Martın 2-də ADPU-nun Şəki filialının akt zalında “Təməl Dağçılıq” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Şəki-Zaqatala regionundakı ən təcrübəli və peşəkar dağçı və dağ bələdçiləri Müşfiq Səmədli və Fərid Mustafayev, filialın müəllim və tələbələri iştirak ediblər.
Əvvəlcə ölkədə peşəkarlar tərəfindən hazırlanmış ilk dağ filmi olan “BAZARDÜZÜ-Azərbaycanın zirvəsi” sənədli filmi nümayiş etdirilib. Sonra isə təlimçilər tədbir iştirakçılarına dağçılıq və alpinizm, dağçılığın tarixi, dünyada və Azərbaycanda dağçılıq, insanlar niyə dağa çıxır? Dağçılığın idman növü kimi formalaşması və hazırki vəziyyəti, dağçılığın 1 nömrəli qaydası: aklimatizasiya və ölüm zonaları, əsas dağçılıq ləvazimatları, dağ turizmi və dağ bələdçiliyi barədə ətraflı məlumat veriblər. Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılıb.