Əliyeva Pakizə İsrayıl qızı 07 sentyabr 1979-cu il tarixində Şəki şəhərində anadan olmuşdur. 1986-1994-cü illərdə Şəki şəhər 20 saylı orta məktəbdə, 1994-1997-ci illərdə Şəki şəhər Fizika-riyaziyyat və humanitar profilli liseydə orta təhsil almışdır. 1997-ci ildə orta məktəbi bitirərək BDU-nun Şəki filialına qəbul olmuşdur. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Şəki filialının Filologiya fakültəsində bakalavr, 2001-2003-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Dünya ədəbiyyatı” ixtisası üzrə magistr təhsili almışdır. 2014-cü ildən Azərbaycan Universitetinin Azərbaycan filologiyası və jurnalistika kafedrasının “Azərbaycan ədəbiyyatı” ixtisaslaşması üzrə (5716.01) dissertantıdır. Hazırda fəlsəfə doktoru proqramı əsasında “Arif Abdullazadənin poeziyası” adlı dissertasiya üzərində işləyir. Dissertasiya işi ilə bağlı olaraq silsilə elmi və elmi-publisistik məqalələr, bir tərtib kitabı ərsəyə gətirmişdir.
Pakizə Əliyeva pedaqoji fəaliyyətə 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitunun Şəki filialında müəllim kimi başlamışdır. Daha sonra həmin filialın bazasında yaradılan ADPU-nun Şəki filialında ixtisası üzrə pedoqoji fəaliyyət göstərirmişdir. Müxtəlif illərdə “Dünya ədəbiyyatı”, “Qədim Şərq və antik ədəbiyyat”, “Azərbaycan ədəbiyyatı tarixi”, “Ədəbiyyat nəzəriyyəsi”, “Ədəbiyyatşünaslığın əsasları”, “Uşaq ədəbiyyatı”, “İngilis ədəbiyyatı”, “Məktəbəqədər yaşlı uşaqlarda nitq inkişafı metodikası”, “Müasir Azərbaycan ədəbiyyatı”, “Ən yeni Azərbaycan ədəbiyyatı” kimi fənlərdən mühazirə və seminarlar aparmışdır. P.Əliyeva 2003-2005-ci illərdə illərdə əsas iş yeri AMİ-nin Şəki filialı qalmaqla bərabər Şəki şəhər Nizami Gəncəvi adına 7 saylı orta məktəbdə Azərbaycan dili və Ədəbiyyat müəllimi işləmiş, 01.05.2006-01.10.2021-ci il tarixlərində AMEA Şəki Regional Elmi Mərkəzdə böyük laborant, kiçik elmi işçi, elmi işçi, “Folklorşünaslıq və el sənətləri” şöbəsinin rəhbəri vəzifələrini tutmuşdur. Hazırda ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi və Filologiya fakültəsinin dekan müavini vəzifəsini tutur. Müxtəlif xarakterli elmi, elmi-publisistik, publisistik, həmçinin bədii yazılarla dövrü mətbuatda çıxış edir.

Çap olunmuş məqalə və tezisləri:

1.Cek Londonun əsərlərində heyvan obrazları. Azərbaycan-Avropa ədəbi-mədəni əlaqələr mərkəzi. Elmi-nəzəri konfransın materialları. “Kontekst” , II toplu. Bakı, 2002, səh.101-104;
2.Cek Londonun “Şimal hekayələri” silsiləsi. “Azərbaycan filologiyası”. Gənc tədqiqatçıların elmi konfransının məqalə və tezisləri (IV kitab). Bakı, 2002, səh.54-57;
3.Cek Londonun yaradıcılığı və dövrün ədəbi cərəyanları. Doktorantların və gənc tədqiqatçıların XV respublika konfransının materialları. Bakı, 2011, səh.216-217;
4.Əhməd Cəmilin uşaq şeirlərinin dili və üslub xüsusiyyətləri. II Beynəlxalq Türk Xalqları Uşaq Ədəbiyyatı Konqresi. Tezislər. Bakı, 2012, səh.42-43;
5.Arif Abdullazadənin “Qanlı yaddaş” romanının ideya və məzmun xüsusiyyətləri. Gənc Tədqiqatçıların III Beynəlxalq elmi konfransının materialları (II kitab) Bakı, 2015, səh.909-910;
6.Древние корни наследия традиционного ремесла в Шекинском регионе Азербайджана и его современное состояние. Uluslararası Kültür, Sanat, Folklor Konqresi\Sanat etkinlikleri. Rusiya, Rostov na-Donu, 2015, səh.347-354;
7.Bəxtiyar Vahabzadə poeziyasında bədii təzad. Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr edilmiş elmi-praktik konfransın materialları. Şəki, 2015, səh.76-81;
8.Hüseyn Cavidin dramlarında qadın dünyası. “Hüseyn Cavid əsərlərinin gənc nəslin tərbiyəsində rolu” (Hüseyn Cavid 133). Respublika elmi konfransının materialları. Bakı, 2015, səh.80-84;
9.Древние корни наследия традиционного ремесла в Шекинском регионе Азербайджана и его современное состояние. Azərbaycan Arxeologiyası və Etnoqrafiyası, 2015, № 2, səh.225-232;
10.Arif Abdullazadə yaradıcılığında Türkiyə mövzusu. III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumunun materialları, Şamaxı, 2017, səh.581-585;
11.Laylalarımızın bəzi məzmun xüsusiyyətlərinə dair. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 və hakimiyyətə qayıdışının 24-cü ildönümünə həsr olunmuş “Milli-mənəvi dəyərlərin qorunması Heydər Əliyevin amalı idi” mövzusunda V Beynəlxalq Elmi Konfransın materialları. Şamaxı, 23 iyun, 2017. Səh.330-335;
12.Arif Abdullazadənin poetik nitqində müraciət bildirən sözlər. Gənc Alimlərin II Beynəlxalq Elmi Konfransın materialları. Gəncə, 26-27 oktyabr, 2017, səh.391-393;
13.Arif Abdullazadənin poeziyasında insan. “Filologiya məsələləri” jurnalı, 2017, № 18, səh.394-401;
14.Arif Abdullazadənin poetik nitqinin bəzi xüsusiyyətlərinə dair. “İpək yolu” jurnalı, 2018, № 1, səh.171-176;
15.İnklüziv təhsilin Azərbaycan modeli. BDU-nun Karlova Universiteti və Komenski adına Milli pedaqogika muzey və kitabxanası (Çex Respublikası, Praqa) ilə birlikdə təşkil etdiyi “Böyük çex pedaqoqu Yan Amos Komenski: təhsildə klassik və müasir yanaşmalar” mövzusunda Beynəlxalq Konfransın Materialları. Bakı, 4-5 aprel 2019, səh. 378 -380;
16.Arif Abdullazadə - alim-şair. BDU-nun və Filologiya fakültəsinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu” mövzusunda beynəlxalq elmi konfransın materialları. səh. 68-69;
