2024-cü ilin fevral ayının 15-də filialda təşkil edilmiş Təqaüd Komissiyasının növbəti - yekun iclası keçirilmişdir. İclası komissiyanın sədri tar.ü.f.d. Vüsal Baxışov giriş sözü ilə açaraq bildirmişdir ki, cari tədris ilinin payız semestrinin qış imtahan sessiyasının nəticələrinə və qüvvədə olan qanunvericiliyə, hüquqi-normativ aktlara uyğun olaraq, 242 tələbəyə təqaüdün verilməsi nəzərdə tutulur. Həmin saydan 6 nəfəri əlavə edilmiş təqaüd yerləridir. Vüsal Baxışov çıxışında təqaüdlərin bölüşdürülməsinin prinsipləri haqqında məlumat verdi, bölüşdürülmə mexanizmlərini izah etdi. Daha sonra iclas diskussiya şəraitində davam etdirildi. Komissiya üzvlərini maraqlandıran suallara əhatəli cavablar verildi.
Sonda təqaüd təyin edilən tələbələrin adlı siyahısı oxunaraq qəbul edildi və filial Elmi Şurasının müzakirəsinə çıxarılması komissiyanın sədri Vüsal Baxışova tapşırıldı.