Martın 3-də ADPU-nun Səki filialının buraxılış kurslarının tələbələrinin magistratura təhsili ilə bağlı maarifləndirilməsi məqsədilə seminar keçirilib. Seminarda ADA Universitetinin əməkdaşları Leyla Əliyeva, Günel Muxtarova, filialın elmi işlər üzrə direktor müavini, dos. Nuralı Çələbiyev, Karyera mərkəzinin müdiri Xuraman Həmidova, muəllim və tələbələr iştirak ediblər. Tədbirdə tələbələrə magistratura pilləsinin bakalavr pilləsində təhsili bitirdikdən sonra onların gələcək təhsilində yeri və əhəmiyyəti, ADA Univertsitetindəki imkanlar, xüsusilə də kadr potensialı, xarici mübadilə proqramı vasitəsilə təhsil, karyera imkanları və magistratura proqramları barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.