2024-cü il aprel ayının 5-də ADPU-nun Şəki filialın “Məktəbəqədər təhsil” ixtisasının IV tədris ili tələbəsi Xumarə Paşayevanın pedaqoji internatura keçdiyi Şəki şəhər 17 saylı uşaq bağçasının böyük qrupunda “Təsviri fəaliyyət” fənnindən sınaq məşğələsi keçirilib. Sınaq məşğələsində metodist Vüsalə Qaragözova, qrup müəllimi Tahirə Əliyeva və həmin ixtisasın tələbələri iştirak edib. Sonda məşğələnin müzakirəsi təşkil edilib, irad və tövsiyyələr tələbələrin diqqətinə çatdırılıb.