2024-cü il aprel ayının 5-də ADPU-nun Şəki filialın “İbtidai sinif müəllimliyi” ixtisasının IV tədris ili tələbəsi Müşfiqə Səfərovanın pedaqoji internatura keçdiyi Şəki şəhər 7 saylı tam orta məktəbdə “Həyat bilgisi” fənnindən sınaq dərsi keçirilib. Sınaq dərsində metodist Səadət Feyzullayeva, fənn müəllimi Ülkər Ağəmmədova və həmin ixtisasın tələbələri iştirak edib. Sonda sınaq dərsinin müzakirəsi təşkil edilib, irad və tövsiyyələr tələbələrin diqqətinə çatdırılıb.