Print 

QISA BİOQRAFİK MƏLUMAT

Əmrahova Sevinc Akif qızı 1972-ci il may ayının 5-də Şəki şəhərində anadan olub. 1979-1989-cu ildə Şəki 11 saylı tam orta məktəbi bitirib. 1992-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasına qəbul olunub, 1998-ci ildə universiteti bitirib. Ailəlidir, 2 övladı var.

ƏMƏK FƏALİYYƏTİ

1999-cu ildə Şəki Mərkəzi Dəri-zöhrəvi dispanserində həkim;
2007-ci ildə AMİ Şəki filialında (hal-hazırda ADPU-nun Şəki filialı) müəllim;
2010-cu ildə Şəki Mərkəzi Rayon xəstəxanasında həkim-dermatoloq.

TƏDRİS ETDİYİ FƏNN

Mülki müdafiə və ilkin tibbi yardım

NƏŞR OLUNMUŞ MƏQALƏLƏR

1.S.A.Əmrahova, F.N.İbrahimov. “Tibbi biliklərin əsaslarının tədrisinə “sistem-struktur” yanaşma”. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri(Ali məktəblərarası elmi məqalələr məcmuəsi), Bakı. 2021, №3, səh. 180-186.
2.S.A.Əmrahova, F.N.İbrahimov, dos.G.A.Abdullayeva “Didactic issues of solving the problem of protecting the purity of the global social-spiritual environment of the time”. //Polish journal of science. ŞJIF Impakt Faktor 3.779; Cosmos İmpakt Faktor 4.763. 2023. №61. Pg:39-44.
3.S.A.Əmrahova, F.N.İbrahimov, dos.G.A.Abdullayeva. “Interpretation of the “Teaching strategies block elements” of the subject curriculum at the general education level based on the “system-structure” approach”. Annali, D’Italia. Italia. 2023, Pg: 50-58.