Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 20 nəfər
Professor - 1 nəfər
Dosent - 9 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Noyabr 2017 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 23 24 25 26
27 28 29 30      
TƏRCÜMƏ ET:
English Russian

FİLOLOGİYA FAKÜLTƏSİ

PDF faylını alÇapE-poçt

                                MÜRŞÜDOVA ULDUZ BƏŞİR qızı

                           Filologiya üzrə fəlsəfə doktoru, dosent, Filologiya fakultəsinin dekanı

QISA BİOQRAFİK MƏLUMAT
1958- ci il mart ayının 22-də Şəki şəhərində anadan olmuşdur. !965- 1975- ci illərdə Şəki şəhər 7 saylı məktəbdə təhsil alıb. 1985-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dili fakultəsini bitirmişdir. 1985-1988-ci illərdə Şəkinin Qaradağlı kənd səkkizillik məktəbdə İngilis dili müəllimi işləmişdir. 1988-ci ildə AMEA Səki Regional Elm Mərkəzinə laborant işinə qəbul edilmişdir. 1993-cü ildən kişik elmi işçi, 1997- ci ildən AMEA ŞREM- in “Folklorşünaslıq və el sənətləri” laboratoriyasının müdiri işləyir. 1998-ci ildə “Rəşidbəy Əfəndizadə və Folklor”mövzusu üzrə müdafiə etmişdir və iki indekslə “10.01.03” və “10.01.09” fil.e.n. elmi dərəcəsi almışdır. 2000 -2002-ci illərdə BDU Şəki filialında fəaliyyət göstərən Müdafiə şurasının üzvü olmuşdur.
2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Şəki filialı Xarici dil fakultəsində Dekan,2006-cı ildən AMİ Şəki filialı “Dillər kafedrası”nın müdiri vəzifəsinə seçilmişdir.
2010-cu ildən dosentdir.
Ailəlidir, iki övladı var.

TƏDRİS ETDİYİ FƏNLƏR:
Kurikulumun əsasları, ingilis dilinin tədrisi metodikası ,ingilis dili tarixi.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1985-ci il. Azərbaycan Dillər Universitetinin İngilis dili fakultəsindən məzun olub.
1998-ci il. “Rəşidbəy Əfəndizadə və Folklor” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

ƏMƏK FƏALİYYƏTİ
1985-ci il. Şəki Qaradağlı kənd məktəbi
1988-ci il. AMEA ŞREM. Laborant. 1993-ci il. AMEA ŞREM k.e.i
1997- ci ildən AMEA ŞREM- in “Folklorşünaslıq və el sənətləri” laboratoriyasının müdiri
2002-ci ildə Azərbaycan Müəllimlər İnstitutu Şəki filialı. Xarici dil fakultəsinin dekanı
2006-cı ildən AMİ Şəki filialı “Dillər kafedrası”nın müdiri.

TƏDQİQAT SAHƏSİ
Azərbaycan və Şimali Amerika xalqlarının folklorunun tipologiyası

