02 aprel 2024-cü il tarixdə ADPU-nun Şəki filialına yeni təyin olunmuş direktor, tarix üzrə fəlsəfə doktoru, dosent Vurğun Məmmədovla filialın fəal və əlaçı tələbələri ilə geniş tərkibdə ilk görüşü keçirilib. Tədbirdə filialın direktor müavinləri, dekanlar, digər struktur - bölmə və tələbə təşkilatlarının rəhbərləri iştirak ediblər.
Direktor dos. V.R.Məmmədov gələcək fəaliyyət strategiyası və planları barədə tələbələri məlumatlandırıb, görüləcək işlərdən bəhs edib.
Tədbirdə elmi işlər üzrə direktor müavini dos. N. Z. Çələbiyev, tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru , baş müəllim V.B. Baxışov, Karyera mərkəzinin müdiri baş müəllim X.İ. Həmidova çıxış edərək müzakirə olunan məsələrlə bağlı öz fikirlərini bölüşüblər.
18 mart 2024-cü il tarixdə filialda keçirilmiş “Ən yaxşı Novruz xonçaşı” adlı müsabiqədə fərqlənən tələbə qruplarının nümayəndələrinə I, II, III dərəcəli diplomlar təqdim olunub. Görüşün sonunda yeni direktor tələbələri dinləyib, onları maraqlandıran çoxsaylı sualları cavablandırıb, hər hansı problemlə qarşılaşan tələbələrə daim dəstək göstəriləcəyini bildirib.