Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Dekabr 2018 >
Bz Ç Ç Cm C. Ş Bz
          1 2
3 4 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31            
TƏRCÜMƏ ET:
English Russian

Hüquqi maarifləndirməyə həsr olunmuş mühazirələr maraqla qarşılanıb

PDF faylını alÇapE-poçt



Hüquqi maarifləndirməyə həsr olunmuş mühazirələr maraqla qarşılanıb04 dekabr 2018-ci il tarixdə ADPU-nun Şəki filialında “Narkomaniyaya, dini radikalizmə və erkən nikah hallarına qarşı mübarizə” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Şəki rayon (şəhər) Prokuroru, baş ədliyyə müşaviri, ədliyyə polkovniki Elmar Camalov, Şəki rayon (şəhər) Polis Şöbəsinmin rəisi, polis polkovniki Əbülfət Rzayev, şöbənin əməkdaşları, filialın professor-müəllim heyəti və 160 nəfər tələbə iştirak edib. Tədbiri giriş
sözü ilə açan filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev narkomaniyanın, dini radikalizm və ekstremizmin qloballaşan dünyanın ağrılı problemləri kimi səciyyələndirib və ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətindən bəhs edib. O, qeyd edib ki, Ümummilli lider Heydər Əliyev ölkə prezidenti olduğu 1996-cı ildə avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında Fərman” imzalanıb, bu məqsədlə 2000-ci ildə Ümummilli Proqram hazırlanıb, 18 iyun 1999-cu ildə isə Milli Məclis tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev narkomanlığa qarşı mübarizə tədbirlərinin gücləndirilməsi zərurətini nəzərə alaraq iki dəfə - 28 iyun 2007-ci il və 24 iyun 2013-cü il tarixlərdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramları”nı təsdiq edib.
Nuralı Çələbiyev qeyd etmişdir ki, filialda hüquq mühafizə orqanlarının rəhbərləri və əməkdaşları ilə müxtəlif mövzularda maarifləndirmə tədbirlərinin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Hazırki tədbir son üç ildə keçirilən sayca 5-ci tədbirdir.
Tədbirdə əvvəlcə Şəki şəhər (rayon) Polis Şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev “Narkomanlığa qarşı mübarizənin vasitə və yolları” haqqında geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, müasir dövrdə bəşəriyyətin başlıca bəlalarından biri olan narkomaniya sürətlə genişlənməkdədir. İnsan orqanizminə, səhhətinə, sağlamlığına və mənəviyyatına ciddi zərbə vuran narkomanlıq yalnız çirkin, ikrah doğuran zərərli vərdiş deyil, eyni zamanda ciddi sosial bəladır. Əbülfət Rzayev dünyada və ölkəmizdə, o cümlədən Şəki rayonunda narkomanlığın statistikası, ona qarşı mübarizə tədbirləri haqqında ətraflı məlumat verib.
Daha sonra Şəki şəhər (rayon) Prokuroru, baş ədliyyə müşaviri, ədliyyə polkovniki Elmar Camalov “Dini radikalizm, dini ekstremizm və erkən nikah hallarına qarşı mübarizə” mövzusunda məruzə ilə çıxış edib. Prokuror ekstremist dini qruplaşmaların tərkibinə gənclərin cəlb edilməsi üçün aparılan aldadıcı və yalançı təbliğatın zərərli nəticələrindən, erkən nikahların yaratdığı ciddi sosial problemlərdən geniş bəhs edib.
Tədbirin sonunda tələbələr tərəfindən ünvanlandırılan çoxsaylı suallar hüquqşünaslar tərəfindən cavablandırılıb.
Açıq fikir mübadiləsi şəraitində keçirilən maarifləndirmə tədbiri iştirakçıların dərin marağına səbəb olub.
Hüquqi maarifləndirməyə həsr olunmuş mühazirələr maraqla qarşılanıbHüquqi maarifləndirməyə həsr olunmuş mühazirələr maraqla qarşılanıb

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir. M.QANDİ

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

KEÇİDLƏR

 

adpu1

QALEREYA

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp