-pedaqoji kadr potensialı formalaşdırılmışdır.

Hal-hazırda bu təhsil ocağında professor-müəllim heyəti tərkibində 90 nəfər çalışır ki, onlardan da 4 nəfəri elmlər doktoru (o cümlədən 2 nəfəri professor), 22 nəfəri fəlsəfə doktoru, (o cümlədən 6 nəfəri dosent), 33 nəfər baş müəllim, 14 nəfər magistr, 15 nəfəri doktorant və dissertantdır. Son 5 ildə filial əməkdaşlarından 2 nəfəri elmlər doktoru, 3 nəfəri isə fəlsəfə doktoru proqramı üzrə dissertasiya müdafiə edərək alimlik dərəcələri almışdır. Filial əməkdaşlarından 60 nəfərə yaxını respublikada, həmçinin ABŞ və Fransa respublikalarında müxtəlif təlim kurslarından keçərək sertifikatlar almışdır.

ADPU-nun Şəki filialında professor-müəllim heyətinin elmi tədqiqat işlərinə cəlb edilməsi sahəsində xeyli uğurlu nəticələr  əldə edilmişdir. Təkcə 2016-cı ildə filial əməkdaşları tərəfindən tədris prosesi üçün zəruri ehtiyac olan 2 dərs vəsaiti, 2 monoqrafiya, 45 məqalə (o  cümlədən 6 məqalə xaricdə), 22 konfrans tezisi (o cümlədən 5-i xaricdə), 1 fənn proqramı  nəşr etdirilmişdir. Filialın professor-müəllim heyəti, əməkdaşları, gənc tədqiqatçıları və tələbələri respublika və beynəlxalq səviyyəli elmi konfranslarda müntəzəm iştirak edirlər.

ADPU-nun Şəki filialının respublikanın bir sıra ali məktəbləri ilə yanaşı, Türkiyə, Rusiya, Fransa, Gürcüstan, Ukrayna və s. kimi ölkələrin elmi müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri vardır.

ADPU-nun Şəki filialına tələbə qəbulu dövlət qəbul planına uyğun olaraq  Dövlət İmtahan Mərkəzi  tərəfindən həyata keçirilir. Son 3 ildə filialın ixtisaslarına müsabiqə xeyli yüksəlmiş, keçid ballarında dinamik artım özünü göstərmişdir.

“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə  - 550-310 bal

“Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə - 628-275 bal

“Xarici dil (İngilis dili) müəllimliyi” ixtisası üzrə - 637-288 bal

“Xarici dil (fransız dili)müəllimliyi” ixtisası üzrə - 417-213 bal

“Tarix və coğrafiya müəllimliyi” ixtisası üzrə - 528-369 bal

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə - 460-267 bal

“Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə - 476-257 bal

“Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə - 343-238 bal

Hazırda filialda 1100 nəfərdən artıq tələbə təhsil alır. Onlardan 12 nəfəri Təhsil Nazirliyinin təsis etdiyi “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüşdür. 2016-2017-ci tədris ilində filiala 8 ixtisas üzrə 202 nəfər tələbə qəbul olunmuşdur.

Filialda tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müntəzəm olaraq müxtəlif mövzularda elmi konfranslar, disput və debatlar, yubiley və müsabiqələr keçirilir. Filialda 21 nəfər tərkibdən ibarət Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar fəaliyyət göstərir.

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Vəzifəsini bilən insan xoşbəxtdir, başqa nemət axtarmasın. T.KARLAYL

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

KEÇİDLƏR

 

adpu1

QALEREYA

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp