15 fevral 2023-cü il tarixdə ADPU-nun Şəki filialının növbəti Elmi Şura iclası keçirilib. İclasda ADPU-nun Şəki filialının 30 nəfər Elmi Şura üzvündən 28 nəfəri və dəvət olunmuş filial əməkdaşları iştirak edib.
Elmi Şuranın sədri, riyaziyyat üzrə elmlər doktoru, dosent R.A.Rasulov 2024-cü ildə filialın “İbtidai sinif müəllimliyi” ixtisasında keçiriləcək proqram akkreditasiyası,onunla bağlı qarşıya qoyulmuş vəzifələr və onların yerinə yetirilməsi vəziyyəti ilə bağlı görülmüş işləri haqqında Elmi Şura üzvlərinə və filial əməkdaşlarına geniş məlumat verib.
Daha sonra Elmi Şuranın gündəliyində duran məsələlərin müzakirəsi davam etdirilib. “2023-2024-cü tədris ilinin payız semestrinin qış mtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr haqqında” və “2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının nəticələrinə görə ayrılmış təqaüd yerlərinin tələbələr arasında bölüşdürülməsinə dair” məsələlər haqqında filialın Tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru, baş müəllim Vüsal Baxışov məlumat vermişdir. V.B. Baxışovun məlumatında payız semestrinin qış imtahan sessiyasının nəticələri diqqətə çatdırılmış, qarşıdan gələn yaz semestrinə hazırlığın gedişi vəziyyəti müzakirə edilib. Gündəlikdə duran “Filialda “İbtidai sinif müəllimliyi” ixtisasında keçiriləcək Proqram Akkreditasiyasına dair yaradılmış Özünütəhlil Komissiyasının hesabatının dinlənilməsi, müzakirəsi və təsdiqi” adlı üçüncü məsələ ilə bağlı filialın Keyfiyyət Təminatı şöbəsinin müdiri, baş müəllim Nərminə Nəsrullayeva məlumat verib. Nərminə Nəsrullayevanın məlumatında filialın “İbtidai sinif müəllimliyi” ixtisasında keçiriləcək Proqram Akkreditasiyasına hazırlığın gedişi vəziyyəti və yekun nəticələr müzakirə obyekti olub. Sonra Elmi Şura gündəlikdə duran dördüncü, “Filialın Pedaqoji və Filologiya fakültəsi dekanlıqlarının tədris ilinin I yarısında fəaliyyəti haqqında hesabatları” adlı məsələni dinləyərək müzakirə edib. Elmi Şuraya hesabatları Pedaqoji və Filologiya fakültələrinin dekanları dosent U.B.Mürşüdova və fil.ü.f.d. b/m X.F.Abdullayeva təqdim ediblər. Hər iki dekanın məlumatında səsləndirilmişdir ki, sözügedən fakültələrdə tədrisin təşkili və gedişi vəziyyəti qənaətbəxş olmuş, payız semestrinin qış imtahan sessiyası lazımi nəticələrlə başa çatıb. Elmi Şura gündəlikdə duran beşinci, sonuncu “2023-cü ildə filialın maliyyə fəaliyyəti haqqında” baş mühasib Elnarə Lətifovanın hesabatını dinləyərək müzakirə edib. Sonda filialın Elmi işlər üzrə direktor müavini, filialın direktoru vəzifəsini icra edən dosent N.Z. Çələbiyev gündəlikdə duran cari məsələləri müzakirəyə çıxarmış, müvafiq qərarlar açıq səsvermə ilə təsdiq edilib.
Hər üç məsələ Elmi Şura tərəfindən açıq səsvermə yolu ilə təsdiq edilərək yekdil qərar qəbul edilib. Elmi Şura iclası işgüzar şəraitdə başa çatmış, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.