29 fevral 2024-cü il tarixdə ADPU-nun Şəki filialında Keyfiyyət Komissiyasının növbəti iclası keçirilib. Müzakirə olunan əsas məsələ filialda İbtidai sinif müəllimliyi ixtisası üzrə keçiriləcək proqram akkreditasiyasının yerində qiymətləndirmə prosesinə hazırlığın gücləndirilməsi olub. Hər bir strukturda proses zamanı yoxlanılacaq sənədlərin siyahısı hazırlanaraq təqdim olunub. Sənədlərin hazırlıq vəziyyətinin növbəti həftədə yoxlanılacağı vurğulanıb. Eyni zamanda İbtidai sinif müıəllimliyi ixtisasındə tədris prosesini həyata keçirən müəllimlərin dərslərinin dinlənilməsinı diqqətin artırılması, dərslərdə yeni tədris metodlarından və İKT-dən istifadənin gücləndirilməsinin diqqət mərkəzində saxlanılması qeyd olunub. Pedaqoji fakültənin dekanı fil ü.f.d. Xalidə Abdullayeva bildirib ki, o, ixtisasın tütoru ilə birlikdə tələbələrlə görüşlər keçirib, proseslə bağlı onlara məlumat verib.Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov çıxış edərək qeyd edib ki, kafedrada İbtidai sinif müəllimliyi ixtisasında son beş ildə dərs deyən müəllimlərin istifadə etdikləri fənn proqramları, sillabusları, onların dərslərinin dinlənilməsi, elmi seminarlarda iştirakı, açıq dərslərinin müzakirəsi ilə bağlı kifayət qədər sənədlər artıq hazırlanıb. İclasda filialın direktor vəzifəsini icra edən dos.Nuralı Çələbiyev, tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən t.ü.f.d. Vüsal Baxışov hazırlıqlarla bağlı öz fikirlərini bildiriblər.