Şəki regional “ASAN xidmət” mərkəzinin könüllülərinin təşəbbüsü ilə “Könüllülük təcrübəsi - 2023” forumu keçirilib. Forumda Şəki regional “ASAN xidmət” mərkəzinin direktoru Bəhruz Nəsibov, Şəki Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Ziyad Əliəkbərli , “Regional İnkişaf” İctimai Birliyinin Şəki-Zaqatala regionu üzrə sədri Anar Nağıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Tələbə Gənclər Təşkilatının (TGT) sədri Aysun Kərimli, Şəki regional “ASAN xidmət” mərkəzinin əməkdaşları çıxış ediblər. Sonda mükafatlandırma mərasimi olub. Şəki Şəhər İcra Hakimiyyətində könüllü fəaliyyətlərini uğurla başa vurduqları üçün ADPU-nun Şəki filialının TGT-nin sədri Aysun Kərimli və “İbtidai sinif müəllimliyi” ixtisasının tələbəsi Arzu Rəhimzadə Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən təltif olunublar.