Şəki Regional Debat Mərkəzinin (ŞRDM) təsis edilməsinin 11 illiyi münasibətilə konfrans keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının akt zalında keçirilən tədbirdə ŞRDM-in idarə heyətinin rəsmiləri, Vətən müharibəsi iştirakçıları, ADPU-nun Şəki filialının müəllim və tələbələri və bir sıra ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə mərkəzin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Daha sonra çıxışlar dinlənilib. Çıxış edənlər 11 illik yola qısa nəzər salaraq, əldə olunan uğurlardan bəhs ediblər. Tədbirdə “Zəfərə gedən yol” filmi nümayiş olunub.
Tədbirin sonunda Vətən müharibəsi iştirakçılarına, fəaliyyətində fərqlənmiş bir sıra şəxslərə diplom və sertifikatlar təqdim edilib. ADPU-nun Şəki filialı mərkəzin fəaliyyətinə göstərdiyi dəstəyə görə “Şəki gəncliyinin dostu” mükafatı, filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova isə Təşəkkürnamə ilə təltif olunublar.