Fəxrİ lövhə

Elmlər doktoru - 3 nəfər
Fəlsəfə doktoru - 16 nəfər
Professor - 1 nəfər
Dosent - 8 nəfər
Əməkdar müəllim - 2 nəfər
Baş müəllim - 43 nəfər

Xüsusi menyu

TƏQVİM

< Sentyabr 2019 >
Bz Ç Ç Cm C. Ş Bz
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 28 29
30            

KEÇİDLƏR

 

adpu1

SOSIAL ŞƏBƏKƏLƏR

TƏRCÜMƏ ET:
English Russian

Filialımızın məzunu eyni vaxtda Avropanın beş ölkəsinin nüfuzlu universitetlərində magistraturaya qəbul olunub

PDF faylını alÇapE-poçt



Filialımızın məzunu eyni vaxtda Avropanın beş ölkəsinin nüfuzlu universitetlərində magistraturaya qəbul olunubADPU-nun Şəki Filialında bakalavriat pilləsi üzrə müxtəlif ixtisasları başa vuran gənclərdən hər il orta hesabla 15-20 nəfəri respublikanın müxtəlif ali məktəblərinə magistraturaya qəbul olunur. Cari ildə də məzunlardan 16 nəfəri magistratura pilləsi üzrə təhsilərini davam etdirəcək. Filialın “Riyaziyyat və informatika müəllimliyi” ixtisasında bakalavriat pilləsi üzrə təhsilini bu il başa vurmuş Abbaslı Nadir Nazim oğlu da belə məzunlarımızdandır. Nadir magistraturaya qəbul imtahanında 90 bal toplayaraq Bakı Dövlət Universitetinin “Riyazi optimallaşdırma və optimal idarəetmə” ixtisasına qəbul olunub. Sevindirici haldır ki, Nadir Abbaslı bununla bərabər, eyni vaxtda Avropanın beş ölkəsinin nüfuzlu universitetlərinin magistraturasına da qəbul olunub. O, İtaliyanın Milan Universiteti, Pavia Universiteti,
Venesiya Universiteti, Roma Sapienza Universiteti, Macarıstanın Debrecen Universiteti, Polşanın Varsav Universiteti, Çexiyanın Praqa Karlov Universiteti və İsveçin Stokholm Universitetində magistratura təhsili almaq hüququ qazanıb. Məzunumuz bu ali təhsil ocaqlarından İtaliyanın Pavia Universitetində “Kompüter mühəndisliyi” ixtisasını seçib.
1361-cı ildə yaradılmış Pavia Universiteti İtaliyanın və ümumiyyətlə, Avropanın ən qədim universitetlərindən biri olub, 18 bölmə, 9 fakültədən ibarətdir. 80 bakalavr, 40 magistr, 20 doktor proqramı olan Pavia Universitetində hər il 1500-ə qədər xarici tələbə təhsil alır.
Nadir Abbaslı filialımıza yüksək balla qəbul olunub, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən, təhsil illərində özünün nümunəvi intizamı, təhsilə və elmə yüksək marağı ilə fərqlənən gənclərdəndir. İnanırıq ki, İtaliyada magistratura pilləsində təhsil aldığı illərdə də yüksək keyfiyyətləri ilə fərqlənəcək və seçdiyi ixtisasa mükəmməl yiyələnərək ölkəmizin inkişafına öz töhfəsini verəcəkdir.
Biz də öz növbəmizdə Nadiri təbrik edir və ona təhsildə uğurlar arzulayırıq.

İDARƏETMƏ PANELİ



AXTARIŞ

Təsadüfİ aforİzm

Rüsvayçı gəlirdənsə, zərərə üstünlük ver. Birincisi həmişə məyusluq gətirəcək, İkinci isə cəmi bir dəfə meyus edəcək. MAKEDONİYALI XİLON

Qan yaddaşI

Xankəndi(26.12.1991)
Xocalı (26.02.1992) 
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Fizuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)

SORĞU

Səhifəmiz necə alınıb?

QALEREYA

joomlatemp