Print 

Mayın 31-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Məzun Günü” kecirilib. Tədbirdə filialın rəhbərliyi, fakültə dekanları, kafedra və şöbə müdirləri, müəllim və tələbələr iştirak ediblər.
Tədbiri filialın direktoru, r.e.d., dos. Rafiq Rasulov acaraq, iştirakçıları salamlayıb və hər tədris ilinin sonuncu dərs günündə - mayın 31-də, buraxılış kurslarının tələbələri ilə “Məzun Günü” tədbirinin keçirilməsinin artıq bir ənənəyə çevrildiyini qeyd edib. Direktor dos. Rafiq Rasulov təhsili başa vuran gənclərin qarsısında cox şərəfli və məsuliyyətli bir vəzifənin durduğunu vurğulayaraq bildirib ki, son dövrlərdə sürətlə inkişaf edən təhsilimizə onların hər biri öz töhfəsini verməli, müəllimlik peşəsinin adını daim ucaltmalıdırlar. Qarşıdan gələn yekun dövlət imtahanlarında və müəllimlik işinə qəbul üzrə keçiriləcək imtahanda gənclərə uğurlar arzulayan natiq, bildirib ki, məzunlarımızın bir qismi imtahanlarda yüksək nəricə göstərərək magistraturada təhsilini davam etdirmək imkanı qazanıb. “Xarici dil müəllimliyi (ingilis dili)” ixtisasının lV tədris ili tələbəsi Rəhman Rəhimlinin ABŞ-da magistratura təhsili alacağını da filialın qazandığı uğurlardan biri kimi dəyərləndirən natiq magistraturaya qəbul imtahanlarında yüksək nəticə göstərən gəncləri təbrik edərək, onlara gələcək təhsillərində uğurlar arzulayıb.
Filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri, prof. Firədun İbrahimov, filologiya fakültəsinin dekanı dos. Ulduz Mürşüdova, Ümumelmi fənlər kafedrasının müdiri dos. Sədrəddin Bədiyev, Dillər və onların tədrisi texnologiyası kafedrasının müdiri baş muəllim Əsmayə Əkbərova, Karyera mərkəzinin müdiri Xuraman Həmidova çıxış edərək məzun olacaq gənclərə arzu və tövsiyələrini bildiriblər. Filialın buraxılış kursunun tələbələrindən Fətəlizadə Aydan, Rəhimova Jalə, Srafilova Elnarə, İsmayılova Aisənur, Əhmədova Səadət, Əhmədova Aytac və basqaları cıxış edərək təhsil illərində qazandıqları uğurlara, əldə etdikləri bilik və bacarıqlara görə filialın rəhbərliyinə, professor-müəllim heyətinə sonsuz minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə tədris işləri üzrə direktor muavini dos. Gülarə Abdullayeva çıxış edərək bildirib ki, filialda təhsili bu il başa vuran gənclər arasında istedadlı, pesəsini sevən gənclər çoxdur. Natiq qeyd edib ki, tələbələrimiz pedaqoji təcrübədə oldugu müddətdə təhsil müəssisələrindən gələn xoş soraqlar və 40-dan çox təcrübəçi tələbənin məktəb və məktəbəqədər təhsil müəssisəsi rəhbərləri tərəfindən Fəxri Fərmanla təltif olunması bunu söyləməyə əsas verir. Tədbirdə həmin tələbələrə, eləcə də filialda təhsil illərində yüksək nailiyyətləri, ictimai fəallığı, nümunəvi intizamı ilə fərqlənən gənclərə fəxri fərmanlar təqdim olunub. Rəsmi hissə başa çatdıqdan sonra tədbir bədii proqramla davam edib.

Direktor: dos.Rafiq Rasulov