19 dekabr 2021-ci ildə ADPU-nun Şəki filialının TGT-nın təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni ilin gəlişi münasibətilə təntənəli tədbir keçirilib. Şəki şəhərindəki “Çələbixan” sarayında keçirilən tədbirdə filialin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. Tədbirdə əvvəlcə filialın elmi işlər üzrə direktor müavni, ped.ü.f.d., dosent Nuralı Çələbiyev çıxış edərək, 2021-ci ildə ölkəmizin, eləcə də universitetimizin tarixinə yazılan əlamətdar hadisələrdən bəhs edib, məhz bu ildə qalib xalqın nümayəndələri kimi, Vətən müharibəsində böyük qələbənin birinci ildönümünün böyük fərəh hissi ilə qeyd edildiyini vurğulayıb və bu qələbənin təmin edilməsi yolunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi hörmətlə yad edilib.
Sonra filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova çıxış edərək, ADPU-nun Şəki filialının 2021-ci ildə qazandığı uğurlar, bu ildə ADPU-nun yaradılmasının 100, Şəki filialının 30 illik yubileyinin qeyd edilməsini diqqətə çatdırıb.
Humanitar fənlər kafedrasının baş müəllimi Mirvari Eminova, TGT-nin sədri Sabir Məmmədzadə çıxış edərək öz arzularını tədbir iştirakçılarına çatdırıblar.
Tədbirdə Şəki filialının özünəməxsus ənənələrindən biri kimi 2021-ci il üzrə təhsildə, ictimai işlərdə xüsusi fəallıq göstərən, nümunəvi intizamı ilə fərqlənən tələbələr müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb.
Tədbir filialın tələbələrinin hazırladıqları əyləncəli-bədii və musiqili proqramla davam edib.