Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 20 nəfər
Professor - 1 nəfər
Dosent - 9 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Fevral 2018 >
Bz Ç Ç Cm C. Ş Bz
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 23 24 25
26 27 28        
TƏRCÜMƏ ET:
English Russian

DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN ŞƏKİ REGİONAL BÖLMƏSİNİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞ

PDF faylını alÇapE-poçt



DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN ŞƏKİ REGİONAL BÖLMƏSİNİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞ22 fevral 2018-ci il tarixdə ADPU-nun Şəki filialında Dövlət Miqrasiya Xidmətinin Şəki Regional Bölməsinin təşəbbüsü ilə professor-müəllim heyəti və tələbələrin görüşü keçirilib. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Şəki Regional bölməsinin bölmə rəisləri Taleh Musayev, Rəşad Bağırov, inspektorlar Taleh Abdulmənəfov və Elnur Əliyev iştirak ediblər.Maarifləndirmə xarakterli tədbiri giriş sözü ilə filialın direktoru r.e.d.,dos. Rafiq Rasulov
açaraq, tədbirin əhəmiyyətindən bəhs edib.
Sonra Şəki Regional Miqrasiya İdarəsinin bölmə rəisi Rəşad Bağırovun “Dövlət Miqrasiya Xidmətinin yaradılması və fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 mart 2007-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılıb və onun Əsasnaməsi təsdiq edilib. Hazırda respublikamızda Dövlət Miqrasiya Xidmətinin 8 regional idarəsi fəaliyyət göstərir. Dövlət Miqrasiya Xidməti müasir qloballaşan dünyada miqrasiya proseslərinin idarə edilməsi, təhlili, proqnozlaşdırılması və monitorinqinin təşkil edilməsi, eyni zamanda vahid informasiya sisteminin yaradılması, bu sahədə beynəlxaq əməkdaşlığın inkişaf etdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, immiqrant statusunun verilməsi və digər mühüm əhəmiyyətli məsələlər üzrə fəaliyyətləri həyata keçirir.
Tədbirdə ölkəmizin Dövlət Miqrasiya Xidməti siyasətinin məqsədi, vəzifələri, milli maraqların qorunması, qanunsuz miqrasiyaya, insan alverinə qarşı mübarizə, vətəndaşlığı olmayan şəxslərin ölkədə yaşaması, xaric edilməsi, qeydiyyata alınması və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda Dövlət Miqrasiya Xidmətinin Şəki Regional Bölməsinin əməkdaşları müəllim və tələbələri maraqlandıran sualları cavablandırıblar.
DÖVLƏT MİQRASİYA XİDMƏTİNİN ŞƏKİ REGİONAL BÖLMƏSİNİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞDÖVLƏT MİQRASİYA XİDMƏTİNİN ŞƏKİ REGİONAL BÖLMƏSİNİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞDÖVLƏT MİQRASİYA XİDMƏTİNİN ŞƏKİ REGİONAL BÖLMƏSİNİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞDÖVLƏT MİQRASİYA XİDMƏTİNİN ŞƏKİ REGİONAL BÖLMƏSİNİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞDÖVLƏT MİQRASİYA XİDMƏTİNİN ŞƏKİ REGİONAL BÖLMƏSİNİN ƏMƏKDAŞLARI İLƏ GÖRÜŞ

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Hər bildiyini söyləmə amma hər söylədiyini bil. MARSEL LEONİ

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

KEÇİDLƏR

 

adpu1

QALEREYA

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp