Həbibulla Manaflının yenidən işlənmiş və xeyli genişləndirilmiş “1930-cu il Şəki üsyanı” adlı kitabı “Mütərcim” nəşriyyatında işıq üzü görüb.
Kitabın elmi redaktoru BDU-nun professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu, məsləhətçi redaktoru isə Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadədir.
Kitaba ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışov və Azərbaycan Yazıçılar Birliyinin Şəki Təşkilatının sədri, ADPU-nun Şəki filialının Humanitar fənlər kafedrasının baş müəllimi Vaqif Aslan rəy veriblər.
Əsərdə XX yüzilin 20-ci illərində Sovet-kommunist rejiminin Azərbaycanda yürütdüyü mürtəce xarakterli sosial-iqtisadi və milli siyasətə qarşı Şəkidə yüksələn, daha sonra respublikanın 8 bölgəsinə yayılan üsyan hərəkatından bəhs edilib. Bu hərəkatın mahiyyəti Sovet tarixşünaslığı tərəfindən kəskin tərzdə saxtalaşdırılıb.
Kitabda çoxsaylı tarixi faktlar əsasında yaxın keçmişimizin ağ səhifəsinə çevrilmiş həmin üsyanın üzərindən təhrif örtüyü götürülüb, üsyanın səbəbləri, gedişi və nəticələri geniş surətdə işıqlandırılıb.