14 mart 2024- cü ildə ADPU-nun Şəki filialında Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Klubunun təşkilatçılığı ilə "Elimizə bahar gəlir" adlı intellektual yarış keçirilib. Yarışda iştirak edən 16 komanda l, ll, lll yerlər uğrunda mübarizə aparıb. Sonda “Dəmir Yumruq” komandası (Riyaziyyat və informatika müəllimliyi ixtisasının III tədris ili tələbələri Zəkəryə Şirinov, Nübar Abbaslı, Aysu Əmrahova, Sayəli Rüstəmli, Təhminə İsmayılova, Lalə Emlinova) I, “Hercules” komandası (Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasının III tədris ili tələbələri Diləfruz Əhmədzadə, Tülin Vahabova, Günay Alıyeva, həmin ixtisasın II və IV tədris ili tələbələri Aygün Ağayeva, Nərmin Qənbərova, Sosial iş ixtisasının III tədris ili tələbəsi Hülya Qədirli) Il, “Moskva” komandası (Tarix və coğrafiya müəllimliyi ixtisasının III tədris ili tələbələri Sənan İsayev, Hamil Alxasov, Arif Salmanlı, Nəzrin İsmayılova, Nuray Abbaszadə) III yerin qalibi olub. Qalib komandalar diplomla təltif olunub.