Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Mart 2019 >
Bz Ç Ç Cm C. Ş Bz
        1 2 3
4 5 6 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

KEÇİDLƏR

 

adpu1

SOSIAL ŞƏBƏKƏLƏR

TƏRCÜMƏ ET:
English Russian

ADPU-NUN ŞƏKİ FİLİALININ DİREKTORU DOSENT RAFİQ RASULOVUN 8 MART BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏBRİKİ

PDF faylını alÇapE-poçt



R.RasulovƏziz xanımlar!
Əvvəlcə mən Sizi - Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının bütün xanım əməkdaşlarını və tələbə qızları, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə ürəkbən təbrik edir, hər birinizə sağlam həyat, işlərinizdə və təhsildə uğurlar arzulayıram.
Danılmaz bir faktdır ki, bu gün cəmiyyətdə elə bir fəaliyyət sahəsi yoxdur ki, orada Azərbaycan qadını öz sözünü deməsin. Bu, indi də belədir, tarixin bütün dövrlərində də belə olub. Azərbaycan qadını həmişə öz qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə xalqımızın adını ucaldıb, ləyaqət, mərdlik, sədaqət, müdriklik simvolu kimi nümunə olub, tariximizdə şanlı səhifələr yazıb, dövlət idarəçiliyində öz sözünü deyib.
Xüsusilə qeyd etmək istəyirəm ki, milli mənəvi dəyərlərimizin formalaşması və qorunub nəsillərə ötürülməsində qadınlarımız müstəsna rola malikdirlər. Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti və elminə qadınlarımızın bəşx etdiyi layiqli töhfələr həmişə qürurverici olub. Sevindirici haldır ki, bu gün qadınlarımızın cəmiyyətdə nüfuzu durmadan artır. Həkim, müəllim, mühəndis,siyasətçi, dövlət xadimi kimi müxtəlif sahələrdə uğurla çalışan qadınlarımız öz bilik və bacarıqlarını səylə nümayiş etdirirlər. Azərbaycan qadını özünün ən böyük missiyasını - vətənini göz bəbəyi kimi qoruyan qəhrəman övladlar yetişdirən ana vəzifəsini isə həmişə şərəf və ləyaqətlə yerinə yetirmişdir. Onu da qeyd etmək yerinə düşər ki, məhz Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizdə gender bərabərliyinin təmini ilə bağlı uğurlu işlər görüldü və bunlar qadının cəmiyyətimizdə avanqard rolunu daha da artırdı. Elə bunun nəticəsidir ki. bu gün ölkəmizin qazandığı uğurlarda qadınlarımızın öz payı var. Fərəhlə qeyd etmək istəyirəm ki, bu gün ölkəmizdə dövlət qadın siyasətini, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələri ölkəmizin Prezidenti cənab İlham Əliyev layiqincə davam etdirir. Dövlət başçımız bu məsələyə diqqətlə yanaşaraq, qadınların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə, cəmiyyətdə rolunun daha da artmasına xüsusi qayğı göstərir. Buna görə də bu gün cəmiyyətin elə bir sahəsi yoxdur ki, qadın əməyi orada hiss olunmasın.
Fəxrlə qeyd etmək yerinə düşər ki, Azərbaycan qadını hazırda dünyada böyük nüfuz sahibidir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan qadınının nəyə qadir olduğunu bütün dünyada ləyaqətlə nümayiş etdirir, onun təltif olunduğu beynəlxalq mükafatlar bu böyük nüfuzun parlaq nümunəsidir.
Əziz xanımlar! Bu gün qadınlarmızın böyük bir ordusu təhsilimizin inkişafı yolunda şərəf və ləyaqətlə çalışır, dövlətimizin inkişafına xidmət edəcək gənc nəslin formalaşması və biliklərə yiyələnməsi, əsl vətəndaş kimi yetişməsində öz əməyini əsirgəmir. Sizin hər biriniz də bu şərəfli yolda inamla addımlayır, təhsilimizin inkişafı naminə durmadan çalışırsınız. Mən Sizə uğurlar, başladığınız bu yolda daim inamla irəliməyi arzulayır, bir daha bayram münasibəti ilə təbrik edir, hər birinizə xoşbəxtlik diləyirəm.

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Tərbiyə vermək yuxudan oyatmaq deməkdir Q.HİPPEL

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

QALEREYA

joomlatemp