QISA BİOQRAFİK MƏLUMAT

İbrahimova Nübar Natiq qızı 1982-ci il dekabr ayının 25-də Azərbaycan Respublikası Sumqayıt şəhərində müəllim ailəsində anadan olub. 1989-cu ildə Şəki şəhərində 11 saylı məktəbin I sinfinə daxil olub, 1997-ci ildə natamam orta təhsilimi başa vurmuşdur.1997-ci ildə Sumaqayıt musiqi texnikimuna daxil olmuş, 2001-ci ildə oranı bitirərək “fortepiano müəllimi və konsertmeyster” ixtisasına yiyələnib.2001-ci ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub, 2005-ci ildə oranı bitirərək “Filoloq, Azərbaycan dili və ədəbiyyat müəllimi” ixtisası üzrə bakalavr dərəcəsi alıb.2006-cı ildə Sumqayıt Dövlət Universitetinin Filologiya ixtisası üzrə magistraturaya daxil olub, 2008-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək “Xarici ölkə xalqlarının ədəbiyyatı” ixtisası üzrə magistr dərəcəsi alıb.
2009-cu ildən AMİ-nin Şəki filialının “Humanitar elmlər” kafedrasınını müəllimiyəm. 2015-ci ilin noyabrından Azərbaycan Müəllimlər İnstitutu və onun filialları ADPU-ya qoşulduğuna görə hazırda ADPU-nun Şəki filialında “Humanitar fənlər” kafedrasında əmək fəaliyyətimi davam etdirirəm. Ailəlidir, bir övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2018-ci ildə Gəncə Dövlət Universitetinin Fəlsəfə Doktoru Proqramı üzrə Doktoranturaya dissertant qəbul olub. Hal-hazırda “Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid-5715.01” ixtisası üzrə “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının dissertantıdıt.

ƏMƏK FƏALİYYƏTİ

1997-2001-ci ilədək Sumqayıt şəhəri “S.Rüstəmov adına incəsənət məktəbi”ndə müəllim,
2009-cu ildə AMİ-nin Şəki filialında müəllim, hal-hazırda ADPU-ya qoşulduğuna görə hazırda ADPU-nun Şəki filialında “Humanitar fənlər” kafedrasının müəllim,
2021-ci il oktyabr ayı ADPU-nun Şəki filialında “Humanitar fənlər” kafedrasında baş müəllim.

TƏDQİQAT SAHƏSİ

Filologiya

TƏDRİS ETDİYİ FƏNLƏR

Uşaq ədəbiyyatı, İfadəli oxu, Müasir Azərbaycan ədəbiyyatı

NƏŞR OLUNMUŞ MƏQALƏLƏR

1.Teymur Elçinin tapmacalarının mövzu dairəsi, Gənc alimlərin II beynəlxalq elmi konfransının materialları – Gəncə 26-27 oktyabr 2017, s.296-298.
2. Namiq Abdullayevin elmi-fantastik üslubda yazılmış “İtirilmiş dünya” povestinin uşaqlara tərbiyəvi təsiri, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti, Humanitar Elmlərin öyrənilməsinin aktuaı problemləri. Ali məktəblərarası elmi məqalələr məcmuəsi. Nömrə 4/2017.- Bakı: Mütərcim, 2017. – 382 s. səh. 137-143.
3. Namiq Abdullayevin hekayələrinin mövzu dairəsi (“İtirilmiş dünya” kitabına daxil olan hekayələr əsasında), Еlmi Xəbərlər – Gəncə, 2018, nömrə 2, -431 səh. Səh 85-90.
4. Teymur Elçinin uşaq şeirlərində əxlaqi-didaktik motivlər, Elmi xəbərlər -Gəncə, 2018, nömrə 4, səh 134-141, 460 səh.
5. Xanımana Əlibəylinin poemalarında folklor motivləri, Elmi xəbərlər-Gəncə, 2019, nömrə 3, - 417 səh
6. Şərq ədəbi-nəzəri fikri və Azərbaycan ədəbiyyatşünaslığının inkişafı, Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar İnstitutu filologiya məsələləri № 6, «Elm və təhsil» Бакы – 2020.
7. Qərbi Avropa ədəbiyyatının nəzəri problemlərinin Azərbaycan ədəbiyyatşünaslığının mənimsəməsində Mirzə Fətəli Axundzadənin rolu, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti, Elmi əsərlər, Dil və ədəbiyyat seriyası, nömrə 1. Bakı, 2020.
8. Dünya ədəbi-nəzəri fikri və Azərbaycan ədəbiyyatşünaslığı, Sumqayıt Dövlət Unuversiteti Elmi xəbərlər 2020 cild 16 № 4, Sosial və humanitar elmlər bölməsi.
9. Avropa və rus romantizminin Azərbaycan romantizminin inkişafına təsiri, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti, Filologiya və xarici dil müəllimliyi ixtisası
“Filoloji elmlər innovativ tədqiqatlar kontekstində” adlı Beynəlxalq elmi-praktik onlayn konfransın materialları. – Bakı: Mütərcim, 24 dekabr, 2020-ci il
10. Проблемы изучения жанра сонет в азербайджанском литературоведении.. Республики Башкортостан и субъектов Российской Федерации: Сборник материалов VI Всероссийской (с Международным участием) научнопрактической конференции, посвященной 80-летию со дня рождения ученого-методиста Р.Г.Азнагулова. – Уфа: РИЦ БашГУ,2021s.160-167.
11. Усвоение Русского и Западноевропейского Реализма в Азербайджанском литературоведении и литературе Министерство Культуры Республики Узбекистан, Министерство Культуры Республики Каракалпакстан, Государственный Музей Истории и Культуры Республики Каракалпакстан «Культурное наследие Каракалпакстана». Материалы международной научно-практической конференции, посвященной 106 летию поэта Народного поэта Узбекистана и Каракалпакстана Тилеубергена Купбатулла Улы Жумамуратова, Нукус-2021. Издательство «Билим», 2021 Səh.351-357
12. Дискуссия о методе социалистического реализма в советской и азербайджанской литературе Ivane Javakhishvili Tbilisi State University, 2023.səh180-189
13. Дискуссия о методе социалистического реализма в советской и азербайджанской литературе. Ivane Javakhishvili Tbilisi State University Research Center for Georgian-Ossetian Relationship Ministry of Education and Science Shota Rustaveli National Foundation of Georgia Department of Official Languages Giorgi Akhvlediani Society for the History of Linguistics VIII INTERNATIONAL SCIENTIFIC CONFERENCE DEVELOPMENT OF GEORGIAN-OSSETIAN RELATIONSHIP THE CONFERENCE IS DEDICATED TO TEMIRBOLAT MAMSUROV OSSETIAN POET MUKHAJIR, Theses, 13-14 October 2022 Səh. 59-60
14. Kamran Əliyevin elmi fəaliyyətində romantizm və folklor məsələləri.Kamran Əliyev: tanınmış ədəbiyyatşünas, unudulmaz insan2023səh.86-97
15.Avropa və rus tənqidi-estetik fikrinin xüsusiyyətlərinin M.F.Axundzadə tərəfindən qavrayışıElmi xəbərlər-Gəncə№128.03.2023