Print 

Noyabrın 23-də Şəki Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsinin təşkilatçılığı, ADPU-nun Şəki filialının ev sahibliyi ilə “Nə? Harada? Nə zaman?” adlı intellektual yarışın regional kubokunun Şəki seçim turu keçirilib. Yarışda ADPU-nun Şəki filialı, Şəki Tibb Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Texniki Kolleci təmsil edən tələbələrdən ibarət komandalar iştirak ediblər.
Yarışda birinci və ikinci yerin sahibi ADPU-nun Şəki filialının "221B", "Apokalipsis" komandaları, üçüncü yerin sahibi isə Şəki Tibb Kollecinin "Hipokrat" komandası olub.
Qalib komandalar növbəti tura vəsiqə qazanıb və təltif ediliblər.