2024-cü ilin aprel ayının 3-də ADPU-nun Şəki filialında keyfiyyət komissiyasının növbəti iclası keçirilib.
İclasda filialda “İbtidai sinif müəllimliyi” ixtisası üzrə keçirilməsi gözlənilən Proqram Akkreditasiyasına yekun hazırlığın vəziyyəti, pedaqoji internaturanın təşkili səviyyəsinin dəyərləndirilməsi üçün sorğunun aparılması, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi” ixtisaslarında daxili monitorinqinin keçirilməsinə dair müzakirələr aparılıb. Günləlikdə əksini tapan məsələlərlə bağlı filialın tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən Vüsal Baxışovun, keyfiyətin təminatı şöbəsinin müdiri Nərminə Nəsrullayevanın məruzə və məlumatları dinlənilib. Geniş diskussiya şəraitində davam edən iclasda müzakirə oluna məsələlərə dair müvafiq qərarlar qəbul olunub.