BEYNƏLXALQ PROYEKT, SİMPOZİUM, SEMİNAR VƏ KONFRANSLARDA İŞTİRAKI
1. 2003, Bakı. ATN və ABŞ Təhsilin inkişaf mərkəzinin birgə təşkil etdiyi “Müəllimlərin peşəkarlıq səviyyəsinin inkişafı” proqramı. seminar. “Fəal və İnteraktiv Təlim-Tədris metodları”.
2. 2004, ATN və ABŞ DÖvlət Departamentinin birgə layihəsi. “Azərbaycanda sosial fənlər sahəsində orta məktəb muəllimlərinin hazırlığı üzrə tədris proqramının (kurrikulumun) inkişafı”. Vircinya ştatı, Corc Meysn universiteti. Akademik fəaliyyət.
3. 2003-2006-cı il. Bakı. Azərbaycan Təhsil Nazirliyi və ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Şöbəsinin birgə proqramı olan və Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasının (İREX) idarə etdiyi “2003-2006 illərdə Azərbaycanda sosial fənlər sahəsində orta məktəb muəllimlərinin hazırlığı üzrə tədris proqramının (kurrikulumun) inkişafı layihəsi”ndə akademik fəaliyyət. 8 seminar iştirakçısı.
4. 2004, ABŞ. 24 Aprel. “Təhsildə Liderlik” adlı V elmi- praktiki konfrans. ABŞ Vircinya ştatı. Feəfakc şəhəri, Corc Meysn Universiteti “Çətin valideynlərlə münasibətlərin yaradılması” mövzusunda müzakirə qrupu.
5. 2005, Bakı. “Tərcümə və Transmilli Proseslər” (14-15 aprel) Beynəlxalq konfrans. Azərbaycan Dillər Universiteti.
6. 2005, Bakı. “Akademik Yazi”. Azərbaycan Dillər Universiteti.Beynəlxalq konfrans.
7. 2006, Bakı. “Ortaq Türk keçmişindən ortaq türk gələcəyinə” IV Uluslararası Beynəlxalq Folklor konfransı. AMEA Folklor institute
8. 2006, Bakı. Xüsusi təhsil(diqqət çatışmazlığı və digər qüsurları olan şagirdlərin təhsili). Seminar. Təhsildə innovasiya mərkəzi və Xüsusi tələbələrlə iş Konsulluğunun birgə layihəsi.
9. 2007, Bakı. “Ortaq Türk keçmişindən ortaq türk gələcəyinə” V Uluslararası Beynəlxalq Folklor konfransı. AMEA Folklor institute
10. 2007-2008-ci illər, Bakı. Azərbaycan Təhsil Nazirliyi və Britaniya konsulluğunun birgə hazırladığı ESL İNSETT “Azərbaycanda İngilis dilinin tədrisinin inkişafı” 6 seminar.
11. 2008, Bakı. “Dini və mədəni müxtəliflik haqqında təlim: bütün məktəb və sinifdə bu məsələyə münasibət. Seminar. ATN, Müəllimlərin Təlimi İnstitutu və Avropa Birliyi Şurasının birgə layıhəsi.
12. 2009, Bakı. Fəal təlimin milli kurikulumda tətbiqi. Seminar. ATN və UNİCEF-in birgə layihəsi.
13. 2010, Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi. "2010-2011-ci tədris ilində ibtidai sinif müəllimlərinin kurikulumla tədris fəaliyyəti". Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ şəhərlərində ibtidai sinif müəllimləri ilə altı günlük kurslar.
14. 2011, Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi. "2010-2011-ci tədris ilində ibtidai sinif müəllimlərinin kurikulumla tədris fəaliyyəti". Astara, Yardımlı şəhərlərində ibtidai sinif müəllimləri ilə on günlük kursların təşkili
15. 2012, Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi. "2012-2013-cü tədris ilində ibtidai sinif müəllimlərinin kurikulumla tədris fəaliyyəti". Şəki , Balakən, Zaqatala şəhərlərində ibtidai sinif müəllimləri ilə on günlük kursların təşkili.
16. 2013, Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi. "2013-2014-cü tədris ilində 6-cı sinif müəllimlərinin kurikulumla tədris fəaliyyəti". Şəki, Zaqatala, Şamaxı şəhərlərində 6-cı sinif müəllimləri ilə on günlük kursların təşkili.
17. 2014, Azərbaycan Təhsil Nazirliyi və Dünya Bankının birgə layihəsi. "2014-2015-ci tədris ilində 7-ci sinif müəllimlərinin kurikulumla tədris fəaliyyəti". Şəki, Ağdaş, Bakı şəhərlərində 7-ci sinif müəllimləri ilə on günlük kursların təşkili.


SEÇİLMIŞ ƏSƏRLƏRİ
1. 1991, Bakı. "Rəşid bəy Əfəndizadə və folklor" BDU.Azərbaycan Folklorçünaslarinin konfransı. BDU
2. 1994, Bakı. Rəşidbəy Əfəndizadə yaradıcılığında şifahi ədəbiyyat motivləri. 19-22 oktyabr 1993-cü ildə Şəkidə keçirilmiş folklor müşavirəsi.Azərbaycan folkloru.Toplama,nəşr və tədqiq problemləri. Sabah
3. 1997, Bakı. Rəşidbəy Əfəndizadə yaradıcılığında inamlar. Mürşüdova U.B.DEP.İSTİİ-də.
4. 1997, Bakı. Rəşidbəy Əfəndizadə Azərbaycan folklorunun toplayıcısı və tədqiqatçısıdır. Mürşüdova U.B.DEP.İSTİİ-də.
5. 2005,Bakı “Azərbaycan folklorunda tərcümə problemləri." Transmilli tərcümə"Azərbaycan Dillər Universitetində keçirilən Beynəlxalq konfrans.
6. 2006, Bakı. “Azərbaycan və Şimali Amerika folklorunda oxşar motivlər”. AMEA Folklor institutu . Ortaq Türk keçmişindən Ortaq Türk gələcəyinə IV uluslararası folklor konfransının materialları
7. 2007, Bakı. “Türk-Azərbaycan və Şimali Amerika- Hindu folkloru”. AMEA Folklor institutu . Ortaq Türk keçmişindən Ortaq Türk gələcəyinə V uluslararası folklor konfransının materialları.
8. 2007, Bakı. “Qloballaşma dövründə mənəvi- əxlaqı dəyərlərimizin qorunmasında gənclərin rolu”. “Azərbaycan Cəmiyyətinin müasir mərhələsi, gənclərin əxlaq tərbiyəsi” mövzusunda Respublika Elmi Konfransının materiallları.
2008, Bakı. “Hindu tayfalarının toy adətləri” . “Gələrsən görərsən “ məcmuəsi. №3
9. 2010, Bakı, "Mif əfsanələr"
10. 2011, Bakı. Folklor və insan tərbiyəsi. Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər” mövzusunda Respublika Elmi konfransının materiallar. Səh. 606-610
11. Bakı-2011, Müzakirə dərslərinin təşkili. Müəllim hazırlığının müasir problemləri” AMİ Beynəlxalq elmi konfrans
12.Bakı-2012\2. İnsan tərbiyəsində folklorun rolu. Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər. perspektivlər” BDU elmi konfrans. Tezis. səh.205-208
13. Bakı-2012\4, Azərbaycan folklorunda ənənəvi davranı. Filologiya məsələləri №4. Səh.493-498
14. Bakı-2012\1. Azərbaycan folkloru Azərbaycan xalqının ənənvi davranışıdır. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. BSU. nömrə 1 Səh.100-103
15. Bakı-2012, The İmages of Azerbaijan folktales. Материалы Международной научнтеоретической конференсии «Современные тренды филологии: истоки и перспективы» Səh.133-136
16. Bakı-2012, El qaynaqlarından bəhrələnən kitab haqqında. Hikmət Ədbülhəlimov. Daşdan su çıxan kimi...(kitabda məqalə) Səh.329-330
17. Mühazirə dərsləri və onların təşkilinə yeni yanaşma. Azərb.Respublikası Təhsil Problemləri İnstitutu “Təhsil sistemində gənc nəslin təlim- tərbiyəsi üzrə işin təşkili və onun yaxşılaşdırılması istiqamətləri” Respublika elmi konfransı. Bakı-2012. Səh.120-122
18. Bakı-2012, Folklor və davranış mədəniyyəti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. BSU. nömrə 2.
19. Bakı-7-8 iyun. 2012 Interactive lecture. “Xarici dillərin tədrisinin aktual problemləri” V Respublika Elmi-praktiki konfransının materialları ADU. Səh.331-332
20. Bakı-2012. Yazı işlərinin tədrisi. 26-28 noyabr 2012-ci il tarixində Azərbaycan Müəllimlər İnstitutunda keçirilən “Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar” İİ Beynəlxalq Elmi Konfrans.
21. Bakı-2012\4 Xalq deyimlərinin tədqiqi. “Elm və həyat” jurnalı. Səh.33-36
22. Bakı-2013\2. Şimali Amerika folklorunun təsnifatı. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. BSU. nömrə 2. Səh.84-88
23. Bakı-2013. İnsan amilinə Heydər Əliyev yanaşmaları.
24. Bakı-2013\2. Şimali Amerika hindu folklorunun mənbələri. ADU elmi xəbərləri (dil və ədəbiyyat seriyası).
Səh.205-211
25. Bakı-2012. Folklorşünaslıq tədqiqatları: çoxşaxəli axtarışlar, dəyərli ümumiləşmələr. “Tarixə çevrilən 40 il” (kitab) 2012. Azərbaycan Milli Elmlər Akademiyası Şəki Regional Elmi Mərkəzinin Elmi Şurasının 29 iyun 2012-ci il 2 saylı iclasının qərarı ilə nəşr olunur. Səh.226-230
26. Bakı-2013\3,4. Azərbaycan inamlari. En Azerbaidjan Le Francais. Səh103-107
27. Bakı-2013\4. Azərbaycan və Şimali Amerika folklorunda totemlər. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. BSU. Səh.144-148
28. Bakı-2013/4. Naqualizm və tunalizm. ADU Elmi xəbərləri (dil və ədəbiyyat seriyası). Səh. 210-216
29. Bakı-2014/2. Atalar sözləri-paremiologiya. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. BSU.
Səh.203-209
30. Bakı-2014/2. Atalar sözləri ümumxalq təfəkkürünün məhsuludur. ADU Elmi xəbərləri (dil və ədəbiyyat seriyası). Səh.22-31
31. 2014-cü il. Oxu dərslərinin təşkili. Azərbaycan Dillər universiteti Xarici dillərin tədrisinin aktual problemləri. Respublika elmi-praktiki konfransının materialları. (7-8 may 2014-cü il)
32. Bakı-2014. Tapşiriq Əsasli Öyrənmə. AMİ-də 21 may 2014-cü il tarixində keçiriləcək “Müəllim hazırlığının müasir problemləri: informasiya, texnologiyalar, təhsilin inkişafı” mövzusunda III Beynəlxalq Elmi konfrans.
33. Bakı, 25-26. Problems and Difficulties Encountered in Translating Legal Texts Between English and Azerbaijani. XXİ əsr mədəni paradiqması multimədəni aspektdə.Respublika elmi-praktiki konfransının materialları. Səh. 76-78
34. Bakı-2014/4 Azərbaycan folklorunda yumor. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. BSU.
Səh.205-213
35. Bakı-2014/4. Azərbaycan folklorunda yumor və zarafatlar. ADU Elmi xəbərləri (dil və ədəbiyyat seriyası)
Səh.32-41.
36. Bakı-2014. Tələbələrinin təlim tərbiyəsində bəşəri və milli dəyərlərin rolu. AMİ-“ Elmi konfrans. Səh.42-44
37. 2014/6. Историческее рассказы. “Современное Гуманитарные Исследование” г. Москва, ООО Издательство  Спутник. Mосква,2014/6
38. Bakı-2015. Azərbaycan folklorunda yumor və lətifələri. AMEA “Xəbərlər”.
39. 2015/3. Юмор и шутки в Азербайджанском фольклоре. “Современное Гуманитарные Москва,  2015/3.          Исследование” г. Москва, ООО Издательство Спутник.
40. Bakı-2015. Azərbaycan nağillarinda insan məskənləri və siğinacaqlar. BDU. Konfrans.
41. Bakı-2016. “Dədə Qorqud Kitabı”da türk döyüş mədəniyyəti. II Azərbaycan Elm Festivalı
42. Bakı-2016. Hüseyn Cavidin “İblis” əsərində sevgi və nifrət motivləri
43. Bakı-2016. Sociolinguistic nature of language. ADU. “Xarici dillərin tədrisinin aktual problemləri“ adlı Respublika      elmi-praktiki konfrans. s. 192-194
44. Zaqatala-2016, Azərbaycanın Balakən-Şəki folklorunda etnik kolorit. Azərbaycan Folklor institutu. Beynəlxalq          konfrans.
45. 2016- Bakı. Azerbaijan Model of Multicultural Society. Multikulturalizm və vətəndaş cəmiyyəti mövzusunda Beynəlxalq elm-praktiki konfransı.
46. Bakı 2016. Azərbaycanın Şəki-Zaqatala bölgəsində yayilan laylaların tipologiyasi. AMEA Dilçilik İnstitutu Bakı Beynəlxalq Multikulturalizm mərkəzi AP Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi AP Prezidenti yanında Bilik Fondu “Azərbaycan multikulturalizmi: din və dil siyasətinin inkişaf perspektivləri” adlı beynəlxalq konfransı.
47. 2017; 3(4): 63-67. Comparative Study of Azerbaijan and North-American Native Tribes’ Folk Beliefs . International Journal of Architecture, Arts and Applications
49. doi: 10.11648/j.ijaaa.20170304.13. ISSN: 2472-1107 (Print); ISSN: 2472-1131 (Online)
KİTABLAR
1. 2004, Bakı.“Rəşidbəy Əfəndizadə və Folklor” monoqrafiya
2. 2006, Bakı. “Müəllim hazırlığının və orta təhsilin yeni perspektivləri”.(Müəllimlər üçün vəsait)
3. 2008,Bakı. “İngilis dili dərslərində Dinləmə fəaliyyətlərinin təşkili” (müəllimlər üçün vəsait)
4. 2008, Bakı. “İngilis dili dərslərinin tədrisində yeni təlim metodlarından istifadə qaydaları” metodiki vəsait
5. 2008, Bakı, AMEA ŞREN 35 illiyi.
6. 2009, Bakı. “Şəkidə məhəllə adları, soylar və ləqəblər” II cild
7. 2012. English Teaching Methods. Metodiki vəsait. Bakı-206 səh

Yaranma tarixi: ADPU Şəki filialının Filologiya fakültəsi 12 oktyabr 2017-ci ildə ADPU-nun rektoru professor Cəfər Cəfərovun imzası ilə yeni struktur kimi yaradılmışdır.
Dekanlıqda 8 əməkdaş fəaliyyət göstərir: filologiya fakültəsinin dekanı, dekan müavini, 4 tyutor və 2 operator.

Fakültə: Fakültənin bakalavr bölməsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Xarici dil (ingilis dili), Xarici dil (fransız dili) müəllimliyi ixtisası üzrə kadr hazırlığı aparılır. Fakültəni bitirən mütəxəssislər orta məktəblərdə, digər təhsil müəssisələrində fəaliyyət göstərmə imkanına malikdirlər.
Fakültənin professor-müəllim heyətinin böyük qismi azərbaycan dili, ədəbiyyat, ingilis dili və fransız dili sahəsində hörmətli müəllimlərdir. Fakültənin 5 müəllimi xaricdə ixtisasartırma təhsili almış, ölkədaxili və xarici layihələrdə uğurla fəaliyyət göstərmişlər. Professor-müəllim heyəti respublika və beynəlxalq konfranslarda fəal iştirak etmiş və öz tədqiqat işlər ilə bağlı çıxışlar etmişdir.
Filologiya fakültəsində 43 nəfər peofessor-müəllim heyəti çalışır. Onlardan 1 elmlər doktoru, professor, 7 nəfəri fəlsəfə doktoru, 17 nəfəri baş müəllim və 15 nəfəri müəllimdir.
Fakültədə informatika kursu müasir informasiya- kommunikasiya texnologiyalarının tətbiqi ilə dövrün tələblərinə uyğun şəkildə tədris edilir. Hazırda fakültədə 2 nəfər ikinci ali təhsil alır.
Fakültədə elmi-innovativ seminarlar, Tələbə Elmi Cəmiyyəti, Tələb Gənclər Təşkilatı, Tələbə Həmkarlar Təşkilatı, bədii özfəaliyyət kollektivi fəaliyyət göstərir. Eyni zamanda ardıcıl olaraq elmi seminarlar, konfranslar, təlimlər və nümunəvi açıq dərslər həyata keçirilir.
Filologiya fakültəsində ali təhsilin bakalavriat səviyyəsində 358 tələbə əyani təhsilalma forması üzrə təhsil alır. Fakültədə yalnız Azərbaycan dili bölməsi fəaliyyət göstərir və aşağıdakı ixtisaslar vardır:

              İxtisasın adı                                           İxtisasın kodu
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi                      050101
Xarici dil (ingilis dili) müəllimliyi                                   050103
Xarici dil (fransız dili) müəllimliyi                                  050103

Fakültənin tərkibində 4 kafedra fəaliyyət göstərir və cəmi 12 697 saat dərs yükü vardır:
1.Təbiət elmləri və tədrisi metodikası-kafedra müdiri pro. İbrahimov F. 605 saat dərs yükü
2.Ümumelmi fənlər-kafedra müdiri Bədiyev S.- n108 saat dərs yükü
3.Humanitar elmlər-kafedra müdiri Baxışov V.- 1412 saat dərs yükü
4.Dillər-kafedra müdiri b.m. Əkbərova Ə. - 11572 saat dərs yükü

Fakültədə tədris.
Fakültədə tədris Azərbaycan dilində aparılır və aşağıdakı fənnlər tədris edilir.
1.Azərbaycan tarixi
2.Seçmə fənn: Fəlsəfə
3.Seçmə fənn: Azərbaycan Respublikası Konstitusiyası və Hüququn əsasları
4.Azərbaycan şifahi xalq ədəbiyyatı
5.Ədəbiyyatşünaslığa giriş
6.Azərbaycan ədəbiyyatı tarixi
7.Dünya ədəbiyyatı
8.Seçmə fənn: Türk xalqları ədəbiyyatı
9.Seçmə fənn: Müasir Azərbaycan ədəbiyyatı
10.Seçmə fənn: Politologiya
11.Seçmə fənn: Sosiologiya
12.Uşaq ədəbiyyatı
13.Azərbaycan ədəbiyyatı
14.İfadəli oxudan praktikum
15.Xarici dildə oxu və nitq
16. Xarici dilin qrammatikası
17. Xarici dilin fonetikası
18. Xarici dil (fransız dili)
19. s/f. Yazı və oxu vasitəsilə müsahibə
20. s/f. Danışıq modelləri vasitəsilə ingilis dili
21. Xarici dilin tədrisi metodikası
22. Ölkəşünaslıq
23. Xarici dilin leksikologiyası
24. Ixtisas ölkəsinin ədəbiyyatı
25. s/f. Tərcümə nəzəriyyəsi
26. s/f. Praktik tərcümə
27.s/f. Bədii tərcümə
28. s/. İngilis dili tarixi
29. s/f. Akademik yazı
30. s/f. Amerikan ədəbiyyatı
31. s/f. Nəzəri fonetika
32. s/f. Nəzəri qrammatika
33. Xarici dil (ingilis dili)
34. s/f. Fransız dili tarixi
35. Dilçiliyə giriş
36. Müasir Azərbaycan dili
37. Ana dili
38. Nitq mədəniyyəti
39. Azərbaycan dili
40. Azərbaycan dili və nitq mədəniyyəti
41. Azərbaycan dilindən praktikum
42. Azərbaycan dialektologiyası
43. Əski Azərbaycan yazısı
44. s/f. Qədim türk yazılı abidələrinin dili
45. s/f. Linqvistik təhlil
46. s/f. Azərbaycan ədəbi dili tarixi
47.Psixologiya
48.Pedaqogika
49.Azərbaycan dilinin tədrisi metodikası
50.Ədəbiyyatın tədrisi metodikası

Praktika sahələri.
Fakültənin istehsalat və elmi-tədqiqat müəssisələri ilə də əlaqələri genişdir. Bağlanmış müqavilələr əsasında tələbələrimiz tədris istehsalat təcrübəsini Şəkinin tanınmış və təcrübəli müəllimləri olan orta təhsil məktəblərində keçirirlər.
Hər tədris ilində tədrisin normal keçməsi üçün dekanlığın öhdəsinə düşən bütün lazımi tədbirlər görülür. Dekanlıq, eləcə də müavin və onun tyutorları ilin əvvəlindən illik iş planlarını tərtib edərək təsdiq etdirirlər. Hər ilin əvvəlindən struktur aşağıdakı işləri həyata keçirməyi nəzərdə tutur.
•Sillabusların toplanması (kafedralarla birgə)
•Dərs cədvəlinin tərtibi (ildə iki dəfə)
•Qrupların kompleksləşdirilməsi
•Köçürülmüş tələbələrlə bağlı işlərin təşkili
•Tələbələrin imtahana qədərki balların hazırlanması (ildə iki dəfə)
•İmtahan cədvəllərinin tərtibi (ildə iki dəfə)
•Qış və yay imtahan sessiyalarının təşkili və keçirilməsi
•Pedaqoji təcrübənin təşkili
•Tələbələrə təlim və tərbiyə istiqamətində davamlı olaraq tövsiyələrin verilməsi
•Qruplarda nizam – intizam, dərsə davamiyyət və təmizliyin qorunması.
Dekanlığın tyutorları və operatorları tələbələrin semestr ballarının yığılması və hesablanmasını imtahana qədər təşkil edərək təhvil verir, həmin ballar vaxtında tələbələrin nəzərinə çatdırılır. Dekanlığın əməkdaşları həmçinin imtahanların gedişinə nəzarətdə iştirak edir, imtahanlardan sonra imtahan sənədlərinin lazımi qaydada yığılmasını təşkil edirlər.
•Tədris ilinin əvvəlində dekanlıq kredit kabineti ilə birgə I-IV kurslar üzrə işçi tədris planlarını hazırlayır.
•Hər iki semestrdə dərs cədvəlləri və imtahan cədvəllərii hazırlanarkən kredit borcu qalan tələbələrin uyğun dərslərdə və imtahanlarda iştirak edə bilməsi üçün dərslərin və imtahanların eyni vaxta düşməməsi, tələbəyə və müəllimə düşən akademik saat limitinin aşmaması prinsipinə ciddi riayət edilir.
•Dərs prosesi zamanı dekanlığın əməkdaşları mütəmadi olaraq tələbələrin və müəllimlərin dərsə davamiyyətinə nəzarət edir və qayda pozuntusu qeyd edildikdə lazımi tədbirlər həyata keçirirlər.
•Davamiyyət zamanı bir sıra tələbələrin müntəzəm olaraq dərsdə iştirak etməmələri aşkar olunur və müvafiq tədbirlər görülür.
• Əməkdaşlarımız dərs jurnallarına ciddi nəzarət edir, ayda bir dəfə jurnallar yoxlanılır və aşkar edilən səhvlər nəzərə alınaraq təlimata uyğun şəkildə tədbirlər görülür.
Filologiya fakültəsinin dekanlığı imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin edərək, onların keçirilməsi ilə əlaqədar beynəlxalq təcrübəni nəzərə alaraq otaqların imtahan başlanana qədər müvafiq materiallarla təchiz edir, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin edir, imtahan qaydalarının pozulması hallarına göz yuman və ya şərait yaradan nəzarətçilər haqqında tədbir görülür, fənn müəllimlərinin imtahandan kənarlaşdırılması, hər bir imtahan başa çatdıqdan sonra imtahan yazılarının nəzarətçilər tərəfindən kodlaşma üçün məsul şəxsə təhvil verilməsi, kodlaşmadan sonra fənni tədris edən müəllimlər tərəfindən götürülərək yoxlanılması və nəticələrin protokollaşdırılıb yazı işləri ilə birgə təhvil alınmaşı təmin edilir. Eyni zamanda, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə appelyasiya, qiymətin obyektivliyini müəyyən etmək üçün yalnız qiymətlər elan olunduğu gün təşkil edilir. Əvvəlki imtahan qiymət cədvəllərinin növbəti imtahana qədər doldurulması, fənni tədris edən kafedranın müdiri tərəfindən imzalanması və müvafiq qaydada dekanlıqda saxlanılması təmin edilir. İmtahan sessiyasının obyektiv və qaydalara uyğun keçirilməsinə kömək məqsədi ilə tələbə təşkilatlarının xidmətlərindən istifadə və onların fəaliyyətinə lazımi şərait yaradılması, imtahan sessiyası dövründə nizam-intizamı qorumaq üçün tədris binalarında müəllim və tələbələrin növbətçiliyinin təşkil edilməsi və bu işin səmərəli olmasına nəzarət edilir.
Hər bir imtahan başa çatdıqdan sonra yazıların nəzarətçilər tərəfindən kodlaşma üçün məsul şəxsə təhvil verilməsi və kodlaşmadan sonra fənni tədris edən müəllimlər tərəfindən götürülərək yoxlanılması, nəticələrin protokollaşdırılması və yazı işlərinin protokollarla birlikdə dekanlığa təhvil verilməsi, yoxlanmış yazıların kodlarının dekanlıq tərəfindən açılması və qiymətlərin həmin gün elan edilməsi də əmrə əsasən həyata keçirilir.
İmtahan sessiyası başlayanadək tələbələrin semestr ərzində topladıqları ballar hesablanaraq onların nəzərinə çatdırılır, bu barədə məlumat elanlar lövhəsinə vurulur.
Bütün ixtisas və kurslarda imtahanların sonunda cavab vərəqləri kodlanır, cavablar həmin gün yoxlanılaraq qiymətlər tələbələrə elan edilir.

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Dünyanın ən böyük ideyası bir uşağın göz yaşlarına dəyməz. DOSTOYEVSKİ

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

KEÇİDLƏR

 

adpu1

QALEREYA

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp