Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Dekabr 2018 >
Bz Ç Ç Cm C. Ş Bz
          1 2
3 4 5 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31            
TƏRCÜMƏ ET:
English Russian

MİKAYIL MÜŞFİQİN 110 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLİB

PDF faylını alÇapE-poçt



MİKAYIL MÜŞFİQİN 110 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLİBDekabr ayının 5-də ADPU-nun Şəki filialında Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibəti ilə “Poeziyamızın günəşi – Mikayıl Müşfiq” adlı tədbir keçirilib. İki hissədən ibarət olan tədbirin I hissəsi elmi konfrans şəklində təşkil olunub. Konfransı giriş sözü ilə direktor müavini dos. Nurəli Çələbiyev açaraq tədbirin məqsədi haqqında iştirakçılara məlumat verib. Konfransda filialımızın müəllim və tələbələrinin Müşfiqin həyat və yaradıcılığına həsr
olunmuş məruzə və çıxışları dinlənilib. Ümumelmi fənnlər kafedrasının baş müəllimi Mətanət Mustafayeva “Mikayıl Müşfiqin həyatı”, Humanitar elmlər kafedrasının baş müəllimi Rasimə Əhmədova “Mikayıl Müşfiqin yaradıcılığı”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının IV tədris ilinin tələbəsi Məleykə Mahmudova “Mikayıl Müşfiqin yaradıcılığında məhəbbət mövzusu”, Humanitar elmlər kafedrasının müəllimi Nübar İbrahimova “Mikayıl Müşfiqin yaradıcılığında uşaq ədəbiyyatı nümunələri”, Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının IV tədris ilinin tələbəsi Lalə Əyyubzadə “Mikayıl Müşfiq və gözəllik” mövzularında məruzə ilə çıxış ediblər.
Tədbirin II hissəsində isə filialın tələbələri Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş etdiriblər. Filialın tələbələri onun şeirlərini səsləndiriblər. Mikayıl Müşfiqin həyat və yaradıcılığını əhatə edən videoçarx da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda filialın elmi işlər üzrə direktor müavini dos. Nurəli Çələbiyev və Ümumelmi fənlər kafedrasının müdiri p.ü.f.d Sədrəddin Bədiyev çıxış edərək Mikayıl Müşfiqin Azərbaycan ədəbiyyatı tarixində mövqeyindən danışıb və tədbirin hazırlanmasında rolu olan müəllim və tələbələrə öz təşəkkürlərini bildiriblər.
MİKAYIL MÜŞFİQİN 110 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLİBMİKAYIL MÜŞFİQİN 110 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLİBMİKAYIL MÜŞFİQİN 110 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLİBMİKAYIL MÜŞFİQİN 110 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLİBMİKAYIL MÜŞFİQİN 110 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLİBMİKAYIL MÜŞFİQİN 110 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLİBMİKAYIL MÜŞFİQİN 110 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLİBMİKAYIL MÜŞFİQİN 110 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS KEÇİRİLİB

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist - bunlar fitri istedada malik olan nadir adamlardır. HEYDƏR ƏLİYEV.

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

KEÇİDLƏR

 

adpu1

QALEREYA

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp