Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Dekabr 2017 >
Bz Ç Ç Cm C. Ş Bz
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

KEÇİDLƏR

 

adpu1

SOSIAL ŞƏBƏKƏLƏR

TƏRCÜMƏ ET:
English Russian

İBRAHİMOV FİRƏDUN NADİR OĞLU

PDF faylını alÇapE-poçt


İBRAHİMOV FİRƏDUN NADİR OĞLU - Pedaqoji üzrə elmlər doktoru, professorPedaqoji üzrə elmlər doktoru, professor
QISA BİOQRAFİK MƏLUMAT
1952-ci ildə Şəki rayonunun Qudula kəndində anadan olmuşdur. 1958-1965-ci illərdə Şəki rayon Qudula kənd səkkizillik, 1966-1968-ci illərdə Şəki şəhər 3 saylı orta məktəbdə ümumi orta təhsil almışdır. 1972-ci ildə ADPİ-nin riyaziyyat fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1977-1982-ci illərdə ADPİ-nin aspiranturasında qiyabi təhsil almış, 1982-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər namizədi dərəcəsi almışdır. 1998-2000-ci illərdə AETPEİ-da doktorantura hazırlığı keçmişdir. 2006-cı ildə 'Alqoritmik və evristik fəaliyyətlərin optimal münasibətlərinin əsasları' mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, pedaqogika üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. AMİ-nin Şəki filialının Təbiət elmləri və tədrisi metodikası kafedrasının müdiri və professorudur. 2009-cu ildən Rusiya Sosial ve Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Firədun Nadir oğlu İbrahimov barədə arayış
Firədun Nadir oğlu İbrahimov Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakultəsini 1972-ci ildə fərqlənmə diplomu ilə başa vurduqdan sonra təyinat üzrə Şəki rayonunun Təpəcənnət kənd məktəbində 1972-1973-cü tədris ilinin sentyabr ayından ixtisası üzrə pedaqoji əmək fəaliyyətinə başlamışdır. F.N.Ibrahimovun pedaqoji fəaliyyətinin 11 ili orta ümumtəhsil, 24 ili ali məktəb həyatı, 9 ili dövlət qulluğu ilə bağlıdır.
O, orta ümumtəhsil kənd və şəhər məktəblərində müəllim və direktor, Baş Pedaqoji Kadrların ixtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun (Əvvəllər bu institut Mərkəzi Müəllimləri Təkmilləşdirmə İnstututu adlanırdı) Şəki filialının müdiri,2005-ci ilin dekabr ayından 2010-cu ilin iyul ayınadək Şəki şəhər təhsil şöbəsinin müdiri, 2010-cu ildən AMİ nin Şəki filialının (hazırda ADPU-nun struktur vahidi kimi fəaliyyət göstərir) Ümumelmi fənlər kafedrasının əməkdaşı, 2014-cü ildən Şəki filialında Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müdiri və professoru vəzifəsində işləmişdir.
F.N.İbrahimov ümumtəhsil məktəblərində müəllim və məktəb direktoru işləyərkən “Qabaqcıl maarif” xadimi döş nişanı ilə təltif olunmuş, Şəki şəhər təhsil şöbəsinin müdiri vəzifəsində çalışarkən isə səmərəli fəaliyyətinə görə “Respublikanın əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür. O, Şəki filialında baş müəllim, dosent, professor və kafedra müdiri kimi öz üzərinə düşən vəzifələri də ləyaqətlə yerinə yetirir. Ona Şəki filialı rəhbərliyinin, professor-müəllim və tələbə heyətinin xüsusi rəğbəti vardır, hazırlığına və davranış mədəniyyətinə görə ehtiram olunur.
Qeyd olunduğu kimi, F.N.İbrahimovun əmək fəaliyyətinin bir hissəsi qeyri-pedaqoji sahə ilə bağlıdır. O, 2000-ci ilin sentyabr ayından 2005-ci ilin dekabrınadək Şəki şəhər İcra Hakimiyyəti Başçısı Aparatında şöbə müdiri və Başçının müavini əvəzi kimi dövlət qulluğunda çalışmışdır.
F.N.İbrahimov pedaqoji-əmək fəaliyyətindən ayrılmadan elmi-tədqiqat işi aparmışdır. Qiyabi aspirantura təhsilini başa vuraraq 1982-ci ildə “İbtidai siniflərdə riyaziyyatın tədrisində şagirdlərin fəza təsəvvürlərinin formalaşdırılması problemi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmiş, onun pedaqoji elmlər namizədi elmi dərəcəsi SSRİ AAK tərəfindən 1982-ci ildə təsdiqlənmişdir. O, qiyabi formada Azərbaycan Təhsil Problemləri İnstitutunda doktorantura hazırlığı keçərək 2006-cı ildə “Təlim prosesində alqoritmik və evristik fəaliyyətlərin optimal münasibətlərinin əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onun pedaqoji elmlər doktoru alimlik dərəcəsi Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komisiyası tərəfindən 2007-ci ilin mart ayında təsdiqlənmişdir.
F.N.İbrahimov pedaqoji elmlər doktoru elmi dərəcəsi aldıqdan sonra da məhsuldar elmi-tədqiqat fəaliyyəti ilə məşğuldur. Onu yüz əllidən çox elmi əsərin – monoqrafiya, dərslik, dərs vəsaiti, tədris proqramı, metodik tövsiyə, tezis, nüfuzlu jurnallarda çap olunan elmi-metodik məqalələrin müəllifi kimi pedaqoji ictimaiyyət tanıyır və qiymətləndirir. 32 kitabın müəllifi olan F.N.İbrahimovun əsərlərinin ümumi həcmi 700 çap vərəqindən artıqdır. Onun 15 məqaləsi xarici ölkələrin nüfuzlu elmi jurnallarında çap edilmişdir. F.N.İbrahimov səkkiz beynəlxalq (Azərbaycanda, Rusiyada, Ukraynada təşkil olunmuş) və dörd respublika konfranslarında çıxış etmişdir.F.N.İbrahimovun son illərdə “Ümumi pedaqogikadan mühazirələr”(dərs vəsaiti), “Didaktika”(dərs vəsaiti), “Pedaqogika” (dərslik-2cilddə), ”Ümumi pedaqogika (Nəzəriyyə, pedaqoji görüşlər, sivilizasiya çağrışlarına istiqamətlənmə)” (dərs vəsaiti), ”Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi metodikası” (dərs vəsaiti), ”Ümumtəhsil məktəblərində riyaziyyatın kurikulum modelinə əsaslanan tədrisi metodikası” (dərs vəsaiti) adlı kitabları çap olunmuşdur.
F.N.İbrahimov ictimai fəallığı ilə seçilən ziyalıdır. Onun ictimaiyyət qarşısında çıxarışları, müxtəlif informasiya vasitələrində təqdim olunan müsahibələri, aktual məsələləri hədəfləyən məqalələri maraqla qarşılanır. “Şəki dövlətçiliyimizin qalasıdır”, “Şəki müstəqillik illərində” adı ilə çap olunan kitablarda F.N.İbrahimov fəal vətəndaş mövqeyini nümayiş etdirmiş, insanları, xüsusilə gəncləri yad ideologiya təsirindən qorunmağa səsləmişdir.
F.N.İbrahimov bir mənalı siyasi əqidəyə, baxışlara malikdir. O, saf əxlaqın subyektidir. Azərbaycançılıq ruhunda gənclərin tərbiyə olunmasına qüvvə və bacarığını əsirgəməyən alimdir.
Onun fəaliyyətinin tədris-təşkilati, elmi-tədqiqatçılıq, gənc tədqiqatçılara istiqamət vermək, tələbələrin tədqiqat işlərini yönləndirmək kimi aspektləri məxsusi çalarları baxımından təqdirə layiqdir.O, novator müəllim və məhsuldar tədqiqatçıdır.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali, 1972-ci ildə ADPU-nun riyaziyyat fakultəsini bitirmişdir.
1982-ci ildə namizədlik dissertasiyası müdafiə edərək p.e.n. alimlik dərəcəsi almışdır.
2006-cı ildə pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
2008-ci ildə dosent elmi adı almışdır.
2014-cü ildə professor elmi adı almışdır.
2014-cü ildən AMİ-nin Şəki filialında Təbiət elmləri və tədrisi metodikası kafedrasının professoru və müdiridir.

+ ƏMƏK FƏALİYYƏTİ
1972-1973-cü illər. Şəki rayon Təpəcənnət kənd məktəbində müəllim.
1973-1982-ci illər. Şəki rayon Baltalı kənd orta məktəbində müəllim və direktor.
1982-1992-ci illər. BPKİA və YH-nin Şəki filialının direktoru.
1993-cü il. Şəki şəhər 17 saylı orta məktəbin direktoru.
1993-2000-ci illər. BPKİA və YH İnstitutunun Şəki filialının direktoru.
2000-2005-ci illər. Şəki Şəhər İcra Hakimiyyəti Başçısı aparatında şöbə müdiri və müavin əvəzi.
2005-2010-cu illər, Şəki Şəhər Təhsil Şöbəsinin müdiri.
2006-2014-cü illərdə AMİ-nin Şəki filialının Ümumelmi fənlər kafedrasında baş müəllim, dosent, professor.
2009-cu ildən Azərbaycan Respublikasının Əməkdar müəllimidir.
2014-cü ildən hal-hazıradək AMİ-nin Şəki filialının Təbiət elmləri və tədrisi metodikası kafedrasının professoru və müdiri.

+ TƏDQİQAT SAHƏSİ
Təhsilin tarixi və nəzəriyyəsi

+ BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAKI
2002-ci ildə Sank-Peterburq şəhərində keçirilən 'Dözümlülüyün pedaqoji aspektləri' probleminə həsr olunan konfransda iştirak etmiş və sözügedən problemin nəzəri aspektləri ilə bağlı çıxış etmişdir.
2011-2014-cü illərdə Rusiya Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən VII, VIII, IX Beynəlxalq simpoziumlarda iştirak etmişdir.
Azərbaycanda AMİ-nin təşkilatçılığı ilə 'Müəllim hazırlığının aktual problemləri'nə həsr olunmuş II, III Beynəlxalq Elmi Konfranslarda iştirak etmişdir.
Təhsil Problemlər İnstitutunun 2013-cü ildə təşkil etdiyi 'Təhsilin aktual problemləri'nə həsr olunmuş Beynəlxalq konfransda iştirak etmişdir.

+ DƏRS VƏ METODİIK VƏSAİTLƏRİ
1.Kiçikyaşlı məktəblilərdə fəza təsəvvürlərinin inkişaf etdirilməsinin bəzi məsələləri. Elmi əsərlər', XI seriya (pedaqogika, psixologiya və s. fənlərin tədrisi metodikası), Bakı, APİ, 1977, №5. s .94.
2.Yüzlük' mövzusunun tədrisi prosesində həndəsə elementlərinin öyrədilməsi metodikasına dair. Məqalə 'İbtidai məktəb və məktəbəqədər tərbiyə'jurnalı, Bakı, 1977, №5 (45). s.20-26. N.A.Sadıqov
3.III sinifdə həndəsə elementlərinin öyrədilməsi. Məqalə. 'İbtidai məktəb və məktəbəqədər tərbiyə'jurnalı, Bakı, 1978, №5 (51). s.19-27. N.A.Sadıqov
4.Riyaziyyat dərslərində alqoritmlərdən istifadə təcrübəsindən. Məqalə 'Fizika və riyaziyyat tədrisi', ('Azərbaycan məktəbi' jurnalına əlavə). Bakı, 1980, №4 (100). s.41-45
5.'Vaxt ölçüləri' mövzusunun tədrisinə dair. Məqalə . 'İbtidai məktəb və məkətəbəqədər tərbiyə'jurnalı, Bakı, 1980, №3 (63). s.24-26
6.Riyaziyyatın tədrisində təlim tapşırıqlarının sistemləşdirilməsi təcrübəsindən.Məqalə 'İbtidai məktəb və məktəbəqədər tərbiyə'jurnalı, Bakı, 1982, №3 (75). s.11-14. -
7.Orta ümumtəhsil məktəblərində şagirdlərin kənd təsərrüfatı peşələrinə istiqamətləndirilməsi təcrübəsindən. Məqalə 'Əmək və politexnik təlim'jurnalı, Bakı, 1983, , №1 (101). s.28-32. K.M. Məcidov
8.Şagirdlərin idrak fəaliyyətinin inkişaf etdirilməsi yolları. Məqalə 'Fizika və riyaziyyat tədrisi', ('Azərbaycan məktəbi' jurnalına əlavə). Bakı, 1984, , №1 (121). s.51-54 İ.F.Əliyev
9.Həndəsə tədrisində tətbiq edilən müstəqil işlər haqqında. Məqalə 'Fizika və riyaziyyat tədrisi', ('Azərbaycan məktəbi' jurnalına əlavə'). Bakı, 1985, №2 (126) s.7-11. S. Süleymanov
10.Şagirdlərdə fəza təsəvvürlərinin formalaşdırılmasına dair. Məqalə 'İbtidai məktəb və məktəbəqədər tərbiyə'jurnalı, Bakı, 1987, №5 (107). s.13-18
11.Təlim metodlarından kompleks istifadə təcrübəsindən. Məqalə 'Fizika və riyaziyyat tədrisi', ('Azərbaycan məktəbi' jurnalına əlavə), Bakı, 1988, №1 (137). s.50-55
12.Əmək təlimi məşğələlərində məhsuldar əməyin təşkili təcrübəsindən.Məqalə 'Əmək və politexnik təlim', Bakı, 1988, №3 (123). s.5-N.S. Məmmədov
13.Təlim metodlarından kompleks istifadə. Məqalə 'İbtidai məktəb və məktəbəqədər tərbiyə'jurnalı, Bakı, 1988, №6 (113). s.7-10
14.Həndəsənin tədrisində müstəqil işlərdən istifadə. Metodik tövsiyə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəşriyyatı. Bakı, 1988 1, 5 ç.v.
15.Həndəsə təlimində müstəqil işlərdən istifadə təcrübəsindən. Məqalə 'Fizika və riyaziyyat tədrisi', (Azərbaycan məktəbi' jurnalına əlavə). Bakı, 1989, №2 (142) s.30-34 M.A. Nəsibov
16.Təlim prosesinin mahiyyəti haqqında. Məqalə Azərbaycan BRKİA və YHİ- nin 'Elmi əsərlər' bülleteni, Bakı, 1995, №1. s.4-14 R.H. Məmmədzadə
17.Pedaqoji düşüncələr: Kimə nəyi necə öyrədək? Məqalə Azərbaycan BPKİA və YHİ- nin 'Elmi əsərlər' bülleteni, Bakı, 1996, №2.s.4-9
18.Təlimdə alqoritmik və evristik fəaliyyətin optimal nisbətlərinin əsaslarına dair oçerklər.Monoqrafiya bBakı, 'Mütərcim', 1998. 24, 8 ç.v.
19.О законах педагогики. Брошюра Москва, «Брандес», 1998. 0, 93 п.л.
20.Natural ədədlər üzərində əməllərin mənimsədilməsinin alqoritmik əsasları. Tədris vəsaiti Bakı, 'Mütərcim', 1999. 11 ç.v.
21.Riyaziyyatın təlimi haqqında pedaqoji düşüncələr. Tədris vəsaiti Bakı, 'Mütərcim', 1999. 14, 1 ç.v.
22.Təlimin dərk edilməsinə 'sistem-struktur' baxımından yanaşma. Monoqrafiya Bakı, 'Mütərcim', 1999. 10.75 ç.v.
23.Təlimdə sistemdaxili münasibətlər . Monoqrafiya Bakı, 'Mütərcim', 1999. 6, 75 ç.v.
24.Riyaziyyatın təlimində tapşırıqların əsas arqumentə görə tətbiqi. Monoqrafiya Bakı, 'Mütərcim', 1999. 5, 25 ç.v.
25.Şagirdin təlim fəaliyyətinin modeli. Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi). Bakı, 2000, №4. s.204-210
26.Toplama əməlinin öyrədilməsinin alqoritmik əsasları. Məqalə 'İbtidai məktəb və məktəbəqədər tərbiyə'jurnal, Bakı, 2000, №3. s.5-10
27.Dövrü funksiya anlayışının mənimsədilməsi.Məqalə'Fizika riyaziyyat və informatika tədrisi' (Elmi, nəzəri və metodik məcmuə). Bakı, 2000 №3 (153). s.28-30
28.Təlimin mükəmməl sistemi.Monoqrafiya Bakı, 'Mütərcim', 2000. 13, 5 ç.v.-
29.Təlim prosesinin mahiyyəti. Monoqrafiya Bakı, 'Mütərcim', 2001. 5, 25 ç.v.
30.Şəki müstəqillik illərində. Monoqrafiya Bakı, 'Mütərcim', 2001. 28 ç.v
31.Təlim fəaliyyətinin idarə olunmasının formal, dialektik və qeyri-səlis məntiqi. Monoqrafiya Bakı, 'Mütərcim', 2002. 6, 25 ç.v.
32.Təlim prosesi: imkan-hərəkət-yeni keyfiyyət. Monoqrafiya Bakı, 'Mütərcim', 2002. 5, 25 ç.v.
33.Təlim prosesinin sistem anlamı. Məqalə 'Azərbaycan məktəbi' jurnalı, Bakı, 2002, №4 (590). s.56-58
34.Şəki dövlətçiliyin qalasıdır. Monoqrafiya Bakı, 'Mütərcim', 2002. 12, 5 ç.v –
35.Təlimdə alqoritmik və evristik fəaliyyət növlərinin yeri. MonoqrafiyaBakı, 'Mütərcim', 2003.8 ç.v.
36.Təlimdə alqoritmik və evristik fəaliyyətin optimal münasibətlərinin tənzimlənməsi yolları. Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2003 №3. s.178-193
37. Yeninin müstəqil əldə olunmasını ön plana çəkən altsistem. Məqalə 'Azərbaycan məktəbi' jurnalı, Bakı, 2003, Bakı, №5. s.89-92
38.Соблюдение оптимальных соотношений алгоритмической и эвристической деятельности в обучении. Статья «Философия образования», Новосибирск, 2004, №2 (10); «Ненасилие как образ жизни» (сборник научных статей и материалов ХХV Международной научно-практической конференции по проблемам педагогики ненасилия, Санк-Петербург 15 апреля 2004 года), «67 гимназия», «Verba Magistri», Санк-Петербург 2004; «Актуальные проблемы изучение гуманитарных наук».(Межвузовский сборник научных статьей), Баку, 2003, №3 стр .217-220
39.Alqoritmik və evristik fəaliyyətin optimal nisbətlərinin gözlənilməsinə 'imkan-hərəkət-yeni keyfiyyət' dəyişməsi variantlarının yönəldilməsi.Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2003, №4.s.161-164
40.Место самостаятельной работы в системе обучения, включающей оптимальные отношения алгоритмической и эвристической деятельности( как дидактическая основа успешности обучения).Статья«Педагогические науки», Москва, 2004 №4; (8); Актуальные проблемы изучения гуманитарных наук» (Межвузовский сборник научных статей), Баку, 2003, №4 «Вопросы гуманитарных наук», Москва, 2004, №3. стр.199-204 стр.74-77
41.Alqoritmik və evristik fəaliyyətin optimal münasibətlərini özündə ehtiva edən təlimin təşkili forması barədə. Məqalə 'Pedaqoji Universitetin xəbərləri', Bakı, 2004, №1. s.275-288
42.Vasitələrin alqoritmik və evristik fəaliyyətin optimal münasibətlərinin tənzimlənməsinə yönələn sistemini özündə ehtiva edən təlim sisteminin fəlsəfi-metodoloji və məntiqi əsasları. Məqalə 'Bakı Dövlət Universitetinin xəbərləri' (Humanitar elmlər seriyası), Bakı, 2004, №1; 'Azərbaycan məktəbi' jurnalı, Bakı, 2004, №4. s.548-563 s.74-90
43.Соблюдение оптимальных соотношений алгоритмической и эвристической деятельности основа как дидактическая основа успешности обучения. Статья «Мир образования-образования в мире» (научно методический журнал), Москва, 2004, №2 (14); «Образования и общество» (Научный, информационно-аналитический журнал), Орeл, 2004, №1 (24). стр.86-90 стр.20-21
44.Alqoritmik və evristik fəaliyyətin optimal münasibətlərini özündə ehtiva edən təlim sisteminin fəlsəfi-metodoloji və məntiqi əsasları. Məqalə'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2004, №1 s.196-201 -
45.Təlimdə metodların alqoritmik və evristik fəaliyyətin optimal münasibətlərinin tənzimlənməsinə yönələn sistemi. Məqalə'Təhsil, mədəniyyət, incəsənət' (Elmi-nəzəri və metodik jurnal), Bakı, 2004, №1 (17)s.10-16
46.Alqoritmik və evristik fəaliyyətin optimal münasibətlərini özündə ehtiva edən təlim prosesinin sistem anlayışı vasitəsi ilə interpretasiyası. Məqalə 'Pedaqoji Universitetin xəbərləri', Bakı, 2004, №2. s.538-546
47.Təlimdə alqoritmik və evristik fəaliyyətin optimal münasibətlərinin əsaslarının müəyyənləşdirilməsi barədə. Tezislər Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyətinin 64-cü elmi konfransının materialları. Bakı, V buraxılış, 2004. s.103-111 -
48.Целые в системе обучения, включающей оптимальные отношения алгоритмической и эвристической деятельности. Статья«Актуальные проблемы изучения гуманитарных наук» (Межвузовский сборник научных статей), Баку, 2004, №3; «Вопросы гуманитарных наук», Москва, 2004, №6 стр.236-240
49.Интерпретация процесса обучения включающего ортимальные отношения алгоритмической и эвристической деятельности посредством понятия системы Статья «Актуальные проблемы изучения гуманитарных наук» (Межвузовский сборник научных статей), Баку, 2004, №2; стр.326-334
50.Müəllimin fəaliyyəti, alqoritmik və evristik fəaliyyətlərin optimal münasibətlərini özündə saxlayan təlim sisteminin imkan daşıyıcılarından biri kimi. Məqalə 'Təhsil, mədəniyyət, incəsənət' (Elmi-nəzəri və metodik jurnal), Bakı, 2004, №3. s.11-13
51.Alqoritmik və evristik fəaliyyətin optimal münasibətlərini özündə ehtiva edən təlim prosesinin sistemi ilə elmi idrakın qarşılıqlı səciyyəsi. Məqalə 'Pedaqoji Universitetin xəbərləri', Bakı, 200 4, №3. s.289
52.Сущность процесса обучения с позиций системного подхода. Статья «Образования и общество» (Научный, информационно-аналитический журнал), Орел, 2004, №5 (28). стр.55-58
53.Интерпретация метода как носителя возможности в системе обучения, включающая оптимальные отношения алгоритмической и эвристичской деятельности. Статья «Педагогические науки», Москва, 2005, №1 (11). стр.32-36
54.Təlim prosesinin idarə edilməsinin bəzi məsələlərinə dair mühazirə konspektləri (öyrənənləri öyrədənlərə kömək) Monoqrafiya Bakı, 'Mütərcim', 2005. 12, 75 ç.v.
55.Целостность сознания рассудка в обучении. Статья «Актуальные проблемы изучения гуманитарных наук» Межвузовский сборник научных статей), Баку, 2005, №1; Вопросы гуманитарных наук, Москва, 2005, №4 (19). стр 202-204
56.Təlimdə zəka və dərrakənin vəhdəti haqqında. Məqalə 'Azərbaycan məktəbi'jurnalı Bakı, 2005, №2. s.-95-97
57.Şagirdləri küt və ağır dərrakəlikdən zəkalığa yüksəldən sistem. Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2005, №2. s.117-124
58.Yaradıcılıqtəcrübəsininmənimsənilməsini özündə ehtivaedənsistem. Məqalə 'Pedaqoji Universitetin xəbərləri' Bakı, 2005, №3. 'Azərbaycan məktəbi'jurnalı. Bakı, 2005 №5. s.100-104.
59.Интерпретация системы обучения отношений в качестве носителия возможности алгоритмической деятельности метода.Статья 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2005, №3. стр.349-354 -
60.İctimai münasibətlərin yeni qaydalarının və axtarış təcrübəsinin mənimsənilməsinə yönələn sistem.
61.Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2005, №3. s.277-278.
62.Analitik və evristik məntiqlə həll olunan tapşırıqlar. Vəsait Bakı, 'Mütərcim', 2006. 25, 75 ç v.
63.Planimetriya üzrə tapşırıqlar. Məqalə Bakı, 'Mütərcim', 2006. 12 ç, v
64.Dərrakə ilə zəkanın vəhdətinin gözlənilməsi barədə. Məqalə 'Pedaqoji Universitetin xəbərləri' (Humanitar elmlər seriyası), Bakı, 2006, №2. s.530-535
65.Zəruri minimumun işlənilməsi . Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2006, №1. s.207-209
66.Mürəkkəb məkan təsəvvürlərinin inkişafına istiqamətlənən tapşırıqlar. Müstəqil iş üçün vəsait Bakı, 'Mütərcim', 2006. 11 ç.v.
67.İbtidai məktəbdə riyaziyyatın tədrisinin bəzi məsələləri (mühazirə konspektləri). Müstəqil iş üçün vəsait Bakı, 'Mütərcim', 2006. 14, 5 ç.v
68.Cəbr kursu üzrə testlər (VIII-IX siniflər).Müstəqil iş üçün vəsait Bakı, 'Mütərcim', 2007. 16 ç.v. A.F. Qılıncova
69.V-VI siniflərin riyaziyyat kursuna aid testlər. Müstəqil iş üçün vəsait Bakı, 'Mütərcim', 2007. 19 ç.v. A.F. nQılıncova
70.Planimetriyadan 888 sual. Müstəqil iş üçün vəsait Bakı, 'Mütərcim', 2007. 14 ç.v. A.F. Qılıncova
71.Əməkdaşlıqla təlim (və ya kollektiv təlim) texnologiyasından istifadə Metodik tövsiyə Bakı, 'Mütərcim', 2007 2, 5 ç.v
72.'Təlim texnologiyası' anlayışının 'sistem-struktur' interpretasiyası. Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri'( Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2007, №3 s.158-161
73.Kitab üzərində iş barədə. Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri'( Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2007, №5 s.308-312
74.Müstəqil iş (reproduktiv və produktiv) mühitin tənzimlənməsinə yönələn tapşırıqlar. Məqalə Bakı, 'Mütərcim', 2007. 23, 5 ç.v. M.M. Əhmədova
75.Fəza haqqında düşünməyi öyrənək . Müstəqil iş üçün vəsait Bakı, 'Mütərcim', 2007. 12, 25 ç.v.
76.Təlim metodu anlayışı barədə. Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2008, №1 s.233-237
77.Təlim prosesinin başlıca təşkiledici iki komponenti barədə. Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2008, №2. s.226-231
78.Orta ümumtəhsil məktəblərində sinfin qiymətləndirilməsi prosesi haqqında. Məqalə'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2008, №3 s.366-370
79.Təlim sisteminin invariantları haqqında. Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2008, №4 s.175-182 -
80.Pedaqogikanın tədqiqat obyekti barədə. Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2008, №5 s.201-205 -
81.Məzunla abituriyentin fərqli nəticələrini doğuran səbəblər barədə. Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2008, №6 s.271-278
82.Pedaqogikaya giriş. Dərs vəsaiti Bakı, 'Mütərcim', 2008. 24, 75 ç.v.
83.Məktəbdə tərbiyə işlərinin təşkili məsələlərinə dair . Məqalə 'Azərbaycan məktəbi' jurnalı, Bakı, 2008, N4 (626) s.30-35
84.Təlim prosesinin bəzi pedaqoji aspektləri. Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2009, №1 s.217-222
85.Təlimin təşkilat formasının bəzi aspektləri barədə. Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2009, №3 s.188-195
86.Təhsildə uğurlar dövlət siyasətinin nəticəsidir. Məqalə 'Azərbaycanın səsi' (Beynəlxalq ictimai-siyasi jurnal) The volce of Azerbaijan (The international-political maqazine), 2009, № 1. s.10-11
87.Bilik haqqında nə bilirik. Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2009, №4 s.201-206
88.Heydər Əliyevin təhsil siyasəti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məqalə 'İntenational Priority of Fond' (Beynəlxalq ictimai-siyasi jurnal), 2009, №4. s.44-45
89.Pedaqogikanın nəzəri-metodoloji məsələləri (Pedaqogika elmi və onun tədqiqat obyekti haqqında). I məqalə. Məqalə 'Media və təhsil innovasiyaları' (elmi-kütləvi jurnal), Bakı, 2010, №1 s.35-40
90.Şəkidə ümumi orta təhsil davamlı inkişaf yollarında.Məqalə'Azərbaycan məktəbi' jurnalı. Bakı, 2010, №2 (636). Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2010, №1. s.242-248
91.Ümumi pedaqogikadan mühazirələr. Dərs vəsaiti Bakı, 'Mütərcim', 2010 34 ç.v.
92.Pedaqogikanın nəzəri-metodoloji məsələləri (Pedaqogika elmi və onun tədqiqat obyekti haqqında). II məqalə Məqalə 'Media və təhsil innovasiyaları' (elmi-kütləvi jurnal). Bakı, 2010, №2 s.6-14
93.Uşaqların məktəbə hazırlanması Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2010, №3. s.195-199
94.Təlim prosesinin təkmilləşdirilməsinin əsas istiqaməti. Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2010, №4. s.195-199
95.Təhsil, təhsilşünaslıq, pedaqogika. Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2010, №6. s.221-226
96.Kompleks tərbiyə sisteminin elementlərindən biri barədə Məqalə 'Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2011, №1. s.172-177
97.Pedaqoji təsirin səmərəliliyini şərtləndirən bəzi amillər haqqında Məqalə 'Media və təhsil innovasiyaları' (elmi-kütləvi jurnal). Bakı, 2011, №3. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri' (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2011, №2. s.162-170
98.Didaktika Dərs vəsaiti Bakı, 'Mütərcim', 2011. 39 ç.v. C.Ə. Feyziyev, S.R. Bədiyev
99.'Didaktika' fənni üzrə proqram. Mütərcim, Bakı, AMİ, 2011.
100.Pedaqoji universitet və inistitutlarda bakalavr hazırlığı üçün proqram: 'Didaktika'. Tədris proqramı Bakı, 'Müəllim', 20111ç.v.S.R.Bədiyev
101.Müəllim hazırlığı işində praktik potensialın artırılmasının zəruriliyi Tezis Müəllim hazırlığının müasir problemləri Beynəlxalq elmi konfransın materialları. Bakı, 28-29 oktyabr səh. 123-125
102.Pedaqoji kollektivləri idarəetmənin bəzi aspektləri Məqalə Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2011, № 3 səh. 231-239 A.F. İbrahimov
103.Təlimin təhsilləndirici, tərbiyələndirici və inkişaf etdirici funksiyalarının vahidliyi Məqalə Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2011, №4 səh. 246-251 K.R. Eyvazova
104.Dərsin quruluşunu şərtləndirən əsas amillərdən biri Məqalə Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2012, № 1 səh. 228-234 K.R.Eyvazova
105.İbtidai təhsil pilləsində riyaziyyat təliminin bəzi xüsusiyyətləri Məqalə 'Məktəbəqədər və ibtidai təhsil' jurnalı, Bakı, 2012, № 1 səh. 52-59
106.Orta ümumitəhsil məktəblərində tərbiyə işinin şagirdlərin vətəndaş cəmiyyətinə hazırlanmasına yönəldilməsinin bir aspekti haqqında Məqalə Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblər arası elmi məqalələr məcmuəsi), Bakı, 2012, № 2 səh.181-187 A.F İbrahimov
107.'Ədədlər və əməllər' məzmun xətti üzrə tədris işinin bəzi xüsusiyyətləri Məqalə 'Xəbərlər'elmi –metodik jurnal (fizika-riyaziyyat, təbiət və informatika elmlərinin problemləri III bölmə), AMİ, 2012, №1 səh. 131-137
108.Pedaqoji anlayışların interpretasiyası 'sistem-struktur'rakursda Monoqrafiya Bakı, 'Mütərcim', 2012 46, 5 c.v
109.Regionların elmi əsaslarla inkişafına dövlət qayğısı elmi oçerk 'Şəki Regional Elmi Mərkəzi: tarixə çevrilən 40 il' kitabında I fəsil, Bakı, 'Apostroff', 2012 səh. 25-56
110.Təlimin məntiqinin tənzimlənməsi Tezis Ümumi orta təhsilin müasir problemləri ( Beynəlxalq elmi konfransın materialları). Naxçıvan, 24 noyabr 2012 ci il səh. 61-62
111.Mənəvi tərbiyə probleminin həmişə yaşarlığı Məqalə Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı, 2012, №3 səh. 209-213
112.Heydər Əliyevin pedaqoji görüşləri təhsil quruculuğu işinin metodoloji əsası kimi Tezis Təhsil sistemində gənc nəslin təlim- tərbiyəsi üzrə işin təşkili və onun yaxşılaşdırılması istiqamətləri (Respublika elmi konfransı), Bakı, 28 iyun 2012-ci il səh. 261-263
113.Нравственная проблематика в мировоззрении Гейдара Алиева Тезисы Фундаментальные и прикладные проблемы науки ( материалы VII международного симпозиума), Москва, 2012. Стр.170-177
114.Heydər Əliyevin şəxsi nümunəsindən və ideyalarından tərbiyə işində istifadə. Məqalə Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (Ali məktəblərarası elmi məqalələr məcmuəsi). Bakı, №4, 2012. Səh .240-245
115.Pedaqogika -1 Dərslik Bakı, 'Mütərcim', 2113. 44 ç.v R.L. Hüseynzadə
116.Pedaqogika -2 Dərslik Bakı, 'Mütərcim', 2013. 34 ç.v R.L. Hüseynzadə
117.M.F.Axundovun pedaqoji görüşləri Məqalə 'Dil və ədəbiyyat' (Beynəlxalq elmi –nəzəri jurnal).2012, № 3 (83), Bakı, Elektron versiyası səh.226-228
118.İpəkçiliyin inkişaf tarixindən Məqalə 'Elm və həyat', Bakı, №4, 2012 səh .24-27
119.İnteqrativ kurikulumun planlaşdırılması üsulu. Məqalə . Media və Təhsil İnnovasiyaları, Bakı, 2012, №1 (19). Səh. 3-8 Ə.S. Yunusov
120.Məktəb dünyasının bütün sahələrində demokratik yanaşmaların həyata keçirilməsi . Məqalə . Media və Təhsil İnnovasiyaları, Bakı, № 4 (10), 2011 Səh. 2-18
121.Riyaziyyatın ibtidai təhsil pilləsində təliminin məzmun, alt məzmun, fəaliyyət xətləri və standartlar. Məqalə 'Xəbərlər' elmi –metodik jurnal (tədris metodikası və biliklərin mənimsədilməsi üsulları –II bölmə), AMİ, №2, 2012 səh. 54-59
122.Böyük Qafqazın cənub yamaclarının dağətəyi ərazilərində qlobal iqlim dəyişikliyinin təzahürləri və səciyyəvi bitkilərdə əks olunan əlamətlər. Məqalə . Azərbaycan Aqrar Elmi, Bakı, 2013, №4. Səh. 101-104
123.Ümumtəhsil məktəblərində riyaziyyatı tədrisetmənin fəlsəfəsinə dair . Məqalə. Azərbaycan Müəllimləri İnstitutu, 'Xəbərlər' (elmi metodik jurnal), 2012, №3. Səh. 113-118
124.Некоторые аспекты активного (интерактивного) обучения. Тезис . Актуальные проблемы изучения гуманитарных наук (Межвузовский сборник научных статей), Moсква, 2013, №4 cтр. 322-330
125.Философия преподования математики в общеобразовательных школах. Məqalə. Fizika, Riyaziyyat və informatika jurnalı, Bakı, 2013, №1, səh. 6-11
126.Təhsilin ibtidai pillələrində riyaziyyatın tədrisinə istiqamət verən arqumentlər. Məqalə. Məktəbəqədər və ibtidai təhsil jurnalı, № 1, 2013 səh. 47-50
127.İstedadlı uşaqların təliminin metodik sistemi .Məqalə. Humanitar Elmlərin öyrənilməsinin aktual problemləri, 2013, № 1 səh. 277-281
128.Təhsil tarixi kursunun pedagoji kadr hazırlığında yerinə dai. Məqalə Humanitar elmlərin öyrənilməsinin aktual problemləri(Ali məktəblərarası elmi məqalələr məcmuəsi). Bakı, 2013, № 2. Səh. 185-189
129.Образование как непрерывный процесс (философский аспект Болонского процесса) Тезисы Международна науково-практична конференция «Социально економична политика держави в умовах трансформацийных змин», Полтава, 2013 cтр. 38-48
130.Воспитание в плоскости анализа «система структура» Тезисы Фундаментальные и прикладные проблемы науки. Том 8. Материалы VIII международного симпозиума, Москва, 2013 cтр. 185-189
131.Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi metodikası.Dərs vəsaiti Bakı, 'Mütərcim', 2014. 29, 5ç.v
132.Некоторые аспекты активного (интерактивного) обучения. Статья. Фундаментальные и прикладные проблемы науки. Том 8. Материалы IX международного симпозиума, посвященного 90-летию со дня рождения академика В.П.Макеева, Москва, 2014 Cтр.57-67. А.Ф. Ибрагимова
133.Bəxtiyar Vahabzadə yaradıcılığının sirləri və qaynaqları. Məqal. Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfransın materialları, Şəki, 2015. s.17-23
134.Riyaziyyat dərslərində tapşırıqlardan istifadə təcrübəsindən. Məqalə . Fizika, riyaziyyat və informatika tədrisi, Bakı, 2014, №2 s.58-64
135.A.Ф.Qılıncova
136.İntellektual bacarıqların inkişaf səviyyəsinə təsir göstərən mühitin tənzimlənməsi. Məqalə. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri(Ali məktəblərarası elmi məqalələr məcmuəsi). Bakı, 2014, №3 s.159-164
137.Müəllim kadrları hazırlığı problemlərini şərtləndirən baş amil. Tezis .'Müəllim hazırlığının müasir problemləri: texnologiya, təhsil və inkişaf' III Beynəlxalq Elmi konfransın materialları, Bakı, 22-24 may 2014-cü il s.220-221
138.Философия преподования математики в общеобразовательных школах . Статья. Фундаментальные и прикладные проблемы науки. Том 8. Материалы IX международного симпозиума, посвященного 90-летию со дня рождения академика В.П.Макеева, Москва, 2014 Cтр.68-74 . А.Ф. Кылын-джова
139.'Azərbaycan təhsil tarixi' fənninin tədris proqramı(bakalavriat təhsil səviyyəsi üzrə) proqram Baki, ADPU-nin nəşriyyatı, 2015 2 ç.v
140.Sosial-mənəvi mühitin saflığının qorunması dövrün qlobal problemi kimi. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 2015, №2 s.176-178.
141.Şagirdlərin əqli fəaliyyətlərinin idarə olunması prosesində sualların funksiyalarından istifadə barədə. Məqalə. Pedaqoji Universitet xəbərləri(Pedaqoji-psixoloji elmlər bölməsi), 2015, №3 s.548-561 V.Ə.Abdu-rahmanov
142.Şəxsiyyətin inkişafında müxtəlif fəaliyyət növlərinin rolu . Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 2015, №2 Səh.178-185. Ş.V.Səmədova
143.Şəxsiyyətin bütövlüyünün formalaşması məsələsi. Məqalə. Azərbaycan məktəbi, Bakı, 2014, , №4 s.38-44
144.Ümumtəhsil məktəbi pedaqogikasından mühazirələr . Dərs vəsaiti. 'Mütərcim', Bakı, 2015 46 ç.v.
145.Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi metodikası. Dərs vəsaiti. 'Mütərcim', Bakı, 2015 43 ç.v.
146.Ümumtəhsil məktəblərində riyaziyyatın kurikulum modelinə əsaslanan tədrisi metodikası. Dərs vəsaiti. 'Mütərcim', 2026 71, 5 ç.v.
147.Məsələ riyaziyyatın tədrisi prosesində şagirdlərin fəaliyyətinin idarə olunması vasitəsi kimi Məqalə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu, 'Elmi əsərlər', №2, 2016. Səh.48-55 V.Ə. Abdurah-manov
148.Postindustrial cəmiyyətdə qloballaşma şəraitində məktəblilərin ekoloji tərbiyəsinin bəzi məsələləri. Məqalə .Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, 2016, №2. Səh.272-278 N.S.Abdullayeva
149.Ümumi pedaqogika(Nəzəriyyə, pedaqoji görüşlər, sivilizasiya çağrışlarına istiqamətlənmə) . Dərs vəsaiti.Bakı, 2016 54 ç.v.
150.Şagirdlərin fəaliyyətinin altstandartların reallaşdırılmasını hədəfləyən harmoniyası. Məqalə. Fizika, riyaziyyat və informatika tədrisi(elmi-nəzəri və metodik məcmuə).Bakı, 2016, №3(211), Səh.10-19. X.İ. Həmidova
151.Fəal təlimdə şagirdlərin əqli fəaliyyətlərinin yönləndirilməsi. Məqalə. Fizika, riyaziyyat və informatika tədrisi(elmi-nəzəri və metodik məcmuə).Bakı, 2016, №3(211), Səh.64-71 Y.M. Bəkirova
152.Подготовка учителей для обучения одаренных детей. Məqalə. UNESCO, 2016, Buraxılış-33, 2016(Ukrayna) Səh.94-103.
153.Heydər Əliyevin ideyalarından və şəxsi nümunəsindən tərbiyə işində istifadə. Tezis. Bakı Slavyan Universiteti, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş 'Azərbaycanşünaslığın aktual problemləri' mövzusunda VIII Beynəlxalq elmi konfransın materialları, Bakı, 2017. s.266-268
154.Ümumtəhsil məktəblərində riyaziyyatın didaktikası (dərs vəsaiti). Bakı: 'Mütərcim', 2017, 494 səh

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Ağlın varsa, gücə, qızıla, nüfuza tabe olma! Qoy sənə rəhbərlik edən ancaq təmiz vicdanın olsun. ƏFZƏLƏDDİN XAQANİ

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

QALEREYA

joomlatemp