Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 20 nəfər
Professor - 1 nəfər
Dosent - 9 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Saat

Ulti Clocks content

TƏQVİM

< Mart 2018 >
Bz Ç Ç Cm C. Ş Bz
      1 2 3 4
5 6 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
TƏRCÜMƏ ET:
English Russian

Şəki filialının direktoru dosent Rafiq Rasulovun 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbriki

PDF faylını alÇapE-poçt



Şəki filialının direktoru dosent Rafiq Rasulovun 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrikiƏziz xanımlar!
Əvvəlcə mən Sizi - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında çalışan bütün xanım əməkdaşları və tələbə qızları bu gözəl bayram – 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkbən təbrik edir, möhkəm can sağlığı, işlərinizdə və təhsildə uğurlar arzulayıram.
Tarixin bütün dövrlərində Azərbaycan qadını öz
ləyaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə xalqımızın adını uca tutub, tariximizdə şanlı səhifələr yazıb, mərdlik, sədaqət, müdriklik simvolu kimi nümunə olub, klassik poeziyanın ən gözəl nümunələrini yaradıb, dövlət idarəçiliyində öz sözünü deyib.
Milli mənəvi dəyərlərimizin formalaşması və qorunub nəsillərə ötürülməsində qadınlarımızın müstəsna rolu danılmazdır. Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə, elminə qadınlarımız həmişə öz layiqli töhfələrini veriblər. Bu gün də qadınlarımız cəmiyyətdə nüfuzunu durmadan artırır, bütün sahələrdə öz bacarıq və səriştəsini nümayiş etdirir. Bu gün Azərbaycan qadını həkimdir, mühəndisdir, müəllimdir, siyasətçidir, dövlət xadimidir, vətənini göz bəbəyi kimi qoruyan qəhrəmanlar yetişdirən anadır. Onu da qeyd etmək yerinə düşər ki, məhz Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımlar atıldı və qadın cəmiyyətdə gedən demikratikləşmə prosesinin önündə addımladı.
Bu gün ölkəmizdə dövlət qadın siyasəti, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Prezident İlham Əliyev qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. Məhz buna görə də bu gün cəmiyyətin elə bir sahəsi yoxdur ki, qadın əməyi orada hiss olunmasın. Azərbaycan qadını hazırda dünyada böyük nüfuz sahibidir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təltif olunduğu beynəlxalq mükafatlar isə Azərbaycan qadınının dünyadakı böyük nüfuzunu  bir daha  təsdiqləyir.
Bu gün cəmiyyətimizdə qadınların böyük bir ordusu təhsilimizin inkişafı yolunda şərəf və ləyaqətlə çalışır, dövlətimizin inkişafına xidmət edəcək gənc nəslin formalaşması və biliklərə yiyələnməsi, əsl vətəndaş kimi yetişməsində öz əməyini əsirgəmir. Əziz xanımlar! Sizin hər biriniz də bu müqəddəs yolun yolçularısınız. Mən Sizə bu yolda uğurlar diləyir, bir daha bayram münasibəti ilə təbrik edir, hər birinizə xoşbəxtlik arzulayıram.

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Mən həyatı sevmişəm və onun gözəlliyi uğrunda döyüşmüşəm. Y. FUÇİK

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

KEÇİDLƏR

 

adpu1

QALEREYA

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp