Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< May 2019 >
Bz Ç Ç Cm C. Ş Bz
    1 2 3 4 5
6 7 8 9 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    
TƏRCÜMƏ ET:
English Russian

Ulu Öndərin xatirəsinə həsr olunmuş tələbə elmi konfransı

PDF faylını alÇapE-poçt



Ulu Öndərin xatirəsinə həsr olunmuş tələbə elmi konfransı10 may 2019-cu il tarixdə ADPU-nun Şəki filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XIII Tələbə Elmi Konfransının plenar iclası öz işinə başlayıb.
Konfransı giriş sözü ilə açan filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva Ulu Öndərin yubleyinə həsr olunmuş konfransın əhəmiyyətindən, Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında misilsiz tarixi xidmətlərindən bəhs edib.
Konfransda Heydər Əliyevin şərəfli və gənc nəsillərə örnək olan ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Daha sonra filialın elmi işlər üzrə direktor müavini,dosent Nuralı Çələbiyev “Tələbələrdə tədqiqatçılıq bacarıqlarının formalaşmasının elmi-nəzəri və praktik məsələləri” mövzusunda məruzə ilə
çıxış edib. Konfransın plenar iclasında filialın “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının III tədris ili tələbəsi Sevin Xəlilovanın təqdimatında “Heydər Əliyevin Azərbaycançılıq fəlsəfəsi və gənclərin vətənpərvərlik tərbiyəsində onun rolu”, “İbtidai sinif müəllimliyi” ixtisasının I tədris ili tələbəsi Aişənur İsmayılovanın təqdimatında “XX əsrin sonlarında Azərbaycanda gedən milli azadlıq hərəkatında Heydər Əliyevin rolu”, “Tarix və coğrafiya müəllimliyi” ixtisasının V tədris ili tələbəsi Cavid Qasımovun təqdimatında “Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq hüququn və Azərbaycan qanunvericiliyinin obyekti kimi” mövzularda təqdimatlari dinlənilib, müzakirə olunub.
“Təbiət və dəqiq elmlər”, “Humanitar və sosial elmlər”, “Filologiya elmləri”, “Pedaqogika və psixologiya elmləri” və “Xarici dillər” olmaqla 5 bölmədə öz işini davam etdirən konfransın bölmə iclaslarında 102 nəfər tələbənin elmi tədqiqat işinin dinlənilib müzakirə edilməsi nəzərdə tutulmuşdur.
Ən yaxşı tələbə elmi tədqiqat işləri bölmə rəhbərlərinin təqdimatı əsasında diplomlarla mükafatlandırılacaq və ADPU-da keçiriləcək 76-ci tələbə elmi konfransına təqdim ediləcək.
ULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏLƏBƏ ELMİ KONFRANSIULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏLƏBƏ ELMİ KONFRANSIULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏLƏBƏ ELMİ KONFRANSIULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏLƏBƏ ELMİ KONFRANSIULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏLƏBƏ ELMİ KONFRANSIULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏLƏBƏ ELMİ KONFRANSIULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏLƏBƏ ELMİ KONFRANSIULU ÖNDƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TƏLƏBƏ ELMİ KONFRANSI

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Tamah zəncirini ancaq sağlam ağıl qıra bilər. XAQANİ ŞİRVANİ.

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

KEÇİDLƏR

 

adpu1

QALEREYA

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp