Print 

QISA BİOQRAFİK MƏLUMAT

Ulduz Əbdürrəhimova 1985-ci ildə Şəki şəhərində anadan olub. 1991-2002-ci illərdə Şəki şəhəri 11 saylı tam orta məktəbində, 2002-2006-ci illərdə ADNA-nın Tətbiqi riyaziyyat, 2006-2009-cu illərdə həmin universitetdə “Riyazi modelləşdirmə” ixtisası üzrə magistratura təhsili alıb.2010-2013-cü illərdə Şəki şəhəri 19 saylı tam orta məktəbdə operator, 2013-cü ildən Azərbaycan Müəllimlər İnsitutunun (AMİ) Şəki filialında müəllim, 2015-ci ildə AMİ və onun filialları ADPU-ya qoşulduqdan sonra ADPU-nun Şəki filialında bu vəzifədə fəaliyyət göstərir. 2021-ci ildən baş müəllim olaraq fəaliyyətini davam etdirib.Ailəlidir, iki övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

2006-ci ildə ADNA-nın (indiki ADNSU) Tətbiqi riyaziyyat fakültəsinin “riyaziyyatçı -proqrammist” ixtisasını,
2009-cu ildə ADNA-nın (indiki ADNSU) “Riyazi modelləşdirmə” ixtisası üzrə magistratura pilləsini bitirib.

ƏMƏK FƏALİYYƏTİ

2010-2013-cü illərdə Şəki şəhəri 19 saylı tam orta məktəbdə operator
2013-2021 –ci illərdə ADPU-nun Şəki fiilialında müəllim
2021-ci ildən ADPU-nun Şəki filialında baş müəllim

TƏDRİS ETDİYİ FƏNLƏR

Təhsildə İKT,İKT,İTM,Süni intellekt nəzəriyyəsi və ekspert sistemləri,kompüter şəbəkələri və multimedia texnologiyaları,STEAM

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1. “Kompüter şəbəkələri:Lokal şəbəkələr” məqalə.“Pedaqoji Universitet xəbərləri”jurnalı . Bakı 2014 .N 1, səh. 470-472
2. “ Turbo Pascal ” proqramlaşdırma dilinin coğrafiya fənninin tədrisinə tətbiqi” məqalə. “Fizika , riyaziyyat və informatika tədrisi” jurnalı. Bakı 2017 səh.43-48
3. “Tədris prosesinin keyfiyyətli qurulmasında innovativ vasitələr kompleksinin (proqramların) rolu” məqalə.“Fizika , riyaziyyat və informatika tədrisi” jurnalı.Bakı 2020, N 1,səh.50-57(həmmüəllif: G.Q.Abdurahmanova).
4. “Kompüter şəbəkələri:Qlobal şəbəkələr” məqalə. “Fizika , riyaziyyat və informatika tədrisi” jurnalı.Bakı 2020, N 2 səh 13-20(həmmüəllif: G.Q.Abdurahmanova).
5. “İntellektual texnologiyalar” məqalə. “Fizika , riyaziyyat və informatika tədrisi” jurnalı.Bakı 2021, N 2
6. “Məsələnin konstruktivizmə əsaslanan təlimin vasitələri sisteminin elementi kimi interpretasiyası” məqalə “Təhsil problemləri” jurnalı.Bakı 2021. (həmmüəllif: prof. F.N.İbrahimov).
7. “Metrik münasibətlərin tədrisi əsasında şagirdlərin mürəkkəb fəza təsəvvürlərinin formalaşdırılması.” məqalə. “Qızlar Universiteti “ jurnalı Bakı 2021 (həmmüəllif: prof. F.N.İbrahimov).
8. “Mötərizəsiz və mötərizə daxil edilən ifadələrin ədədi qiymətlərinin hesablanması alqoritminin mənimsədilməsi” məqalə(həmmüəllif: prof. F.N.İbrahimov).
9. Endless Light in Science jurnalı ALGORITHMIC BASIS OF LEARNING THE ACT OF SUBTRACTION(həmmüəlliflər:prof. F.N.İbrahimov,b.m.G.B.Qarayeva). KAZAKHSTAN 2022.səh: 166-172
10. Proceedings Book “Ümummilli Lider Heydər Əliyev və yetişməkdə olan gənc nəslin mənəvi tərbiyəsi” məqalə(həmmüəllif prof.F.N.İbrahimov).Eskişehir 2023,Türkiyə səh:28-33

PROQRAMLAR

1. İPF-B04 Təhsildə İKT (fənn proqramı), Şəki, 2021 (həmmüəllif: prof. F.N.İbrahimov, b.m.G.Q.Abdurahmanova)

SERTİFİKATLAR

1. Azərbaycan Dövlət Pedaqoji Universitetinin STEAM mərkəzinin təşkilatçılığı ilə keçirilən “ Ümumtəhsil müəssisələrində STEAM fənninin tədrisinin təkmilləşdirilməsi” istiqaməti üzrə STEAM təlimində iştirakına görə
2. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Region universitetlərinin gənc tədqiqatçıları üçün seminarların təşkili” adlı layihə çərçivəsində təşkil olunan seminarda iştirakına görə
3. Certificate of participation for Attending the fourth international scientific –practical journal “ Endless Light İn Science”.
4. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Region Müəllimlərinin Təhsil Zirvəsi”ndə iştirakına görə
5. “ Beynəlxalq Data Bazalar və indeksli jurnallarda çap olunmaq prosedurları ” üzrə 28-30 iyun 2022-ci il tarixlərində keçirilən təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə
6. MİE Azerbaijan MMC-nin təşkil etdiyi “ STEAM ” təlimində iştirakına görə
7. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Open Science Azərbaycan : gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” adlı layihə çərçivəsində təşkil olunan seminarda iştirakına görə
8. 27-28 yanvar 2023-cü ildə Ümummilli lider H.Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Hədəfdə STEAM-5” Beynəlxalq interaktiv –treninqdə iştirak.
9. 10 nisan 2023 tarihli “Prof.dr. Mustafa Özcan ile Proje Temelli Eğitim” seminarı.
10. April 29, 2023 “Haydar Aliyev and Development Strategy of Azerbaijan: New Trends in Modernization”