17.Arif Abdullazadə yaradıcılığı və Mirzə Cəlil irsi. Al-Farabi V Beynəlxalq Sosial Elmlər Konfransı, Konfrans kitabı. Bakı, 1-4 avqust 2019-cu il, səh. 30;
18.Şəki dialektində işlənən rus mənşəli alınma sözlər. Elmi xəbərlər. Fundamental, humanitar və təbiət elmləri seriyası. Gəncə Dövlət Universiteti. № 3 2019. Səh.403-410;
19.Arif Abdullazadə poeziyasında Allah. Nəriman Nərimanovun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş “Müasir dövrdə mədəniyyətlərin dialoqu” adlı IV Beynəlxalq elmi konfrans, Batumi, Gürcüstan, 25-26 may 2020-ci il. Səh. 117-127;
20.“Qatarla uçmaqdan yorulan durna”. Arif Abdullazadə. Qatarla uçmaqdan yorulan durna. Bakı, “Mücrü” nəşriyyatı, 2020, səh.4-8 (həm də kitabın tərtibçisi);
21.Arif Abdullazadə poeziyasının mövzu əhatəsi. I Bakı Beynəlxalq Elmi Araşdırmalar Konqresinin materailları, AMEA Folklor İnstitutu, Bakı, 21-22 avqust 2020-ci il. səh. 137-148;
22.Arif Abdullazadə poeziyasında folklordan bəhrələnmə. I Bakı Beynəlxalq Elmi Araşdırmalar Konqresinin materailları, AMEA Folklor İnstitutu, Bakı, 21-22 avqust 2020-ci il. səh. 149-158;
23.Arif Abdullazadənin “Ulu Qorqud” poeması. 3. ULUSLARARASI DEDE KORKUD TERK KÜLTÜRÜ, TARİHİ ve EDEBİYYATI KONQRESİ, AMEA Folklor İnstitutu, Bakı,18-20 sentyabr 2020-ci il. səh. 133-148;
24.Arif Abdullazadənin poemalarının mövzu və janr xüsusiyyətləri. Elmi xəbərlər. Fundamental, humanitar və təbiət elmləri seriyası. Gəncə Dövlət Universiteti. № 2, 2020, Səh. 284-293;
25.Arif Abdullazadənin poema yaradıcılığlı. Cumhuriyet 4.Uluslararası Sosyal Bilimler Konqresi, UBAK, Afyonkarahisar, Türkiye, 22-24 yanvar 2021, Özet kitabı, (İSBN:978-625-7341-03-5), səh.28-29, Tam Metin kitabı, (İSBN:978-625-7341-02-8), səh.116-129;
26.Arif Abdullazadə poeziyasında vətənpərvərlik. 5.İnternational Paris Conference of sosial sciences, İKSAD, Paris, Fransa, 7-8 fevral 2021, Proceedings book, (İSBN:978-605-70216-9-4), səh. 378-388;
27.Arif Abdullazadə poeziyasında qadın. II International World Woman Conference, İKSAD, Bakı Qızlar Universiteti, Bakı, 11-12 fevral 2021-ci il, Özet kitabı, (İSBN:978-625-7720-19-9), səh.34-35, Tam Metin kitabı, (İSBN:978-625-7720-20-5), səh.152-159;
28.Balakən-Şəki bölgəsinə aid folklor örnəklərində xalq geyim mədəniyyətinin əksi. IV Beynəlxalq Novruz Elmi Araşdırmalar Konfransı, İKSAD və AMEA Folklor İnstitutu, 18-21 mart 2021-ci il, Tam mətn kitabı, I hissə, (İSBN:978-625-7636-30-8), Səh. 413-422;
29.Orxan Pamukun “Bəyaz qala” romanında iki insan və iki dünya. Türkdilli xalqların elmi-mədəni əlaqələri müasir mərhələdə: tarixi ənənə və perspektivlər” Respublika elmi konfransının Materialları, 29-30 oktyabr 2021, ADPU-nun Şamaxı filialı, Şamaxı, (İSBN:978-9952-435-14-6), Səh.144-150;
30.“Kəlilə və Dimnə” hikməti və Nizami Gəncəvi yaradıcılığı. “Şərq ədəbiyyatı və Nizami Gəncəvi yaradıcılığı” mövzusunda respublika elmi Konfransı, 29 oktyabr 2021, NDU, Naxçıvan, Səh. 117-123;
31.Arif Abdullazadənin “Bəxtimizin kitabı” silsilə şeirləri. V Xoca Əhməd Yasəvi Beynəlxalq Elmi Araşdırmalar Konfransı, Tezislər kitabı, 5-6 noyabr 2021, NDU, İSBN: 978-625-7664-46-8, Səh.168-169, Tam mətn kitabı, II kitab, İSBN: 978-625-7664-50-5, Səh.42-49;
32.Əhməd Cəmilin poeziyasında uşaq obrazları. V Xoca Əhməd Yasəvi Beynəlxalq Elmi Araşdırmalar Konfransı, Tezislər kitabı, 5-6 noyabr 2021, NDU, İSBN: 978-625-7664-46-8, Səh.170-171, Tam mətn kitabı, II kitab, İSBN: 978-625-7664-50-5, Səh.50-57;
33.Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasında heyvanlarla bağlı hekayətlər. Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans, Gəncə Dövlət Universiteti, 13-15 noyabr 2021, Səh.70-73;
34.Arif Abdullazadə poeziyasında vətənpərvərlik. Elmi xəbərlər. Fundamental, humanitar və təbiət elmləri seriyası. Gəncə Dövlət Universiteti. № 2, 2021, Səh.262-272;
35.Orxan Pamukun “Bəyaz qala” romanı. Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər. I Beynəlxalq Elmi konfransın materialları, MDU, 10-11 dekabr 2021, Icild, Səh. 540-542;
36.Arif Abdullazadənin poeziyasında milli dil məsələsi. Elmi əsərlər. Dil və ədəbiyyat seriyası. Bakı Slavyan Universiteti. № 2, 2021, Səh. 124-130;
37.Qafur Qantəmirin yaradıcılığı Arif Abdullazadə tədqiqatlarında. “Elmi iş” beynəlxalq elmi jurnal, VII Beynəlxalq Elmi Araşdırmalar Konfransının materialları, 11 fevral 2022, İSSN: 2663-4619, e-İSSN: 2708-986X, Səh. 20-23;
38.Arif Abdullazadənin roman yaradıcılığı. 4.Uluslararası Sosyal Bililmler ve İnovasyon Kongresi, Ankara, Kongre kitabı, 21-22.02.2022, İSBN:978-625-8405-37-8, Səh.465-473;
39.Mirzə Cəlil qəhrəmanları şeirdə. “Filologiya məsələləri” jurnalı, 2022, № 3, Səh.281-290;
40.Müstəqillik uğrunda mübarizə və 20 Yanvar hadisələri romanda. “Qarabağın siyasi tarixi: siyasi, iqtisadi, mədəni aspektlər” Beynəlxalq elmi konfrans, SDU, 17-18 mart 2022, “Konfrans materialları”, 2022, № 1, Səh. 95-98;
41.Arif Abdullazadenin Bir Avuç Toprak Romanı Özelinde 80`ler Azerbaycan Romanında Türkiye Teması. Uluslararası Türkoloji Kongresi: “Arayışlar ve yöntemler”, 16-18 may 2022, Karabük Universiteti, Kazakistan Ahmet Yesevi Üniversitesi, Taşkent Devlet Şarkşinaslık Üniversitesi, Bakü Devlet Üniversitesi ve Zhubanov Türk Bilim Üniversitesi, Absract book, İSBN: 978-605-9554-69-5, Səh. 62;
42.Arif Abdullazadə yaradıcılığında Nazim Hikmət şəxsiyyətinə sevgi. 2.Uluslararası Dicle Bilimsel Araşdırmalar ve İnovasyon Kongresi, İSARC, 28-29 may 2022, İSBN: 978-625-8347-76-7, Səh. 181-188;
43.“Kitabi-Dədə Qorqud” motivləri poemada. “Elmi əsərlər” jurnalı, Naxçıvan Universiteti, 2022, № 2, İSSN 2616-4248, Səh. 162-168;
44.AZERBAYCAN'IN ŞEKİ BÖLGESİNDE AŞIK SANATININ GELİŞİM YOLU. Aşık Sanatı Sempozyumu Abdal Yılı Bildiri Özetleri Kitabı, Kapadokya Üniversitesi, 28-29 iyul 2022, Səh.50-51;
45.Arif Abdullazadənin “Bir ovuc torpaq” romanında Türkiyə mövzusu. “İpək yolu” jurnalı, 2022, № 3, Səh. 69-75;
46.Dahi Nizami Gəncəvi yaradıcılığına təsir edən əsər. “Filologiya məsələləri” jurnalı, 2022, № 10, Səh.281-290;
47.Arif Abdullazadənin Şuşa mövzulu əsərləri. “Sosial-iqtisadi və tarixi-mədəni əlaqələrin strateji prioritetləri” I Beynəlxalq Sosial Elmlər Konfransı”nın Materialları. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası. Manisa Celal Bayar Universiteti. 28-29 senytabr 2022, səh. 282-289;
48.SACREDNESS OF MOTHER IN POETRY (BASED ON THE CREATION OF ARIF ABDULLAZADE). Актуальні питання гуманітарних наук: міжвузівський збірник наукових праць молодих вчених Дрогобицького державного педагогічного університету імені Івана Франка. Дрогобич: Видавничий дім «Гельветика», 2022. – Вип. 57. Том 1., Стр.156-161;
49.Elmi-nəzəri ədəbiyyatda inklüzivliyin təqdimatı və Azərbaycan gerçəkliyində inklüziv təhsil. “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda Beynəlxalq elmi konfransın materialları (2 cilddə), I cild. Mingəçevir Dövlət Universiteti, 2022, Səh.661-665;
50.Arif Abdullazade şiirinin sanatcı-fikir özellikleri. TÜDAD, Uluslararası Türk Dünyası Araşdırmaları Dergisi, aprel 2023, cild 6, № 2, Səh.135-158;
51.Poeziyada gizlənən mənalar (Arif Abdullazadənin poeziyası əsasında). The XXXVII International Scientific Symposium "Haydar Aliyev and Development Strategy of Azerbaijan: New Trends in Modernization", Proceedings Book, 29 aprel 2023, Eskişehir, Şəki, ISBN: 978-605-72212-9-2, Səh.141-144.

İştirak etdiyi təlim və kurslarda əldə etdiyi sertifikatlar:

1.2001 - QHT-ların Resurs və Təlim Mərkəzinin dəstəyi ilə təşkil edilmiş Şəki Kompüter Mərkəzində Windows, Word, Excel, Photosop proqramları üzrə kurslar;
2.30 iyun 2004-cü il - AMİ-nin Şəki filialı, “Öyrədənlərin öyrədilməsi” proqramı üzrə “Fəal və interaktiv təlim metodları” mövzusunda xüsusi təlim kursu. “Fəal və interaktiv təlim metodları” üzrə “Öyrədən” statusu almışdır;
3.İyun 2004 – may 2006 - İREX idarə etdiyi və ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Şöbəsi tərəfindən maliyyələşdirilən “Azərbaycanda müəllim hazırlığı üzrə tədris proqramının (kurikulumun) inkişafı” Layihəsində pilot məktəb nümayəndəsi kimi;
4.2009 - AR Təhsil Nazirliyi və “Mədəd” təşkilatı tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi” təlim kursu;
5.İyul, 2013 - Şəki Məktəbəqədər Təhsil Müəssisələrində İnklüziv təhsilin inkişafı” layihəsinin Ali Təhsil komponenti şərçivəsində “İnklüziv Təhsil üzrə Ali təhsil müəssisələri üçün hazırlanmış kurs” təlimi;
6.4-8 fevral, 2019 - Avropa İttifaqının maliyyə dəstəyi ilə UNICEF və RİİBtərəfindən həayta keçirilən layihələr çərçivəsində İnklüziv Təhsil üzrə Təlimçilərn Təlimi;
7.22 fevral 2020 - “Problemli ünsiyyətdən effektiv nitqə” təlimi, İKNA;
8.26.08.2020–06.09.2020 - ADPU-da “Distant təhsil və elektron tədris platformalarından, resurslarından istifadə imkanları” üzrə təlim,);
9.21-25.06.2021 – 01-04.07.2021ARTİ və ADPU-nun təşkil etdiyi “Erkən yaş uşaq inkişafı sahəsində bilik və bacaraıqların artırılması üçün hazırlanmış pedaqoji kurs, TƏLİMÇİLƏR ÜÇÜN TƏLİM;
10.16 noyabr 2021 - “Region universitetlərinin gənc tədqiqatçıları üçün seminarların təşkili” layihəsi;
11.07 fevral 2023-cü il - Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təşkil olunan “Daxili keyfiyyət təminatı sisteminin səmərəli təşkili” adlı təlim.

