



May ayının 23-də ADPU-nun Şəki filialında Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş “Axı dünya fırlanır ” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə filialın tərbiyə işləri üzrə təşkilatçısı X.İ Həmidova açaraq görkəmli ədibin keçdiyi həyat yolu, yaradıcılığı haqqında məlumat verib. Sonra söz tədbirin aparıcısı “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının I tədris ilinin tələbəsi Aytac Salmanzadəyə verilib.
Tədbirdə əvvəlcə “İbtidai sinif müəllimliyi” ixtisasının birinci tədris ilinin tələbəsi Aişənur İsmayılova şairin həyatı haqqında məruzə ilə çıxış edib. Sonra filialın “İbtidai sinif müəllimliyi” ixtisasının I tədris ilinin
tələbələri Xatirə Salamova, Aişənur İsmayılova, Dinarə Yunusova, Münəvvər İsmayılova, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının I tədris ilinin tələbələri Firuzə Məmmədli, Aytac Salmanzadənin ifasında şairin şeirləri səsləndirilib. “Təhsildə sosial psixoloji xidmət” ixtisasının II tədris ilinin tələbəsi Ayxan Sədullazadənin ifasında “Bu ayrılıq nədən oldu”, “Biri sənsən, biri mən” mahnıları gecənin daha maraqlı keçməsinə səbəb olub. Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığını əhatə edən videoçarx da iştirakçılar tərəfindən maraqla qarşılanıb.