01 mart 2024-cü il tarixdə ADPU-nun Şəki filialında Qəbələ şəhərində fəaliyyət göstərən “İkinci Nəfəs Psixologiya Mərkəzi”nin təşəbbüsü ilə Təhsildə sosial –psixoloji xidmət ixtisasında təhsil alan tələbələrlə “Yaxşı olmağı necə bacaraq?” mövzusunda təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev müasir dövrdə müxtəlif psixoloji problemlərdən əziyyət çəkən insanlara psixoloji yardımın zəruriliyindən, psixi sağlamlığın qorunması və bərpasında ixtisaslı psixoloji xidmətin rolu və əhəmiyyətindən bəhs edib. O, bildirib ki, müasir dövrdə ictimai həyatın və praktikanın bir çox sahələrində ixtisaslı psixoloqlar çalışır, müxtəlif təyinatlı psixoloji mərkəzlər fəaliyyət göstərir.
Sonra söz “İkinci Nəfəs Psixologiya Mərkəzi”nin baş psixoloqu Natiq Muradbəyliyə verilib. O, tələbələrə “Yaxşı olmağı necə bacaraq?” mövzusunda təlim keçib. Tələbələrin də fəal iştirakı ilə keçirilən təlim onlarda dərin marağa səbəb olub.