Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Mart 2019 >
Bz Ç Ç Cm C. Ş Bz
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 29 30 31
TƏRCÜMƏ ET:
English Russian

“Elm günü”nə həsr olunmuş konfrans maraqla qarşılanıb

PDF faylını alÇapE-poçt



“Elm günü”nə həsr olunmuş konfrans maraqla qarşılanıb28 mart 2019-cu il tarixdə ADPU-nun Şəki filialında “Elm günü”nə həsr olunmuş “Qloballaşan dünyada elm: yeni çağırışlar və inkişaf istiqamətləri” mövzusunda elmi konfrans keçirilib. Konfransdan oncə iştirakçılar filial əməkdaşlarının elmi naliyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
Konfransı giriş sözü ilə açan filialın direktoru riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov ölkə Prezidenti cənab İlham Əliyevin 09 aprel
2018-ci il tarixli Sərəncamı ilə hər ilin 27 mart tarixinin “Azərbaycanda elm günü” kimi qeyd edilməsini əhəmiyyətli tarixi hadisə adlandırılıb, elm və təhsil sektorunda həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələrindən bəhs edib.
Konfransda filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyevin “Qloballaşan dünyada elmi və texnoloji inkişafın paradiqmaları” adlı məruzəsi dinlənilib. Məruzə ətrafında filialın “Ümumelmi fənlər” kafedrasının müdiri, dosent Sədrəddin Bədiyev “Müasir pedaqogika elminin inkişaf tendensiyaları”, Humanitar fənlər kafedrasının baş müəllimi Həbibulla Manaflı “İslam dinində elmə sahib olmağa dair çağırışlar”, baş müəllim Tahir Məhərrəmov “Heydər Əliyev və Azərbaycanda elmi infrastrukturun formalaşması”,”Təbiət fənləri və onların tədrisi metodikası” kafedrasının müəllimi Şirəli Abbasov “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə və onun perspektivləri”, həmin kafedranın müəllimi Ulduz Əbdurrəhimova “Rəqəmsal texnologiyalar və onların tətbiq sahələri”, “Dillər” kafedrasının baş müəllimi Ədalət Musayeva “Təhsildə innovasiya təhsil yeniliyindən daha geniş bir konseptdir” , müəllim Aytən Qasımova “Müasir təhsil sistemində İKT-nin rolu” mövzularında çıxışlar ediblər.
Konfransın gedişində elmi-texnoloji naliyyətlərə aid videoçarx nümayiş etdirilib.

“Elm günü”nə həsr olunmuş konfrans maraqla qarşılanıb“Elm günü”nə həsr olunmuş konfrans maraqla qarşılanıb“Elm günü”nə həsr olunmuş konfrans maraqla qarşılanıb“Elm günü”nə həsr olunmuş konfrans maraqla qarşılanıb“Elm günü”nə həsr olunmuş konfrans maraqla qarşılanıb“Elm günü”nə həsr olunmuş konfrans maraqla qarşılanıb“Elm günü”nə həsr olunmuş konfrans maraqla qarşılanıb
Əlavələr:
Download this file (elm günü 2019.pdf)Elm günü188 Kb

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

İstirab doguran həzdən uzaq ol. AFİNALI SOLON

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

KEÇİDLƏR

 

adpu1

QALEREYA

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp