Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 20 nəfər
Professor - 1 nəfər
Dosent - 9 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Sentyabr 2010 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
TƏRCÜMƏ ET:
English Russian

DİLLƏR KAFEDRASI

PDF faylını alÇapE-poçt

KAFEDRANIN TARİXİ:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının Filologiya fakültəsinin “Dillər” kafedrası 30 oktyabr 2004-cü ildə yaranmışdır. Dillər kafedrası dilin aktual problemlərinə həsr olunmuş tədqiqat işi aparılan mərkəzlərdən biri kimi tanınmışdır. Kafedranın ilk rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent G.A.Abdullayeva olmuşdur. 9 dekabr 2006 və 2011-ci illərdə kafedraya müdir vəzifəsinə filologiya üzrə fəlsəfə doktoru, dosent U.B.Mürşüdova seçilmişdir. Kafedrada elmi istiqamətin müəyyən edilmiş, kafedra müəllimləri respublika və beynəlxalq səviyyəli konfranslarda uğurla iştirak etmişlər.
Kafedranın fəaliyyəti müddətində ana dili və xarici dillərin bilik - bacarıqlarının inkişaf etdirilməsi, kompitent mütəxəssislərinin yetişdirilməsində, mühazirə, seminar və praktiki fəaliyyətlərinin bir çox sahələrində, o cümlədən, tərcümə, şifahi nitq, tələbə və müəllim elmi yaradıcılıq istiqamətlərində mühüm elmi nəticələr əldə edilmişdir. Bu nəticələrin bir çoxu dünyanın yüksək reytinqli elmi jurnallarında çap olunmuş və sertifikatla nəticələnmişdir.

ADPU-NUN ŞƏKİ FİLİALININ DİLLƏR KAFEDRASININ ƏMƏKDAŞLARI:

STATİK GÖSTƏRİCİLƏR: (2017-2018-ci tədris ilinə aid)
Dillər kafedrasında 28 nəfər professor-müəllim heyəti çalışır
•3 nəfər dosent
•4 nəfər fəlsəfə doktoru
•9 nəfər baş müəllim
•15 nəfər müəllim
•4 nəfər laborant

KAFEDRANIN ƏMƏKDAŞLARI:
1.Əkbərova Əsmayə Bəxtiyar qızı, kafedra müdiri.
2.Abdullayeva Gülarə Abdurahman qızı
3.Mürşüdova Ulduz Bəşir qızı
4.Hümbətova Şərqiyyə Nüsrət qızı
5.Abdullayeva Xalidə Firuddin qızı
6.Məsimova Nübar Rasim qızı
7.Rəhimova Yeganə Abdulla qızı
8.Süleymanova Azadə Abdulhəmid qızı
9.Musayeva Ədalət Ələkbər qızı
10.Məmmədova Dilbər Siracəddin qızı
11.Əliyeva Yaqut Vəli qızı
12.Lətifova Kəmalə Yaşar qızı
13.Əliyeva Sevinc Akif qızı
14.Rəfiyeva Xuraman Əli qızı
15.Kərimova Dilarə Məmmədəli qızı
16.Qasımova Aytən Fərman qızı
17.Rəhimova Çimnaz Xasməmməd qızı
18.Novruzova Nərgiz Vahab qızı
19.Əliyeva Kamilə Bahəddin qızı
20.Əmrahova Məhsəti Mais qızı
21.Mikayılov Sahib İsmayıl oğlu
22.Ələsgərli Rumiyə Aleksandr qızı
23.Israfilova Mahirə Lütfəli qızı
24.Nəsrullayeva Nərminə Zülfəli qızı
25.Həsənova Vüsalə Fərrux qızı
26.Allahyarova Könül Qalib qızı
27.Qədirova Türkan Möylam qızı
28.Səmədova Nəzakət Nurəddin qızı

KAFEDRANIN ELMİ FƏALİYYƏTİ:
Dillər kafedrası aşağıdakı elmi istiqamətlərdə fəaliyyət göstərir:
1.Ali məktəblərdə ingilis və fransız dillərinin xarici dil kimi tədrisi metodikası;
2.Ali məktəblərdə azərbaycan dilinin ana dili kimi tədrisi metodikası;
3.Linqvoölkəşunaslıq;
4.Nitq və pedaqoji təcrübələrin keçirilməsinin təkmilləşməsi.
5.Azərbaycan Respublikanın ümumtəhsil məktəb müəllimləri və şagirdləri üçün təlim-tədris prosesinə müasir yanaşma tələbələrinə cavab verən proqramlar, dərs vəsaitləri və dərsliklərin hazırlanması;
6.Bütün fakültələrdə ana dili, fransız və ingilis dillərinin tədrisinin elmi əsaslarının hazırlanması;
7.Tədris prosesinin metodik və didaktik təminatı.
Kafedra əməkdaşları yuxarıda qeyd edilən istiqamətlərdə müəyyən elmi-tədqiqat işləri aparmış və aşağıdakı praktik əhəmiyyət kəsb edən kitabları nəşr etdirilmişdir:
Kitablar:
1..Azərbaycan dilində -sa, -sə şəkilçisi, onun qrammatik və üslubi xüsusiyyətləri. Bakı, “Elm”, 2000,120 səh.
2.Müasir Azərbaycan dili. II hissə.(Morfologiya, sintaksis). Dərs vəsaiti. Bakı, “Elm və təhsil”, 2013. 308 səh.
3. Ali və orta məktəblərdə Azərbaycan dilinin inteqrativ tədrisi. Metodik vəsait. Bakı, “Müəllim”, 2014. 164 səh.
4." Müəllim hazırlığının və orta təhsilin yeni perspektivləri (orta təhsil sisteminin təcrübəsi
əsasında). Müəllimlər üçün vəsait. Adiloğlu nəş. Bakı, 2006
5.İnteqrativ kurrikulum: Mahiyyəti və nümunələr: Kitab(müəllimlər üçün vəsait) Bakı, 2005
6.English Teaching Methods: Metodiki vəsait 2012,
7.Müasir fars dilində feildən düzələn isimlər adlı monoqrafiyası, Müasir Azərbaycan dili. I hissə. dərs vəsaiti vardır.
Metodik vəsaitlər:
1.İngilis dili dərslərinin tədrisində yeni təlim metodlarından istifadə qaydaları: Kitab, metodiki vəsait Bakı, 2008, səh. 68
2.English Teaching Methods: Metodiki vəsait 2012, səh. 198
3.Əski Azərbaycan əlifbasının tədrisi metodikası metodiki vəsaiti,
Proqramlar:
1.1. Seçmə fənn: Ədəbi tənqid tarixi. Bakı. “Müəllim”, 2014.
2.2. Müasir Azərbaycan dili. Bakı, “Müəllim”, 2014.
3.Bakalavr hazırlığı üçün fransız dilinin tədrisi proqramı.
4.”s/f. Akademik yazı”,
5.”Xarici dildə oxu və nitq”
6.Müasir Azərbaycan dili,
7."Kitabi-Dədə Qorqud"un dili
Əməkdaşlıq:
Dillər kafedrası elmi, tədris fəaliyyətində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Humanitar elmlər kafedrası, Ümumelmi fənlər kafedrası ilə əməkdaşlıq edir.

TƏDRİS İŞİ:
1.Tədris olunan fənlər (bakalavr pilləsi üzrə)
2. Xarici dildə oxu və nitq
3. Xarici dilin qrammatikası
4. Xarici dilin fonetikası
5. Xarici dil (fransız dili)
6. s/f. Yazı və oxu vasitəsilə müsahibə
7. s/f. Danışıq modelləri vasitəsilə ingilis dili
8. Xarici dilin tədrisi metodikası
9. Ölkəşünaslıq
10. Xarici dilin leksikologiyası
11. Ixtisas ölkəsinin ədəbiyyatı
12. s/f. Tərcümə nəzəriyyəsi
13. s/f. Praktik tərcümə
14. s/f. Bədii tərcümə
15. s/. İngilis dili tarixi
16. s/f. Akademik yazı
17. s/f. Amerikan ədəbiyyatı
18. s/f. Nəzəri fonetika
19. s/f. Nəzəri qrammatika
20. Xarici dil (ingilis dili)
21. s/f. Fransız dili tarixi
22. Dilçiliyə giriş
23. Müasir Azərbaycan dili
24. Ana dili
25. Nitq mədəniyyəti
26. Azərbaycan dili
27. Azərbaycan dili və nitq mədəniyyəti
28. Azərbaycan dilindən praktikum
29. Azərbaycan dialektologiyası
30. Əski Azərbaycan yazısı
31. s/f. Qədim türk yazılı abidələrinin dili
32. s/f. Linqvistik təhlil
33. s/f. Azərbaycan ədəbi dili tarixi

Kafedra üzrə tədris planlarında nəzərdə tutulmuş aparıcı fənlərə aid dərslik, dərs vəsaitləri, metodik vəsaitlər əldə edilmişdir. Bu fənlərin tədrisi Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqramlara istinadən həyata keçirilir. Kafedrada əsas fənlərlə yanaşı seçmə fənlər də tədris edilir. Tədris vəsaitləri kimi kafedra əməkdaşları tərəfindən hazırlanan ədəbiyyatlardan da istifadə olunur. Kafedra əməkdaşları bir sıra proqramlar tərtib etmişlər.

Dillər kafedrası 3 ixtisas üzrə pedaqoji kadrların hazırlanması ilə məşğuldur:
1.Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
2.İngilis dili müəllimliyi
3.Fransız dili müəllimliyi
Qeyd edilən ixtisaslara uyğun dərs vəsaitləri, dərslik və proqramlar əldə edilmişdir.

Müstəqillik qazandıqdan sonra Azərbaycan respublikasında qəbul edilmiş təhsillə bağlı dövlət sənədlərində aparılacaq islahatlarla yanaşı bu islahatların konkret məqsədi də göstərilir. 15 iyun 1999-cu ildə ümummilli lider H.Əliyevin 168 saylı sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat proqramı”nda islahatın məqsədi konkret şəkildə göstərilir: “Təhsil sahəsində islahat proqramının əsas məqsədi məktəbəqədər, orta, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı yaratmaq, cəmiyyətin Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanunda təsbit olunmuş tələbləri, sosial, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir. Təhsil islahatını zəruri edən sənədlərdən biri kimi aşağıdakıları qeyd etmək lazımdır: İctimai siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universiallaşdığı, informasiya kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin istedad və qabiliyyətinin müstəsna əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətveriici qüvvəsi olan insanın formalaşmasına və problemlərin həllinə yönəltməkdir.”
Dillər kafedrası fəaliyyətində Azərbaycan Respublikası prezidentinin 2009-cu il 22 may tarixli 295№ sərəncamla təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət proqramı”nın qarşıya qoyduğu vəzifələrə uyğun fəaliyyət göstərir.
Kafedra 24 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin 13 saylı sərəncamı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət strategiyası” nın hədəflərini və istiqamətlərini fəaliyyətində əsas götürmüşdür. Bu istiqamətlərə uyğun olaraq kafedra şəxsiyyətyönümlü təhsil məzmunun əldə edilməsinə, ali təhsil müəssisəsində fəaliyyət göstərən insan resurslarının müasirləşdirilməsinə, onların innovativ metodlardan səmərəli mənimsəməni təmin edən metodlardan istifadə etmələrinə diqqəti artırır.

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Sənətin vəzifəsi, təbiətin surətini çıxarmaq deyil, təbiəti ifadə etməkdir. BALZAK

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

KEÇİDLƏR

 

adpu1

QALEREYA

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp