2024-cü il aprel ayının 3-də ADPU-nun Şəki filialın “Xarici dil müəllimliyi (fransız dili üzrə)” ixtisasının IV tədris ili tələbəsi Təranə İsgəndərovanın pedaqoji internatura keçdiyi Kiş kəndi 4 nömrəli tam orta məktəbin IX sinfində tədris etdiyi fransız dilindən sınaq dərsi keçirilib. Sınaq dərsində metodist Çimnaz Rəhimova, fənn müəllimi Dinar Muradova, Pedaqoji təcrübə rəhbəri Asudə Bədəlova və həmin ixtisasın tələbələri iştirak edib. Sonda dərsin müzakirəsi təşkil edilib, irad və tövsiyyələr tələbələrin diqqətinə çatdırılıb.