İştirak etdiyi konfranslara dair sertifikatlar:

1.2015, 17-18 aprel, Gənc Tədqiqatçıların III Beynəlxalq elmi konfransı. Qafqaz Universiteti, Bakı;
2.2015, 23-27 aprel, Uluslararası Kültür, Sanat, Folklor Konqresi\Sanat etkinlikleri. Rusiya, Rostov na-Donu;
3.2019, 23 fevral, 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilən “Dilimiz – milli-mənəvi sərvətimizdir” adlı konfrans, Azərbaycan İlahiyyat İnstitutu, Bakı;
4.2019, 6-7 iyun Afad Qurbanovun 90 illik yubileyinə həsr olunmuş “Müasir dilçiliyin aktual problemləri” Beynəlxalq elmi konfrans, ADPU, Bakı;
5.2019, 1-4 avqust, Al-Farabi V Beynəlxalq Sosial Elmlər Konfransı, Bakı;
6.2020, 25-26 may, Nəriman Nərimanovun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş “Müasir dövrdə mədəniyyətlərin dialoqu” adlı IV Beynəlxalq elmi konfrans, Batumi, Gürcüstan;
7.2020, 21-22 avqust, I Bakı Beynəlxalq Elmi Araşdırmalar Konqresi, AMEA Folklor İnstitutu, Bakı;
8.2020, 18-20 sentyabr, ULUSLARARASI DEDE KORKUD TERK KÜLTÜRÜ, TARİHİ ve EDEBİYYATI KONQRESİ, AMEA Folklor İnstitutu, Bakı;
9.2021, 22-24 yanvar, Cumhuriyet 4.Uluslararası Sosyal Bilimler Konqresi, UBAK, Afyonkarahisar, Türkiye;
10.2021, 7-8 fevral, 5. İnternational Paris Conference of sosial sciences, İKSAD, Paris, Fransa;
11.2021, 11-12 fevral, II International World Woman Conference, İKSAD, Bakı Qızlar Universiteti, Bakı;
12.2021, 18-21 mart, IV Beynəlxalq Novruz Elmi Araşdırmalar Konfransı, İKSAD və AMEA Folklor İnstitutu;
13.2021, 5-6 noyabr, V Hoca Əhməd Yasəvi Beynəlxalq Elmi Araşdırmalar Konfransı, Naxçıvan;
14.2021, 10-11 dekabr, “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” I Beynəlxalq Elmi konfransı, MDU;
15.2022, 11 fevral, VII Beynəlxalq Elmi Araşdırmalar Konfrans, AEM, Bakı;
16.2022, 21-22 fevral, 4. Uluslararası Sosyal Bililmler ve İnovasyon Kongresi, Ankara;
17.2022, 13 may, Aşıq Şəmşir və Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Aşıq sənəti və yazılı ədəbiyyat” mövzusunda Beynəlxalq elmi konfrans, AMEA Folklor İnstitutu, Binali Yıldırım Universitesi, Qazax;
18.2022, 16-18 may, Uluslararası Türkoloji Kongresi: “Arayışlar ve yöntemler”, Karabük Universiteti, Kazakistan Ahmet Yesevi Üniversitesi, Taşkent Devlet Şarkşinaslık Üniversitesi, Bakü Devlet Üniversitesi ve Zhubanov Türk Bilim Üniversitesi, Karabük;
19.2022, 28-29 may, 2. Uluslararası Dicle Bilimsel Araşdırmalar ve İnovasyon Kongresi, İSARC, Dicle;
20.2022, 28-29 iyul, Aşık Sanatı Sempozyumu Abdal Yılı, Kapadokya Üniversitesi;
21.2022, 28-29 senytabr “Sosial-iqtisadi və tarixi-mədəni əlaqələrin strateji prioritetləri” I Beynəlxalq Sosial Elmlər Konfransı. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası. Manisa Celal Bayar Universiteti, Bakı;
22.2022, 16-17 dekabr, “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda Beynəlxalq elmi konfrans. Mingəçevir Dövlət Universiteti,
23.2023, 6-7 mart, Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Dəyişən dünyada qadın: Şərq və Qərb kontekstində” adlı Beynəlxalq Elmi Konfrans, AMEA, Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu;
24.2023, 29 aprel, The XXXVII International Scientific Symposium "Haydar Aliyev and Development Strategy of Azerbaijan: New Trends in Modernization".