Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Sentyabr 2019 >
Bz Ç Ç Cm C. Ş Bz
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 25 26 27 28 29
30            

KEÇİDLƏR

 

adpu1

SOSIAL ŞƏBƏKƏLƏR

TƏRCÜMƏ ET:
English Russian

Filialda yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib

PDF faylını alÇapE-poçt



Filialda yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib16 sentyabr 2019-cu ildə ADPU-nun Şəki filialında yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə professor-müəllim heyəti, filiala yeni qəbul olunan tələbələr və onların valideynləri iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dos. Rafiq Rasulov açaraq, yeni qəbul olunan birinciləri və onların
valideynlərini təbrik edib, uğurlar arzulayıb. R.Rasulov bildirib ki, 2019-2020-ci tədris ilinə filialımız böyük ruh yüksəkliyi ilə başlayır. Bu il filialımıza tələbə qəbulunun nəticələrində - keçid ballarında əvvəlki illərlə müqayisədə dinamik artım müşahidə edilib. Respublikamızda təhsilin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, müəllimlik peşəsinə dövlətimizin diqqət və qayğısı istedadlı və bacarıqlı gənclərin bu sahəyə həvəslə üz tutması ilə nəticələnib. Sevindirici haldır ki, bu il filiala qəbul olunan 660 ballı tələbəmiz var. Natiq qeyd edib ki, bu il qəbul olunan tələbələrdən 60 nəfəri dövlət sifarişi, 160 nəfəri isə ödənişli əsaslarda təhsil alacaqdır. Direktor Rafiq Rasulov çıxışında onu da qeyd edib ki, bu il filiala qəbul olunan tələbələrdən 1 nəfəri 600-dən, 11 nəfəri isə 500-dən çox bal toplayıb. Direktor birincilərə seçdikləri şərəfli və məsuliyyətli müəllimlik peşəsinə yiyələnmək yolunda uğurlar arzulayıb.
Tədbirdə filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva, elmi işlər üzrə direktor müavini dos. Nuralı Çələbiyev, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, prof. Firədun İbrahimov, Ümumelmi fənlər kafedrasının müdiri, ped.ü.f.d., b.m.Sədrəddin Bədiyev, Humanitar fənlər kafedrasının müdiri, t.ü.f.d., b.m. Vüsal Baxışov, filologiya fakültəsinin dekanı, dos.Ulduz Mürşüdova, Dillər kafedrasının müdiri b.m.Əsmayə Əkbərova, filialın Həmkarlar Təşkilatının sədri b.m. Tahir Məhərrəmov və başqaları çıxış edərək yeni qəbul olunan tələbələri təbrik edib, onlara arzularını bildiriblər.
Sonra filiala 500 və 600-dən çox bal toplayaraq qəbul olunan 12 nəfər tələbəyə Fəxri Fərman və hədiyyə təqdim olunub.
Sonda xatirə şəkilləri çəkilib.
Filialda yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilibFilialda yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilibFilialda yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilibFilialda yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilibFilialda yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilibFilialda yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilibFilialda yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilibFilialda yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilibFilialda yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilibFilialda yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilibFilialda yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Çalışmayana Allah yardım etməz. SOFOKL

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

QALEREYA

joomlatemp