QISA BİOQRAFİK MƏLUMAT

Yunusov Daşqın Rasim oğlu 17 avqust 1989 – cu ildə Şəki şəhərində anadan olub. 1995 – 2007 – ci illərdə Şəki şəhər 8 saylı beynəlmiləl tam orta məktəbində , 2007 – 2011 – ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının riyaziyyat – fizika fakultəsində, ( bir il hərbi xidmətdən sonra ) 2012 – 2015 – ci illərdə ali təhsilin magistr səviyyəsi üzrə Gəncə Dövlət Universitetinin diferensial tənliklər fakultəsində təhsil almışdır. 2018 – ci ildə aspirantura təhsil səviyyəsi üzrə AMEA – nın Riyaziyyat və Mexanika İnstitutuna qəbul olunmuş, 2020 –ci ildə müəyyən səbəblərə görə təhsilini dondurmuşdur. 2010 – cu ildə Bakı Elmi Tədris mərkəzində təşkil olunmuş komputer kurslarından A dərəcəli sertifikata layiq görülmüş, 2014 – cü ildə isə ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi ilə bağlı Təlim və İnkişaf Mərkəzinin keçirdiyi proqramı müvəffəqiyyətlə bitirdiyinə görə A dərəcəli sertifikat almışdır. Təhsil aldığı illər ərzində şahmat və dama idman növləri üzrə keçirilmiş yarışlarda şəhər birincisi olmuş, təhsil aldığı dövlət müəssisələrində keçirilmiş bütün tədbirlərdə fəal iştirak etmişdir. Murad İsayevlə birlikdə Gənc Novatorlar Gənclərin Maarifləndirilməsi İctimai Birliyini qurmuş, iki il həmin birliyin koordinatoru kimi Gənclər və İdman Nazirliyi Şəki Gənclər və İdman idarəsinin rəisi Vüqar İsgəndərovla birlikdə Şəki şəhərinin ictimai həyatında inkişaf məzmunlu və Ümummilli liderimiz Heydər Əliyevin xalqın inkişafı yönümündə gördüyü işlərin təbliği ilə bağlı bir çox layihələrə rəhbərlik etmişdir. 2011 – ci ildə “Vətəndaş jurnalistikasının əsasları” üzrə və “Yeni Media və Qeyri – Ənənəvi PR” adı altında keçirilmiş təlimlərdə müvəffəqiyyətlə iştirak etmiş, USAİD və İREX – in müvəffəqiyyət sertifikatlarını almışdır. 2012 – ci ildə “İnsan alveri ilə mübarizə sahəsində maarifləndirmə” təlimində uğurlu iştirakına görə “ABA CEELİ” – nin müvəffəqiyyət şəhadətnaməsinə layiq görülmüşdür. 2007 – ci ildən bəri YAP – ın üzvüdür. Təhsil sahəsində dövlət müəssisələrindən əlavə, öndə gedən tədris kurslarının bir çoxunda riyaziyyat və məntiq müəllimliyi etmiş, Qoxmuqda Aytən Həşimova ilə birlikdə Uğur təlim – tədris kursunu qurmuşdur. Hazırda Riyaziyyatın dərinlikləri youtube kanalının riyaziyyat müəllimidir. Dövlət müəssisələrində əmək fəaliyyətinə 2013 – cü ildə Şəki rayonu Dərəcənnət Kənd Tam orta məktəbində riyaziyyat müəllimi kimi başlamışdır. 2015 – ci ildə Azərbaycan Müəllimlər institutunun Şəki filialına diferensial tənliklər və riyazi – fizika tənlikləri fənləri üzrə seminar məşğələlərini tədris etməyə dəvət olunmuşdur. Hal – hazırda ADPU – nun Şəki filialının “Təbiət Elmləri və onların Tədrisi Metodikası” kafedrasında 0,5 ştat müəllim vəzifəsində işləyir.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

1995 – 2007 – ci illərdə Şəki şəhər 8 saylı beynəlmiləl tam orta məktəbi
2007 – 2011 – ci illərdə AMİ – nin Şəki filialının bakalavr səviyyəsi
2012 – 2015 – ci illərdə GDU – nin magistr səviyyəsi
2018 – ci ildə AMEA – nın Riyaziyyat və Mexanika İnstitutunun aspirantura səviyyəsi
Elmi dərəcə və elmi ad yoxdur.

ƏMƏK FƏALİYYƏTİ

2013 – cü ildən bəri Şəki rayon Dərəcənnət Kənd Tam orta məktəbində müəllim
2015 – ci ildən bəri ADPU – nun Şəki filialında müəllim

TƏDQİQAT SAHƏSİ

Riyaziyyat ( Diferensial və inteqral tənliklər )

TƏDRİS ETDİYİ FƏNLƏR

Ötən illərdə - Diferensial tənliklər, Riyazi – fizika tənlikləri,
Bu il - Diferensial həndəsə, Inteqral tənliklər