Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< İyun 2019 >
Bz Ç Ç Cm C. Ş Bz
          1 2
3 4 5 6 7 8 9
10 11 12 13 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
TƏRCÜMƏ ET:
English Russian

Filialımızda yaz semestrinin imtahan sessiyası başlayıb

PDF faylını alÇapE-poçt



Filialımızda yaz semestrinin imtahan sessiyası başlayıbAzərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki Filialında artıq 2018-2019-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb. Filialda imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, ADPU-nun Elmi Şurasının 28 dekabr 2018-ci il tarixli iclasında təsdiq edilmiş “İmtahanların təşkili qaydaları”ndan irəli gələn vəzifələri yerinə yetirmək
məqsədilə lazımi hazırlıq işləri vaxtında həyata keçirilib, imtahan cədvəlləri tələbələrin arzu və istəkləri nəzərə alınmaqla mövcud qaydalara uyğun surətdə hazırlanaraq təsdiq edilib. İmtahan sessiyasına hazırlığın vəziyyəti filialın Elmi Şurasının 23 may 2019-cu il tarixli iclasında müzakirə olunaraq qənaətbəxş qiymətləndirilib. İmtahan keçiriləcək auditoriyalar müəyyənləşdirilib, imtahanların gedişi zamanı nəzarəti gücləndirmək məqsədilə müəllimlərin növbətçiliyi təşkil olunub, imtahanlarda yarana biləcək şikayət və narazılıqların operativ araşdırılması, obyektiv həll olunması məqsədilə filialın direktoru dosent Rafiq Rasulovun müvafiq əmrinə əsasən, imtahan qərargahı yaradılıb, qərargah ikinci tədris binasında, üçüncü mərtəbədə 48 nömrəli otaqda (tel.: 044 277 06 53) yerləşdirilib. Filialda imtahanların keçirilməsini təşkil və ona nəzarət etmək məqsədilə imtahan komissiyası, imtahanların gedişində yarana biləcək narazılıq və şikayətlərin operativ, obyektiv həll edilməsi məqsədilə münaqişə komissiyası yaradılıb. Imtahan komissiyasının normal fəaliyyəti üçün 50 nömrəli otaq ayrılıb. Bütün bunlarla bağlı maarifləndirici məlumat vərəqləri hazırlanaraq elanlar lövhəsində yerləşdirilib.
Qeyd edək ki, 2018-2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasında filialın pedaqoji fakültəsində 5 ixtisas üzrə 440, filologiya fakültəsində 3 ixtisas üzrə 218 nəfər olmaqla, ümumilikdə I – III tədris ilinin, həmçinin “Riyaziyyat və informatika müəlimliyi”, “Tarix və coğrafiya müəllimliyi” ixtisaslarının IV tədris ilinin 658 nəfər tələbəsi 165 fənn üzrə imtahan verəcək.
Filialda imtahanlar bir qayda olaraq saat 9:00-da başlanır və üç akademk saat (135 dəqiqə) davam edir. İmtahanlar başa çatdıqdan sonra İmtahan komissiyası tərəfindən kodlaşma aparılır və qiymətləndirmədə obyektivliyin, şəffaflığın təmin edilməsi məqsədilə imtahanlar başqa müəllim tərəfindən həmin gün yoxlanaraq nəticəsi tələbələrə açıqlanır. Sessiya zamanı tələbələrin imtahana qədər topladıqları balların hesablanıb imtahanadək onlara bu barədə məlumat verilməsi diqqət mərkəzində saxlanılır.
Tələbələrin imtahan sessiyasının gedişi ilə bağlı rəylərini öyrənmək, baş verə biləcək neqativ halların qarşısını almaq məqsədi ilə filialda “Rəy və təkliflər qutusu” hazırlanıb, tələbələrin öz fikirlərini bildirmələri üçün şərait yaradılıb.
İmtahan verəcək bütün tələbələrə bildirilib ki, arzu edən valideynlər imtahanların gedişini müşahidə edə bilərlər. Eyni zamanda imtahanların gedişini izləmək istəyən KİV-ə də bu barədə məlumat verilib.
Tədris planlarına uyğun olaraq, filialda mövcud olan bütün ixtisaslarda imtahan sessiyası iyunun 1-dən iyul ayının 5-dək davam edəcək.
FİLİALIMIZDA YAZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLAYIBFİLİALIMIZDA YAZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLAYIBFİLİALIMIZDA YAZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLAYIBFİLİALIMIZDA YAZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLAYIBFİLİALIMIZDA YAZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLAYIBFİLİALIMIZDA YAZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLAYIBFİLİALIMIZDA YAZ SEMESTRİNİN İMTAHAN SESSİYASI BAŞLAYIB

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

İradə gücü olmayan adamın ağlıda olmur. V.ŞEKSPİR

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

KEÇİDLƏR

 

adpu1

QALEREYA

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp