Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Avqust 2019 >
Bz Ç Ç Cm C. Ş Bz
      1 2 3 4
5 6 7 8 9 10 11
12 13 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31  
TƏRCÜMƏ ET:
English Russian

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialına qəbul olunmuş tələbələri təbrik edirik!

PDF faylını alÇapE-poçt



Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialına qəbul olunmuş tələbələri təbrik edirikAzərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialına qəbul olunmuş tələbələri təbrik edir, onlara ADPU-nun Şəki filialını seçdikləri üçün təşəkkür edirik.
Bildiririk ki, ADPU-nun Şəki filialına daxil olmuş tələbələrin qeydiyyatı 15 avqust saat 9:00-da başlayır və 27 avqust 17:00-da başa çatır.
Qeydiyyatla əlaqədar elanı bir daha nəzərinizə çatdırırıq.


AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN ŞƏKİ FİLİALINA 2019/2020-ci TƏDRİS İLİNDƏ QƏBUL OLUNMUŞ ŞƏXSLƏR QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN AŞAĞIDAKI SƏNƏDLƏRİ TƏQDİM ETMƏLİDİRLƏR:

•Tam orta təhsil haqqında sənədin (Attestat) əsli və ya təhsilin əvvəlki mərhələsini bitirdiyi barədə sənədin əsli və notarial qaydada təsdiq edilmiş surəti (Kollec və ya ali təhsil müəssisəsinin 2018/2019-cu tədris ilində məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom);
•Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə - 6 ədəd;
•Şəxsiyyət vəsiqəsinin əsli və surəti (6 nüsxədə);
•Doğum haqqında şəhadətnamənin surəti - 1 ədəd;
•İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin əsli və notarial qaydada təsdiq edilmiş surəti (oğlanlar üçün) - 1 ədəd;
•Tibbi arayış (Forma - 086);
•İllik təhsil haqqının ödəməsini təsdiq edən qəbz (ödənişli təhsil alacaq tələbələr üçün);
Qeydiyyat zamanı tələbənin iş nömrəsi və şəxsi kabinetin istifadəçi adı (FİN) özündə olmalıdır.
Bu sənədləri təqdim etməklə abituriyent mütləq elektron qeydiyyatından keçməlidir. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.
Sənədlərin qəbulu 2019-cu ilin avqust ayının 15-dən 27-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9:00-17:00-dək ADPU-nun Şəki filialında aparılacaqdır.

2019/2020-ci TƏDRİS İLİNDƏ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN ŞƏKİ FİLİALINA QƏBUL OLMUŞ TƏHSİL HAQQINDAN AZAD EDİLƏN TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!
TƏHSİL HAQQINDAN AZAD EDİLMƏ HÜQUQLARI AŞAĞIDAKI TƏLƏBƏLƏRƏ ŞAMİL EDİLİR:

I. “MƏCBURİ KÖÇKÜN” STATUSU OLAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARI.
Dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkünlərin təhsil haqqını ödəməkdən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il 1308 nömrəli Sərəncamı. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.
Tələb olunan sənədlər:
1. Direktorun adına ərizə;
2. Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd;
3.”Məcburi köçkün” statusunu əks etdirən sənədin (tələbənin və atasının) notarial qaydada təsdiq olunmuş surəti - 2 ədəd.
4. Ailə tərkibi haqqında arayış (tələbənin adına)

II. “AZƏRBAYCAN RESPUBLIKASININ ƏRAZI BÜTÖVLÜYÜNÜN, MÜSTƏQİLLİYİNİN VƏ KONSTİTUSİYA QURULUŞUNUN MÜDAFİƏSİ ZAMANI ƏLİL OLMUŞ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ AZADLIĞI, SUVERENLİYİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜ UĞRUNDA HƏLAK OLAN, HƏRBİ ƏMƏLİYYATLA ƏLAQƏDAR İTKİN DÜŞƏN VƏ MƏHKƏMƏ TƏRƏFİNDƏN ÖLMÜŞ ELAN EDİLƏN VƏTƏNDAŞLARIN UŞAQLARININ TƏHSİL XƏRCLƏRİNİN ÖDƏNİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 18 MART 2014-CÜ İL TARİXLİ SƏRƏNCAMI.
Tələb olunan sənədlər:
1. Direktorun adına ərizə;
2. Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd;
3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşın əlilliyi barədə (TSEK-in arayışı) sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 ədəd;
4. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxsin ölüm haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti - 2 ədəd;
5. Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən şəxs barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti - 2 ədəd.
6. Ailə tərkibi haqqında arayış. (tələbənin adına)

III. VALİDEYNLƏRİNİ İTİRMİŞ VƏ VALİDEYN HİMAYƏSİNDƏN MƏHRUM OLMUŞ 23 YAŞADƏK UŞAQLAR.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).
“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).
-valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir;
-valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni: məlum olmayan;
-valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan;
-xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən;
-cəzaçəkmə müəssisələrində cəzasını çəkən;
-uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən;
-uşaqlarını tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi və digər analoji müəssisələrdən götürməkdən imtina edən;
-qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir.
-Bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər;
Bu qəbildən olan şəxslər təhsil aldıqları müddətdə dövlət təminatına götürülür, onların təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və təqaüdün 2 mislindən az olmayan miqdarda təqaüdlə təmin olunurlar.
Tələb olunan sənədlər:
1. Direktorun adına ərizə;
2. Şəxsiyyət vəsiqəsinin surəti - 2 ədəd;
3. Vəfat etmiş valideynin ölüm şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti - 2 ədəd;
4. Bir valideyni vəfat etmiş digər valideynin I və ya II qrup əlil olan şəxsin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunan arayış (TSEK) - 2 ədəd.
5. Ailə tərkibi haqqında arayış (tələbənin adına)

IV. I VƏ II QRUP ƏLİLİYİ OLAN ŞƏXSLƏRİN, HABELƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD 18 YAŞADƏK UŞAQLARIN TƏHSİL HAQQI XƏRCLƏRİNİN ÖDƏNİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 3 MAY 2019-CU İL TARİXLİ SƏRƏNCAMI.
(ARK-nın 109-cu maddəsinin 32-ci bəndi)
Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və ya II dərəcə əliliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin.
Tələb olunan sənədlər:
1. Direktorun adına ərizə;
2. Şəxsiyyət vəsiqəsinin surəti - 2 ədəd;
3. I və II qrup əliliyi olan tələbələrin tibbi sosial ekspert komissiyası tərəfindən təqdim olunmuş arayışı (TSEK) - 2 ədəd.
4. Ailə tərkibi haqqında arayış (tələbənin adına)

V “ŞƏHİD AİLƏSİ” STATUSUNU ALMIŞ AİLƏNİN ÜZVÜ.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əlvə edilmə barədə Azərbaycan Respublikası Qanunu: 12 sentyabr 2003-cü il ¹ 499 İİQD
•“Şəhid” ailə üzvləri aşağıdakılar hesab olunurlar;
•arvadı (əri);
• valideynləri;
•18 yaşına çatmamış və uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları;
•qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;
•babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;
•əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
Tələb olunan sənədlər:
1.Direktorun adına ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti – 2ədəd
3. “Şəhid” statusu barədə sənədin notarial qaydada təsdiq olunmuş surəti -2 ədəd
4. Tələbənin doğum haqqında şəhədətnaməsinin surəti -2ədəd
5. Şəhidin ölüm haqqında şəhədətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti -1ədəd
6. Ailə tərkibi haqqında arayış.


Ünvan: Şəki şəhəri, M.Rəsulzadə prospekti, 305
Əlaqə telefonları: (+994 24) 246 06 65
e-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Ziyalılıq kütləvi ola bilməz. Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist - bunlar fitri istedada malik olan nadir adamlardır. HEYDƏR ƏLİYEV.

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

KEÇİDLƏR

 

adpu1

QALEREYA

SOSIAL ŞƏBƏKƏLƏR

joomlatemp